Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Nazirlikdə fındıq istehsalçıları ilə görüş keçirilib

18 Sentyabr 2020, 17:00 (GMT +4)

Bakı, 18 sentyabr, SalamNews.Kənd Təsərrüfatı Nazirliyində fındıq istehsalı və ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslərlə onlayn videokonfrans keçirilib. Videokonfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, fındıq emalı müəssisələrinin rəhbərləri, “Ata-baba” Fındıq İstehsal Kooperativinin üzvləri, Balakən, Zaqatala, Qax, Qəbələ və Xaçmaz rayonlarından olan fermerlər iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SalamNews-a verilən məlumata görə, görüşdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər müəyyənləşdirib. Kənd Təsərrüfatı Nazirliyi qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə aqrar sahənin müxtəlif istiqamətləri üzrə çalışan assosiasiyalar, emal müəssisələri və fermerlərlə mütəmadi görüşlər keçirir. Görüşlərin məqsədi bu sahələrdə mövcud durumu dəyərləndirmək, fermerlərin üzləşdikləri çətinlikləri müzakirə edərək həllinə nail olmaqdır. Fındıqçılığın aqrar sektorda xüsusi yeri olduğunu deyən nazir fındıq məhsullarının ixracatda mühüm rol oynadığını xatırladıb, dövlətin subsidiya mexanizmi vasitəsilə bu sahənin inkişafına dəstək verdiyini bildirib.

Görüşdə yaxın günlərdə fındıq yığımının aktiv mərhələsinin başlayacağı xatırladılıb, fındıq istehsalı zamanı erkən yığımın yaratdığı problemlər, fermerlərlə emal müəssisələri arasında münasibətlər, bağlarda aqrotexniki qulluq tədbirlərinin daha da yaxşılaşdırılması, müxtəlif xəstəliklərə qarşı mübarizə işinin sistemli təşkili, fındıq ixracında aflatoksin problemi və digər məsələlər müzakirə olunub. İştirakçılar fındığın yaş formada erkən yığımının məhsuldarlığa mənfi təsir etdiyi bildirilib, bununla bağlı fermerlər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, məhsulun vegetasiya dövrü başa çatdıqdan sonra yığılması orta məhsuldarlığı 10 faiz artırır. Bu səbəbdən fermerlər fındığı vaxtında yığsalar, daha çox məhsul götürə və daha çox gəlir əldə edə bilərlər. Görüşdə fındıq məhsulları üzrə milli standartların yaradılması, subsidiyaların emal müəssisələri tərəfindən alış aktları əsasında verilməsi, emal müəssisələri ilə fermerlər arasında “müqavilə əsaslı istehsal” razılaşmalarının imzalanması kimi təkliflər səsləndirilib.

Yekunda ölkədə fındıqçılığın daha da inkişafı üçün təkliflərin qısa müddət ərzində sistemləşdirilərək nazirliyə təqdim olunması qərar alınıb. Fındıq istehsalı və ixracatı işə məşğul olan fermer və sahibkarlar belə görüşlərin mövcud çətinliklərin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Qeyd edək ki, ölkədə fındıq istehsalı dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv fındıq bağlarının hər hektarına görə 400 manat, köhnə bağların hər hektarına görə isə 240 manat subsidiya ödənilir.

Hazırda Azərbaycanda fındıq bağlarının ümumi əkin sahəsi 79,5 min hektardır. Fındıq bağlarının 43,4 min hektarı və ya 54,6 faizi bar verən yaşdadır.

