Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Bakcell” “Xəzəri qoruyaq” şüarı ilə keçirilən təmizlik aksiyasına qoşulub

22 Sentyabr 2020, 17:38 (GMT +4)

Bakı, 22 sentyabr, SalamNews. Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə növbəti təmizlik aksiyası keçirilib.

“Coca-Cola”, “Bakcell”, “PASHA Bank”, “AzEcol” şirkətləri, “ASAN xidmət” və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan aksiya Bakının 20 müxtəlif çimərliyində baş tutub. Tədbirə qatılan və dəstək olan digər qurumlar sırasında “ASAN Könüllüləri”, Azərbaycan Dövlət Reklam Agentliyi, ASAN Radio, AFFA, Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası da var.

Ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə qayğının təbliğ edilməsi məqsədilə həyata keçirilən tədbir çərçivəsində bu il Bilgəh, Novxanı, Mərdəkan, Pirşağı, Şıxov, Hövsan və Sumqayıt ərazisində olan çimərliklər tullantılardan təmizlənib.

Sosial məsafənin qorunmasını təmin etmək üçün bu dəfə təmizlik aksiyasında iştirak edən könüllülər 10 nəfərdən ibarət kiçik qruplara bölünərək fərqli məkanlarda təmizlik işləri aparıblar. Nəticədə 5 min ton həcmində tullantı toplanaraq təkrar emala və utilizasiyaya göndərilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq sahilyanı təmizlik aksiyasının bütün iştirakçıları tibbi maska və antiseptik vasitələrlə təmin olunub. Sosial məsafənin qorunması ilə yanaşı, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınıb. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunub.

Qeyd edək ki, “Bakcell” şirkəti artıq uzun illərdir ardıcıl olaraq bu aksiyada iştirak edir. Korporativ sosial məsuliyyətli şirkət olan “Bakcell” bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.

Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir. 8000-dən çox baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 95 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Bu gün “Bakcell” şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93 faizini əhatə edir.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil ola və ya 555-ə zəng edə bilərsiniz. Qeyri-“Bakcell” abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

“Bakcell”dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

"Bakcell" və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

"Bakcell" "YAŞAT" Fondunun daha bir təşəbbüsünə qoşulub 

"Bakcell" 4G şəbəkəsinə keçmək istəyənlər üçün xüsusi kampaniya elan edib

"Bakcell" onlayn iş və təhsil üçün nəzərdə tutulmuş xüsusi internet paketini istifadəyə verib

“Bakcell”in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internet

“Bakcell” Azərbaycan Ordusuna 500 min manat vəsait ayırıb

Bakcell neftçiləri təbrik edib

“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

“Bakcell” mobil tətbiqindən istifadə edən abunəçilərinə hədiyyə verir

Bakcell daha bir təşəbbüsə qoşulub

"Bakcell" yeni irihəcmli internet paketini təqdim edib

600 mindən çox istifadəçi “Mənim Bakcellim”i seçib

“Bakcell” limitsiz internet paketini istifadəyə verib

“Bakcell” Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib (FOTO)

Bakcell “Asan Xidmət”lə əməkdaşlığı davam etdirir 

“Bakcell” bütün regionlarnda onlayn satış və çatdırılma xidmətini təqdim edib

Bakcell Prezidentin çağırışına qoşularaq 1.5 milyon manat yardım edib

“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib

23 İyul 2021, 18:02 (GMT +4)
Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatı köçürülüb

23 İyul 2021, 18:00 (GMT +4)
I Divizionda iştirak edəcək komandalar müəyyənləşib

23 İyul 2021, 17:52 (GMT +4)
Aralıq dənizində batmış qayıqdan 37 miqrant xilas edilib

23 İyul 2021, 17:44 (GMT +4)
765 iş üzrə məhkəmə qərarlarından prostest verilib

23 İyul 2021, 17:39 (GMT +4)
İngiltərə Premyer Liqasında vaksinasiya məcburi olacaq

23 İyul 2021, 17:33 (GMT +4)
Bakı Apellyasiya Məhkəməsi ruhani Hacı İlham Əliyev barədə çıxarılan hökmü qüvvədə saxlayıb

23 İyul 2021, 17:32 (GMT +4)
Bu il Azərbaycanda 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib

23 İyul 2021, 17:20 (GMT +4)
Ermənistanın atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub

23 İyul 2021, 17:15 (GMT +4)
Ərdoğan sel və daşqınların baş verdiyi Rize vilayətinə səfər edib

23 İyul 2021, 17:15 (GMT +4)
"Barselona" gənc futbolçuya 500 milyon avro qiymət qoyub

23 İyul 2021, 17:06 (GMT +4)
ƏƏSMN əlilliyin təkrar təyin olunması ilə bağlı qanuna edilən dəyişikliyi şərh edib

23 İyul 2021, 16:57 (GMT +4)
"Borussiya"nın futbolçusu "Mançester Yunayted"ə transfer edilib 

23 İyul 2021, 16:54 (GMT +4)
Livan İsraildən BMT-yə şikayət edəcəyini bildirib

23 İyul 2021, 16:44 (GMT +4)
Avstraliya hökuməti yeniyetmələrin "Pfizer"lə peyvəndlənməsinə icazə verib

23 İyul 2021, 16:34 (GMT +4)
NRYTN “Məşğulluq marafonu”na qoşulub

23 İyul 2021, 16:21 (GMT +4)
Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23 İyul 2021, 16:17 (GMT +4)
Azərbaycan Premyer Liqasında püşkün vaxtı açıqlanıb

23 İyul 2021, 16:10 (GMT +4)
Rusiyada son sutkada 23 811 koronavirusa yoluxma aşkar edilib

23 İyul 2021, 16:08 (GMT +4)
General-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib

23 İyul 2021, 16:05 (GMT +4)
Tokio-2020: Azərbaycanın Olimpiya yığması paraddan keçib - (FOTOLAR)

23 İyul 2021, 15:55 (GMT +4)
Saatlı sakinindən 5 kiloqramdan artıq narkotik aşkarlanıb

23 İyul 2021, 15:42 (GMT +4)
Antaliya sahillərində 45 miqrantın olduğu qayıq batıb

23 İyul 2021, 15:40 (GMT +4)
Şahmatçımız Şəhriyar Məmmədyarov Çempionlar Turunda yer alacaq

23 İyul 2021, 15:38 (GMT +4)
Vüsal Qasımlı: “I yarımildə qeyri-neft sektorunda artım 5,1%-ə çatıb”

23 İyul 2021, 15:33 (GMT +4)
ABŞ Əfqanıstanda Talibana şiddətli hava zərbələri endirib

23 İyul 2021, 15:28 (GMT +4)
Vilayət Quliyev səfir vəzifəsindən geri çağırılıb

23 İyul 2021, 15:20 (GMT +4)
Tokio-2020 Olimpiya Oyunlarının açılış mərasimi keçirilir - (CANLI YAYIM)

23 İyul 2021, 15:15 (GMT +4)
Dünya bazarında neftin qiyməti ucuzlaşır

23 İyul 2021, 15:09 (GMT +4)
Matç TV “Soçi” – “Keşlə” oyununun əvəzinə Van Dammın filmini göstərib

23 İyul 2021, 15:07 (GMT +4)
Tahir Tağızadə Azərbaycanın Macarıstanda səfiri təyin olunub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66