Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DTX yayılan “agent” siyahısı ilə bağlı açıqlama yayıb

19 Sentyabr 2020, 11:31 (GMT +4)

Bakı, 19 sentyabr, SalamNews.Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb.

SalamNews-un xəbərinə görə, DTX-nin rəsmi saytında yer alan açıqlamada deyilir:

"Son günlərdə bəzi internet saytlarında və sosial şəbəkələrdə Rusiyaya xidmət etmələri iddia edilən Azərbaycan Respublikasının vətəndaşları olan bəzi ictimai-siyasi xadimlərin, ali məktəb müəllimləri və tələbələrinin, informasiya agentlikləri və portalları əməkdaşlarının və digər şəxslərin siyahısı yayılmışdır. Həmin siyahıya və qeyd olunan fikirlərə aydınlıq gətirilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.

Azərbaycan ərazilərinin işğalının davam etdiyi və düşmən tərəfindən cəbhədə təxribatların intensivləşdiyi indiki həssas məqamda vətəndaşlarımızın narahatlıqlarını nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, ölkənin ayrı-ayrı tanınmış simalarının və digər şəxslərin xarici dövlətin maraqlarına xidmət etmələri kimi cəfəng və heç bir konkret fakta söykənməyən məlumatların yayılması respublikada sabitliyi pozmaq, dövlət hakimiyyəti orqanlarına inamsızlıq yaratmağa xidmət etməklə uzun illər ərzində formalaşmış Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə hesablanıb. Belə məlumatların yayılmasını Azərbaycan dövlətinə qarşı növbəti təxribat kimi qiymətləndirir, onların düşmən qüvvələrdən qaynaqlandığını bildirərək vətəndaşlarımızı belə məsuliyyətsiz yazılara inanmamağa çağırırıq".

"Dövlət Təhlükəsizliyi Xidməti yuxarıda qeyd olunan məlumatların yayılma mənbələrinin və bu işdə əli olan qüvvələrin məqsəd və maraqlarının müəyyən edilməsi istiqamətində fəaliyyətini davam etdirir", - məlumatda bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DTX: Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir

DTX erməni terroru ilə bağlı əhaliyə müraciət edib

DTX Qarabağda döyüşən kürd terrorçularının səsini yayıb

DTX ermənilərin təxribatı ilə bağlı vətəndaşlara müraciət edib

DTX İrandan gətirilən külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb

DTX vətəndaşlara müraciət edib

DTX “Ceyşullah”ın tərkibində vuruşmuş şəxsi həbs edib

DTX əməliyyat keçirib: Cinayətkar dəstə saxlanılıb

DTX-nin tutduğu terrorçuya 19 il həbs cəzası verilib (VİDEO)

DTX: Terror-təxribat təlimləri almış şəxs tutularaq Azərbaycana gətirilib

DTX səfir Eldar Həsənovu şübhəli şəxs qismində saxlayıb

KİV: Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında, həbslər gözlənilir

DTX: Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətin ona heç bir aidiyyəti yoxdur

DTX: Bir qrup şəxsin Milli Məclisə daxil olmasının Rauf Xələfovla əlaqələndirilməsi absurddur

DTX XİN-in Konsulluq İdarəsinin rəisinin həbsi ilə bağlı məlumat yayıb

DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yayıb

DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir

DTX bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib

DTX dövlət qulluqçularının peşə bayramını təbrik edib

Leyla Abdullayeva: Qarayaxma kampaniyasının araşdırılması üçün DTX-ya müraciət edilib

24 Oktyabr 2020, 17:00 (GMT +4)
DİN: Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb

24 Oktyabr 2020, 16:47 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

24 Oktyabr 2020, 16:30 (GMT +4)
Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşların kreditləri silinəcək

24 Oktyabr 2020, 16:21 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmən PUA-sı məhv edilib

24 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan əsgəri: Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! (VİDEO)

24 Oktyabr 2020, 15:57 (GMT +4)
MN: Düşmənin döyüş təyyarəsi məhv edilib

24 Oktyabr 2020, 15:46 (GMT +4)
Ərdoğan: Azərbaycan öz torpaqlarını işğalçılardan azad edir

24 Oktyabr 2020, 15:28 (GMT +4)
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub

24 Oktyabr 2020, 15:14 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib

24 Oktyabr 2020, 15:04 (GMT +4)
Nazir: Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub

24 Oktyabr 2020, 14:58 (GMT +4)
Türkiyə MN: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

24 Oktyabr 2020, 14:47 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

24 Oktyabr 2020, 14:32 (GMT +4)
Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020, 14:20 (GMT +4)
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

24 Oktyabr 2020, 14:06 (GMT +4)
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 13:57 (GMT +4)
Kəlbəcərdə faydalı qazıntı yataqlarının ehtiyatı yenidən qiymətləndiriləcək

24 Oktyabr 2020, 13:42 (GMT +4)
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

24 Oktyabr 2020, 12:25 (GMT +4)
Prezidentin köməkçisi işğal altındakı ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırıb

24 Oktyabr 2020, 12:24 (GMT +4)
Berlində COVID-19-un yayılmasına qarşı sərt tədbirlər qüvvəyə minir

24 Oktyabr 2020, 12:20 (GMT +4)
İqtisadiyyat Nazirliyi: Daha 72 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

24 Oktyabr 2020, 12:13 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 12:00 (GMT +4)
DMX əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 11:54 (GMT +4)
Fransada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

24 Oktyabr 2020, 11:34 (GMT +4)
MN: Ermənistan ordusu Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini atəşə tutur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66