Ötən il Azərbaycanda 53,8 min ton fındıq istehsal olunub. 2019-cu ildə Azərbaycandan qabıqlı fındıq ixracı əvvəlki ilə nəzərən 2,2 dəfə, fındıq ləpəsi ixracı isə 20,9 faiz artıb. 2019-cu ildə cəmi fındıq ixracının 97,3 faizi fındıq ləpəsinin, 2,7 faizi isə qabıqlı fındığın payına düşüb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

KTN: Ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

Ötən gün 29 cinayət faktnın üstü “isti izlər”lə açılıb - DİN

29 Oktyabr 2020, 18:25 (GMT +4)
İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir

29 Oktyabr 2020, 18:02 (GMT +4)
Baş Narkotiklərlə Mübarizə İdarəsi Sumqayıtda xüsusi əməliyyat keçirib

29 Oktyabr 2020, 17:58 (GMT +4)
MN: Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur

29 Oktyabr 2020, 17:42 (GMT +4)
Ermənilər Goranboyun Tap kəndinə raket atıb, bir mülki şəxs həlak olub

29 Oktyabr 2020, 17:40 (GMT +4)
MN: Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür

29 Oktyabr 2020, 17:34 (GMT +4)
MN: Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var

29 Oktyabr 2020, 17:25 (GMT +4)
Ötən ay kredit kartları ilə 179 milyon manatlıq əməliyyat aparılıb

29 Oktyabr 2020, 17:18 (GMT +4)
Bu ilin II rübündə ASCO-nun işçiləri 3 milyon saat işləyib

29 Oktyabr 2020, 17:09 (GMT +4)
Tural Gəncəliyev kanadalı senatoru Azərbaycan xalqından üzr istəməyə çağırıb

29 Oktyabr 2020, 16:53 (GMT +4)
Ştutqart şəhərində yaşayan azərbaycanlılar xalqımıza dəstək aksiyası keçirdiblər

29 Oktyabr 2020, 16:41 (GMT +4)
ANAMA: Sentyabrın 27-dən bu günədək Ermənistan Azərbaycan ərazisinə 13 ədəd ballistik “SCUD” raketləri atıb

29 Oktyabr 2020, 16:31 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

29 Oktyabr 2020, 16:20 (GMT +4)
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən ən çox Türkiyəyə məhsul göndərib

29 Oktyabr 2020, 16:03 (GMT +4)
Səhiyyə Nazirliyinin nümayəndəsi COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışıb

29 Oktyabr 2020, 15:54 (GMT +4)
Azərbaycan XİN Türkiyəni təbrik edib

29 Oktyabr 2020, 15:45 (GMT +4)
Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub

29 Oktyabr 2020, 15:33 (GMT +4)
Azərbaycanda sutkalıq koronavirusa yoluxma sayı 1000-i keçib

29 Oktyabr 2020, 15:27 (GMT +4)
FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror törədib

29 Oktyabr 2020, 15:14 (GMT +4)
Hikmət Hacıyev: Ermənilərin bu əməlləri Xocalı soyqırımından başlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir

29 Oktyabr 2020, 15:04 (GMT +4)
Bərdəyə atılan “Smerç” raketlərinin qalıqları toplanıb (VİDEO)

29 Oktyabr 2020, 14:50 (GMT +4)
Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri məhv edilib

29 Oktyabr 2020, 14:45 (GMT +4)
Ombudsman Bərdədə faktaraşdırıcı missiya həyata keçirir

29 Oktyabr 2020, 14:37 (GMT +4)
Hikmət Hacıyev: "Ermənistanın hərbi-siyasi rəhbərliyi quzğunlaşıb"

29 Oktyabr 2020, 14:23 (GMT +4)
MN: Diplomatlar Tərtərdə olarkən rayon ərazisi atəşə tutulub

29 Oktyabr 2020, 14:20 (GMT +4)
Ermənistan ordusunun təxribatı nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb

29 Oktyabr 2020, 14:12 (GMT +4)
MN: Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib

29 Oktyabr 2020, 14:00 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb

29 Oktyabr 2020, 13:57 (GMT +4)
Rusiyada son sutkada 17.717 koronavirusa yoluxma qeydə alınıb

29 Oktyabr 2020, 13:45 (GMT +4)
Baş Prokurorluq: Ermənilər 90 mülki şəxsi qətlə yetirib, 392 nəfəri isə yaralayıb

29 Oktyabr 2020, 13:41 (GMT +4)
Tramp ABŞ-da mətbuat azadlığının olmadığını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66