Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:10 (GMT +4)

Bakı, 19 sentyabr, SalamNews. Bir qrup azərbaycanlı alimin iştirakı ilə Milli Kimlik araşdırmaları mövzusunda onlayn konfrans keçirilib.

SalamNews xəbər verir ki, müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü deyib ki, milli kimlik mövzusunda hələ bir neçə il əvvəl alimlərin iştirakı ilə kitab hazırlanıb, müxtəlif yönlü araşdırmalar, ictimai tədbirlər keçirilib. Təşkilat sədri bildirib ki, hazırda Azərbaycanda milli kimlik konsepsiyasının ortaya qoyulmasına ehtiyac var. Bunun üçünsə ilk növbədə sahə mütəxəssislərinin, tarixçi alimlərin bir araya gəlib ortaq çalışmasına ehtiyac var. İlk toplantının pandemiyanın mövcud şərtləri nəzərə alaraq onlayn formada keçirildiyini qeyd edən Göyüşlü növbəti toplantıların fərqli formatlarda keçiriləcəyini bildirib. O qeyd edib ki, konfrans və toplantılarda Milli Kimlik mövzusunda müzakirələr aparılacaq, mütəxəssislərin məruzələri dinləniləcək, daha sonra isə kitab hazırlanacaq.

Tədbirin moderatoru, İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi İH sədri Elçin Əsgərov bildirib ki, bu gün milli kimlik mövzusunda fərqli baxışlar, yanaşmalar olsa da, hər kəs belə bir konsepsiyanın yaradılmasının zəruri olması fikrində ortaqdır. Azərbaycanın gələcək inkişafı, milli birlik və bütövlüyün təmin olunması ilk növbədə Milli Kimlik Konsepsiyasının ortaya qoyulmasından keçir.

E.Əsgərov deyib ki, layihənin məqsədi Azərbaycanda bu sahədə mütəxəssis olan şəxslərin bir araya gəlməsi və birgə müzakirə və debatların keçirilməsi, nəticə etibarı ilə Milli Kimlik fikri ilə bağlı mütəxəssis yazılarının ortaya qoyulmasıdır. O bu məqsədlə millikimlik.az adlı internet resursunun yaradıldığını və mövzu ilə əlaqəli yazıların bu saytda yayınlanacağını bildirib.

Daha sonra isə ilk konfransın məruzəçisi, tarixçi alim Əkbər Nəcəf müasir tarixçiliyin vəziyyəti, o cümlədən Azərbaycanda tarix elminin hazırkı vəziyyəti haqqında geniş çıxış edib. “Soyuq müharibə”dən sonra dünyada tarix elminə münasibətin dəyişdiyini qeyd edən alimin fikrincə, Azərbaycanda da tarixə yanaşma dəyişməlidir. Mütəxəssisin fikrincə, tarixin yenidən yazılması, tarixi hadisələrə yeni baxış, tarixə konseptual yanaşma qaçılmazdır, yeni dövrün tələbidir.

Tarixçi, tarix dərslikləri üzrə ekspert Aydın Allahverdiyev tarix elminin bu günkü vəziyyəti, tarixə yanaşma haqqında danışdı. Alimin fikrincə, tarix həm də təcrübə olaraq vacib elm sahəsi kimi əhəmiyyətini qoruyub saxlayır. Alimin fikrincə, gələcəyə yönəlmiş milli kimlik layihəsi həm də Azərbaycan tarixinin dərindən öyrənilməsi, araşdırılması sayəsində mümkün olacaq.

Çıxış edən digər mütəxəssislər, Hacı Həsənov, Pərviz Ağalarov, Rauf Məmmədov, Elşən Qurbanov və b. layihənin reallaşması üçün təklif və fikirlərini səsləndirdilər.

Yekunda qərara gəlindi ki, toplantıların davam etdirilməsi ilə yanaşı mütəxəssislər Milli Kimlik mövzusunda geniş araşdırmalar, akademik məqalələr hazırlasınlar. Nisbətən kiçik həcmli məqalələr Millikimlik saytında dərc olunsun, həmçinin mövzu ilə əlaqədar fikirlər və məlumatlar, konseptual tədqiqatlar isə ictimai müzakirələrə təqdim olunsun.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Oktyabr 2020, 20:07 (GMT +4)
Hikmət Hacıyev: Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var

27 Oktyabr 2020, 18:15 (GMT +4)
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub

27 Oktyabr 2020, 18:11 (GMT +4)
Ermənilərin atdığı raket Bərdədə yaşayış məntəqəsinə düşüb, ölən və yaralananlar var

27 Oktyabr 2020, 18:03 (GMT +4)
Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

27 Oktyabr 2020, 17:58 (GMT +4)
Hikmət Hacıyev: Minsk formatını ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur 

27 Oktyabr 2020, 17:44 (GMT +4)
Azərbaycan XİN Pakistana başsağlığı verib

27 Oktyabr 2020, 17:40 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərməyə davam edir (FOTO)

27 Oktyabr 2020, 17:36 (GMT +4)
İran Qarabağ münaqişəsində vasitəçi addımlara başladığını bildirib

27 Oktyabr 2020, 17:31 (GMT +4)
MN: Goranboy, Tərtər və Bərdə rayonları atəşə tutulur

27 Oktyabr 2020, 17:22 (GMT +4)
Hikmət Hacıyev: Ermənistan atəşkəslə bağlı vədlərinə sadiq qalmayıb

27 Oktyabr 2020, 17:10 (GMT +4)
Separatçıların “müdafiə naziri”nin məhv edilməsi ehtimal olunan görüntülər yayılıb

27 Oktyabr 2020, 16:56 (GMT +4)
Millimizin Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib

27 Oktyabr 2020, 16:45 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir

27 Oktyabr 2020, 16:33 (GMT +4)
Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

27 Oktyabr 2020, 16:25 (GMT +4)
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib

27 Oktyabr 2020, 16:12 (GMT +4)
İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

27 Oktyabr 2020, 15:57 (GMT +4)
Ölkəmizdə koronavirusa yoluxma hallarının 55,7 faizi paytaxtın payına düşür

27 Oktyabr 2020, 15:48 (GMT +4)
Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

27 Oktyabr 2020, 15:35 (GMT +4)
Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb

27 Oktyabr 2020, 15:20 (GMT +4)
Kanadada son sutkada 2531 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

27 Oktyabr 2020, 15:07 (GMT +4)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub

27 Oktyabr 2020, 14:58 (GMT +4)
Əfqanıstanda terror hücumu nəticəsində 5 nəfər ölüb

27 Oktyabr 2020, 14:44 (GMT +4)
İran Fransa prezidenti Emanuel Makronun islamofob bəyanatını tənqid edib

27 Oktyabr 2020, 14:37 (GMT +4)
DSK: Metrodan istifadə edənlərin sayı azalıb

27 Oktyabr 2020, 14:25 (GMT +4)
Lavrov: ABŞ və AB ölkələri Rusiyanın inkişafını dayandırmaq üçün səyləri ikiqat artırıb

27 Oktyabr 2020, 14:16 (GMT +4)
Londonda Consonun ofisi qarşısında Gəncə terroruna etiraz edilib

27 Oktyabr 2020, 13:44 (GMT +4)
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27 Oktyabr 2020, 13:37 (GMT +4)
ARDNF-in aktivləri bu ilin əvvəlindən cüzi azalıb

27 Oktyabr 2020, 13:15 (GMT +4)
Neftin qiyməti artıb

27 Oktyabr 2020, 13:00 (GMT +4)
MN: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66