Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Masazırda yerləşən Duz gölünün vəziyyəti nəzarətdədir

21 Sentyabr 2020, 12:37 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri Masazır kəndində yerləşən Duz gölünün hazırkı ekoloji vəziyyəti ilə yerində tanış olmaq məqsədilə əraziyə gələrək gölün ətrafına baxış keçiriblər.

SalamNews Azərtac-a istinadla xəbər verir ki, Masazır kəndində “Azərduz” İstehsalat Birliyinin ərazisində yerləşən Duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Prezidenti İlham Əliyevin verdiyi tapşırıq əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 2018-ci ildə uzunluğu 14,6 kilometr olan müxtəlif diametrli xətt çəkilib və nasosxana inşa olunub. Xətt çəkilişi işləri sifarişçi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin verdiyi layihə əsasında podratçı “ArchiCo” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilib.

Monitorinq zamanı bildirilib ki, verilmiş layihəyə uyğun xətt çəkilişi işləri normal qaydada başa çatdırılaraq 2019-cu ilin iyulun 11-də “Azərsu” ASC-yə təhvil verilib. Lakin layihə Duz gölünə axıdılan çirkab suları tam əhatə etməyib. Belə ki, Masazır kəndi istiqamətində “Zəli gölü” adlanan ərazidən qrunt suları, eləcə də ətraf ərazilərdən buraya axıdılmalar nəticəsində göl daşaraq açıq şəkildə Masazır duz gölünə axır.

Bu ərazi əvvəl çəkilmiş layihə üzrə kanalizasiya xəttinin başlanğıc nöqtəsinə 50-60 metr məsafədə olmasına baxmayaraq, suyun səviyyəsinin çəkilmiş xətdən bir neçə metr aşağıda olması səbəbindən ərazidən suların yığılması mümkün olmayıb. Mövcud vəziyyətlə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 2020-ci ilin may ayında məktubla “Azərsu” ASC-yə müraciət edilib.

Masazır Duz gölünün çirkab suları və digər tullantılar ilə çirklənməsi səbəbindən “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları tərəfindən sentyabrın 18-də də əraziyə baxış keçirilib.

Rayon rəhbərliyi Abşeron Sukanal İdarəsinin əməkdaşları ilə əraziyə baxış keçirdikdən sonra gölün çirkab suları və digər tullantılar ilə çirklənməsinin qarşısının alınması istiqamətində görüləcək işləri təhlil edilib. Bununla bağlı Masazır və Novxanı kəndləri ərazisində 2018-ci ildə çəkilmiş kanalizasiya xətti layihəsinin davam etdirilərək yeni nasosxana inşa olunmasını və 50-60 metr məsafədə öz axını ilə çəkilmiş kanalizasiya xəttinə birləşmənin verilməsi məqsədəuyğun hesab edilib.

Məsələnin həlli Abşeron Rayon İcra Hakimiyyətinin nəzarətindədir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Oktyabr 2020, 17:57 (GMT +4)
Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

23 Oktyabr 2020, 17:46 (GMT +4)
Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

23 Oktyabr 2020, 17:33 (GMT +4)
İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

23 Oktyabr 2020, 17:20 (GMT +4)
Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib (VİDEO)

23 Oktyabr 2020, 17:15 (GMT +4)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin bərpasına başlanılıb

23 Oktyabr 2020, 16:51 (GMT +4)
İsrail Azərbaycana humanitar yardım göndərib

23 Oktyabr 2020, 16:46 (GMT +4)
Ramin Quluzadə: “Erməni təxribatları İKT-nin inkişafına əngəl törədir”

23 Oktyabr 2020, 16:27 (GMT +4)
Səfir: “İran-Azərbaycan sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”

23 Oktyabr 2020, 16:15 (GMT +4)
Ərdoğan: Qarabağdakı sülh prosesində iştirak etməyə Rusiya qədər Türkiyənin də hüququ çatır

23 Oktyabr 2020, 16:11 (GMT +4)
NK: İşğal altındakı ərazilərlə bağlı təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb

23 Oktyabr 2020, 15:44 (GMT +4)
Azərbaycanda son sutkada 803 nəfər COVID-19-a yoluxub

23 Oktyabr 2020, 15:30 (GMT +4)
Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlı rayonunda əbədiləşdiriləcək

23 Oktyabr 2020, 15:25 (GMT +4)
Prezidenti İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun atasına zəng edib

23 Oktyabr 2020, 15:11 (GMT +4)
Politoloq: Türkiyə və Azərbaycan regionda sülhün bərqərar olunmasında əsas iştirakçılardır

23 Oktyabr 2020, 14:53 (GMT +4)
Qanada kilsənin dağılması nəticəsində 18 nəfər ölüb

23 Oktyabr 2020, 14:35 (GMT +4)
Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib (VİDEO)

23 Oktyabr 2020, 14:27 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşır

23 Oktyabr 2020, 14:10 (GMT +4)
Qubada alma yığımına start verilib

23 Oktyabr 2020, 13:57 (GMT +4)
MN: Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib (VİDEO)

23 Oktyabr 2020, 13:44 (GMT +4)
İşğal altındakı torpaqlarda qanunsuz işləyən şirkətlər barədə tədbirlər görüləcək

23 Oktyabr 2020, 13:30 (GMT +4)
Neft yenidən ucuzlaşıb

23 Oktyabr 2020, 13:12 (GMT +4)
“Azərsığorta” Vətən Müharibəsinə görə ödəniş etməyə başlayıb

23 Oktyabr 2020, 12:53 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

23 Oktyabr 2020, 12:50 (GMT +4)
KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

23 Oktyabr 2020, 12:46 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 17 mini keçib

23 Oktyabr 2020, 12:30 (GMT +4)
"Qarabağ" UEFA reytinqində mövqeyini qoruyub

23 Oktyabr 2020, 12:23 (GMT +4)
MN: Ermənistana məxsus daha bir PUA məhv edilib

23 Oktyabr 2020, 12:10 (GMT +4)
ABŞ-da Tramp-Bayden final debatı sona çatıb

23 Oktyabr 2020, 12:09 (GMT +4)
Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

23 Oktyabr 2020, 11:50 (GMT +4)
Baş infeksionist əhaliyə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66