Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

18 Sentyabr 2020, 17:23 (GMT +4)

Bakı, 18 sentyabr, SalamNews. 2018-ci ildə istifadəyə verilmiş “Mənim Bakcellim” Azərbaycanın mobil rabitə bazarında ilk virtual müştəri xidməti tətbiqetməsidir.

Müştəri və şirkət arasında şəxsi rəqəmsal interfeys olan “Mənim Bakcellim” 700 min nəfər istifadəçi ilə yerli telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir.

“Mənim Bakcellim” Azərbaycan üzrə “həyat tərzi” və “məhsuldarlıq” kateqoriyalarında daim ən yüksək yerlərdə olmaqla, GooglePlay və AppStore mağazalarında 4.6 və 4.4 kimi yüksək müştəri reytinqinə malikdir. 

““Mənim Bakcellim” sayəsində biz abunəçilərimizə heç bir yerə getmədən və vaxt itirmədən smartfon vasitəsilə öz mobil nömrələrinə tam nəzarət etmək imkanı yaradırıq. Sosial məsafənin saxlanılmasının vacib olduğu və fiziki ünsiyyətin tövsiyəolunmadığı bir vaxtda bu xüsusi əhəmiyyət kəsb edir.

Bundan əlavə, “Mənim Bakcellim” Azərbaycanda iqtisadi inkişafın hərəkətverici qüvvələrindən biri olan rəqəmsallaşma prosesinə böyük töhfədir. Bu tətbiq mobil operator və abunəçi arasında ünsiyyəti tam yeni bir rəqəmsal mərhələyə çatdırır”, deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

İl ərzində Bakcell abunəçiləri tərəfindən 17 milyon dəfədən çox istifadə olunmuş “Mənim Bakcellim” ən üstün müştəri təcrübəsi təmin etməklə məlumat mərkəzinə zəng etmədən və xidmət mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək üçün çox rahat və sadə üsuldur.

Abunəçinin gündəlik müştəri xidmətlərinə olan ehtiyacları sadəcə “bir klik” məsafəsində smartfonun ekranındadır. Çünki balansı, qalıq meqabayt və dəqiqələri, aylıq ödənişin tarixini görmək və yaxud balansı mikrokredit vasitəsilə dərhal artırmaq üçün proqramda əlavə bölməyə girməyə ehtiyac yoxdur. “Mənim Bakcellim” paket təkliflərini müqayisə etmək və almaq, tarifi dəyişmək, nömrənin istifadə tarixçəsinə və xərclənən məbləğlərə baxmaq kimi bir çox əlverişli funksiyalara malikdir.

Həmçinin, “Mənim Bakcellim” tətbiqinin daxilində təqdim olunan onlayn çat vasitəsilə abunəçilər Bakcell Müştəri Xidməti ilə əlaqə saxlayıb bütün suallarına tez bir zamanda cavab ala bilirlər.Bu platforma daxilində müştəri xidməti əməkdaşları cəmi bir neçə saniyə ərzində abunəçilərin sorğularını cavablandırırlar.
“Mənim Bakcellim” bir neçə hesabın idarə edilməsi, rouminq paketlərinin rahat şəkildə əldə olunması, ən yaxın Bakcell mağazalarını tapmaq üçün xəritə, Ulduzum partnyorlarından endirimlər və ən əsası zəng olunan nömrələr və xərclənən məbləğlərin siyahısı kimi unikal funksiyalara malikdir.
“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “GooglePlay” və “Appstore” portallarından pulsuz yükləmək olar. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklərhttps://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Sentyabr 2021, 15:34 (GMT +4)
İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Gəncəyə səfər ediblər 

25 Sentyabr 2021, 15:25 (GMT +4)
Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi keçirilib

25 Sentyabr 2021, 15:13 (GMT +4)
BMT Baş Assambleyasında Taliban hökumətinin deyil sabiq hökumətin nümayəndəsi danışacaq

25 Sentyabr 2021, 15:12 (GMT +4)
Sudanda etirazçılar hava limanını ələ keçirib

25 Sentyabr 2021, 14:57 (GMT +4)
İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul edib

25 Sentyabr 2021, 14:48 (GMT +4)
"Yeni Klinika": Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

25 Sentyabr 2021, 14:36 (GMT +4)
Rusiyada son sutkada COVID-19-dan 822 nəfər ölüb

25 Sentyabr 2021, 14:27 (GMT +4)
Somali paytaxtında minalanmış maşın partladılıb, ölənlər var

25 Sentyabr 2021, 14:20 (GMT +4)
Azərbaycanda hazırda 56 min insan ödənişli ictimai işlərdə çalışır

25 Sentyabr 2021, 14:06 (GMT +4)
Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

25 Sentyabr 2021, 13:56 (GMT +4)
Bakıda təmir etdiyi evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

25 Sentyabr 2021, 13:46 (GMT +4)
Konqresdə Əfqanıstanla bağlı Baydenin impiçment məsələsi gündəmə gətirilib

25 Sentyabr 2021, 13:39 (GMT +4)
Azərbaycanlı kikboksçu Aqşin Yusifzadə vəfat edib

25 Sentyabr 2021, 13:28 (GMT +4)
Şəki sakini qohumunun evindən 10 min manatlıq oğurluq edib

25 Sentyabr 2021, 13:18 (GMT +4)
Azərbaycanlı zəvvarlar Kərbəla yolunda Qarabağ şəhidlərinin fotoları ilə Ərbəin yürüşünü davam etdirirlər (VİDEO)

25 Sentyabr 2021, 13:13 (GMT +4)
"Kəpəz"in hücumçusu: Qələbədən başqa heç nə haqda düşünmürük

25 Sentyabr 2021, 13:10 (GMT +4)
Gürcüstanda son sutkada 38 nəfər COVID-19-un yaratdığı fəsadlardan ölüb

25 Sentyabr 2021, 13:00 (GMT +4)
Sabah yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək

25 Sentyabr 2021, 12:50 (GMT +4)
DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib

25 Sentyabr 2021, 12:40 (GMT +4)
Sahibkarlar elektron dövlət qeydiyyatından istifadə haqda məlumatlandırılıb

25 Sentyabr 2021, 12:30 (GMT +4)
Bakıda arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

25 Sentyabr 2021, 12:29 (GMT +4)
Quterreş və Lavrov Rusiya ilə BMT arasında əməkdaşlığı müzakirə edib

25 Sentyabr 2021, 12:20 (GMT +4)
Sahibə Qafarova Qazaxıstana səfərə gedir

25 Sentyabr 2021, 12:20 (GMT +4)
İranla Səudiyyə Ərəbistanı arasında danışıqların beşinci turu keçirilir

25 Sentyabr 2021, 12:10 (GMT +4)
Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

25 Sentyabr 2021, 12:00 (GMT +4)
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair məsələlər müzakirə olunub

25 Sentyabr 2021, 11:52 (GMT +4)
Avropa kuboku: "Vüqar Həşimov" komandası bürünc medal qazanıb

25 Sentyabr 2021, 11:50 (GMT +4)
Bakıda polisin "saxla” əmrinə tabe olmayan sürücü saxlanılıb

25 Sentyabr 2021, 11:43 (GMT +4)
ATƏT-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü alqışlanıb

25 Sentyabr 2021, 11:40 (GMT +4)
Azərbaycan manatının dövretmə sürəti artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66