Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Finlandiyanın “Nokia” şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb

21 Sentyabr 2020, 15:41 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. “Nokia” şirkəti Azərbaycanın mobil operatoru "Azercell Telecom" MMC-nin 4G şəbəkəsinin əhatə dairəsini genişləndirdiyini elan edib. Belə ki, şirkət Azərbaycan ərazisində 1400 məntəqədə özünün “AirScale” 4G baza stansiyalarını quraşdıracaq. “Nokia”nın “AirScale Radio Access” həlləri “Azercell”ə artan tələbatı qarşılayacaq yüksəksürətli mobil bağlantı, həmçinin gələcəkdə rahat miqrasiya xətti ilə təmin edəcək. “Nokia” bu müqavilədə yeganə təchizatçı kimi çıxış edir və əvvəlki təchizatçını əvəz edərək şirkətin şəbəkəsinin daha da təkmilləşdirilməsində iştirak edəcək.

Bildirilir ki, bu, 4G şəbəkəsinin əhatə dairəsinin paytaxtdan kənarda genişləndirilməsi istiqamətində icra olunan ilk genişmiqyaslı regional layihədir. “Azercell” “Nokia”nın “Single RAN” həllindən istifadə edəcək. Bu həll yüksək qoşulma qabiliyyəti və bazarda ən az gecikmə təklif edən ilk hərtərəfli kommersiya həllidir. “Single RAN” mürəkkəbliyi azaldacaq, xərcləri optimallaşdıracaq və proqramın yenilənməsi ilə gələcəkdə daha asan şəkildə texnoloji yüksəliş əldə etməyə imkan verəcək.

“Azercell”, eyni zamanda, “Nokia”nın “NetAct Cloud” adlı şəbəkə idarəetmə sistemini də tətbiq edəcək. Bu sistem bulud əsaslıdır, yalnız proqram təminatı ilə xidmət üzrə müştəri tələblərinə cavab verir. “NetAct” bulud şəbəkə idarəetmə sistemindən istifadə edəcək. Bu sistem daha çox çeviklik və daha aşağı əməliyyat xərcləri ilə bağlı digər IT və telekom sistemləri ilə eyni məlumat mərkəzi platformalarında istifadə olunur. “NetAct” həm radio, həm də əsas şəbəkələri idarə edir və nasazlıqların idarə edilməsi, konfiqurasiya idarəetməsi, şəbəkə və inzibati idarəetmə, performansın idarə olunması və təhlükəsizliyin idarə edilməsi üçün tətbiqlər təqdim edir. Razılaşmaya, həmçinin “Nokia”nın şəbəkə dizaynı, quraşdırma və optimallaşdırma üzrə xidmətləri də daxildir. Quraşdırma işlərinə 2018-ci ilin sonunda başlanıb və 2020-ci ilin iyulunda başa çatıb.

Məqalədə “Azercell”in Azərbaycanın ən iri mobil operatoru olduğu qeyd olunur. Şirkətin 4G şəbəkəsinin coğrafi əhatə dairəsini genişləndirməyi və 4G şəbəkəsini bütün ölkəyə, o cümlədən digər şəhər və rayonlara yaymağı planlaşdırdığı, həmçinin aşağı güclü, geniş sahəli “NB-IoT” xidmətlərini tətbiq etməyi hədəflədiyi bildirilir.

“5 milyondan çox istifadəçisi olan “Azercell” Azərbaycanın bütün bölgələrinin sakinlərini sürətli internet vasitəsilə bərabər texnoloji imkanlar və ən son yeniliklərlə təmin etmək üçün 4G şəbəkəsini “Nokia” ilə gücləndirib və genişləndirib. Qürur hissi ilə qeyd etmək lazımdır ki, “Systemics” Avropa şirkətinin Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi “Azercell”in ölkənin bütün bölgələrində ən yüksək keyfiyyətli 4G xidmətlərini təmin etdiyini təsdiqləyib. “Nokia” ilə də uzunmüddətli əməkdaşlıq gözləyirik”, - deyə “Azercell”in Şəbəkə texnologiyaları departamentinin direktoru Marat Həmidov qeyd edib.

“Azercell”i ölkəboyu 4G bağlantısı tətbiq etmək istiqamətində gördüyü işlərdə dəstəkləməkdən məmnunuq. Yüksək performanslı 4G şəbəkəsi böyük əhəmiyyətə malikdir və biz öz “AirScale” həllimizlə “Azercell” hazır olduğu zaman yeni texnoloji dövrə sadə yenilənmə təklif edirik. “Azercell” ilə uzunmüddətli və sıx iş birliyi qurmağı və ölkə ərazisində abunəçilərinə ən yaxşı bağlantı təmin etmək üçün davamlı səylərinə kömək etməyi səbirsizliklə gözləyirəm”, - deyə “Nokia”nın Orta Şərq və Orta Asiya Ölkələri üzrə rəhbəri Mikko Lavanti bildirib.

