Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycana şəxsi istifadə üçün gətirilən malların qaydası sərtləşdirilib

21 Sentyabr 2020, 09:00 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi barədə 21 avqust 2020-ci il tarixli qərarı bu gündən qüvvəyə minir.

SalamNews xəbər verir ki, qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

Bundan başqa, 2 ildən az olmayaraq diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət etmiş, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3 000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. İndiyə qədər bu məsələlərdə limit olmayıb.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Oktyabr 2020, 10:35 (GMT +4)
Sudan ödəniş edən kimi ona qarşı sanksiyalar götürüləcək - Tramp

20 Oktyabr 2020, 10:15 (GMT +4)
Azərbaycan neftinin qiyməti azalıb

20 Oktyabr 2020, 10:13 (GMT +4)
ABŞ seçkilərində artıq 30 milyona yaxın insan səs verib

20 Oktyabr 2020, 10:00 (GMT +4)
BNA: Bakının bəzi yollarında tıxac yaranıb

20 Oktyabr 2020, 09:51 (GMT +4)
Suriya hökuməti Tramp Administrasiyasının göndərdiyi rəsmilərə rədd cavabı verib

20 Oktyabr 2020, 09:50 (GMT +4)
Ceyhun Bayramov və Beynəlxalq Türk Akademiyasının prezidenti arasında telefon danışığı olub

20 Oktyabr 2020, 09:42 (GMT +4)
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

20 Oktyabr 2020, 09:28 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın rütbəli hərbçiləri məhv edilib

20 Oktyabr 2020, 09:25 (GMT +4)
MN: Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib

20 Oktyabr 2020, 09:23 (GMT +4)
MN: Düşmənin məhv edilən döyüş texnikasının siyahısı açıqlanıb

20 Oktyabr 2020, 09:21 (GMT +4)
ABŞ İranla bağlı bir neçə ölkənin şirkətinə sanksiya tətbiq edib

20 Oktyabr 2020, 09:15 (GMT +4)
Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlanıb

20 Oktyabr 2020, 09:04 (GMT +4)
MN: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib

19 Oktyabr 2020, 18:13 (GMT +4)
Azərbaycan Almaniyaya nota verəcək

19 Oktyabr 2020, 18:01 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərir (FOTO)

19 Oktyabr 2020, 17:53 (GMT +4)
İspaniyanın “La Razón” qəzeti: “Qarabağ Azərbaycandır”

19 Oktyabr 2020, 17:40 (GMT +4)
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında təbliğat işləri davam edir

19 Oktyabr 2020, 17:22 (GMT +4)
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb

19 Oktyabr 2020, 17:10 (GMT +4)
MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

19 Oktyabr 2020, 17:03 (GMT +4)
Sergey Lavrov: Moskva görüşündən sonra ümidlərimiz özünü doğrultmadı

19 Oktyabr 2020, 16:47 (GMT +4)
ABŞ Əfqanıstandakı sülh danışıqlarından seçkilərdə yararlanmağa çalışır – Həsən Ruhani

19 Oktyabr 2020, 16:37 (GMT +4)
Hikmət Hacıyev: Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq

19 Oktyabr 2020, 16:31 (GMT +4)
Ermənilər Tərtər pambıq zavodunu vurub (VİDEO)

19 Oktyabr 2020, 16:20 (GMT +4)
MN: Hazırda bütün cəbhəboyu nəzarət Ordumuzun nəzarəti altındadır

19 Oktyabr 2020, 16:11 (GMT +4)
BƏƏ-dən İsrailə gedən ilk ticarət gəmisini Netanyahu şəxsən özü qarşılayıb

19 Oktyabr 2020, 15:57 (GMT +4)
Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

19 Oktyabr 2020, 15:40 (GMT +4)
BP Azərbaycan xalqına dəstəyini ifadə edib

19 Oktyabr 2020, 15:27 (GMT +4)
Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub

19 Oktyabr 2020, 15:16 (GMT +4)
İranda son sutkada 337 koronavirus xəstəsinin ölümü qeydə alınıb

19 Oktyabr 2020, 15:11 (GMT +4)
Sahibə Qafarova TBMM Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66