Qeyd edək ki, yerli mediada bununla bağlı informasiya artıq yayımlanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azercell Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürüb

"Azercell"in dəstəyi məktəblilər xüsusi hazırlıq dərsləri keçiblər

Azercell abunəçilərinə hədiyyə balans qazandırır

“Azercell” yeni kampaniya keçirir

“Azercell” şəhid övladlarını sevindirib

“Azercell” beynəlxalq səviyyədə “İlin şirkəti” seçilib

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər bürünc medala layiq görülüblər

“Azercell”in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır

“Azercell”in Müştəri Xidmətləri və Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir

“Azercell”in müştəri məmnuniyyəti göstəricisi son altı ayda 90 faizi keçib

"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

Son 18 ay ərzində “Azercell”in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

Azercell növbəti beynəxalq sertifikat qazanıb

“Azercell”in yeni 4G Wi-Fi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər

Azercell Mediacell tarifi olan istifadəçilərə pulsuz internet yükləyib

Azercell yeni kampaniyaya start verib

Azercell yeni 4G MiFi kampaniyasına başlayıb

“Azercell”lilər bir ay ərzində “#rəqəmsalgünləri” birlikdə qeyd edəcək

Azercell “Telegram Bot” xidmətini təqdim edib

23 Oktyabr 2020, 17:57 (GMT +4)
Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

23 Oktyabr 2020, 17:46 (GMT +4)
Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

23 Oktyabr 2020, 17:33 (GMT +4)
İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

23 Oktyabr 2020, 17:20 (GMT +4)
Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib (VİDEO)

23 Oktyabr 2020, 17:15 (GMT +4)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin bərpasına başlanılıb

23 Oktyabr 2020, 16:51 (GMT +4)
İsrail Azərbaycana humanitar yardım göndərib

23 Oktyabr 2020, 16:46 (GMT +4)
Ramin Quluzadə: “Erməni təxribatları İKT-nin inkişafına əngəl törədir”

23 Oktyabr 2020, 16:27 (GMT +4)
Səfir: “İran-Azərbaycan sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”

23 Oktyabr 2020, 16:15 (GMT +4)
Ərdoğan: Qarabağdakı sülh prosesində iştirak etməyə Rusiya qədər Türkiyənin də hüququ çatır

23 Oktyabr 2020, 16:11 (GMT +4)
NK: İşğal altındakı ərazilərlə bağlı təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb

23 Oktyabr 2020, 15:44 (GMT +4)
Azərbaycanda son sutkada 803 nəfər COVID-19-a yoluxub

23 Oktyabr 2020, 15:30 (GMT +4)
Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlı rayonunda əbədiləşdiriləcək

23 Oktyabr 2020, 15:25 (GMT +4)
Prezidenti İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun atasına zəng edib

23 Oktyabr 2020, 15:11 (GMT +4)
Politoloq: Türkiyə və Azərbaycan regionda sülhün bərqərar olunmasında əsas iştirakçılardır

23 Oktyabr 2020, 14:53 (GMT +4)
Qanada kilsənin dağılması nəticəsində 18 nəfər ölüb

23 Oktyabr 2020, 14:35 (GMT +4)
Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib (VİDEO)

23 Oktyabr 2020, 14:27 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşır

23 Oktyabr 2020, 14:10 (GMT +4)
Qubada alma yığımına start verilib

23 Oktyabr 2020, 13:57 (GMT +4)
MN: Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib (VİDEO)

23 Oktyabr 2020, 13:44 (GMT +4)
İşğal altındakı torpaqlarda qanunsuz işləyən şirkətlər barədə tədbirlər görüləcək

23 Oktyabr 2020, 13:30 (GMT +4)
Neft yenidən ucuzlaşıb

23 Oktyabr 2020, 13:12 (GMT +4)
“Azərsığorta” Vətən Müharibəsinə görə ödəniş etməyə başlayıb

23 Oktyabr 2020, 12:53 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

23 Oktyabr 2020, 12:50 (GMT +4)
KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

23 Oktyabr 2020, 12:46 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 17 mini keçib

23 Oktyabr 2020, 12:30 (GMT +4)
"Qarabağ" UEFA reytinqində mövqeyini qoruyub

23 Oktyabr 2020, 12:23 (GMT +4)
MN: Ermənistana məxsus daha bir PUA məhv edilib

23 Oktyabr 2020, 12:10 (GMT +4)
ABŞ-da Tramp-Bayden final debatı sona çatıb

23 Oktyabr 2020, 12:09 (GMT +4)
Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

23 Oktyabr 2020, 11:50 (GMT +4)
Baş infeksionist əhaliyə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66