Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İlham Əliyev bütün müsəlman ölkələrinə səslənib: «Ermənistan sizin dostunuz deyil»

21 Sentyabr 2020, 09:27 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Baxın, bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar. Bu, müsəlman aləminə edilən təhqir deyilmi? Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin. Eyni zamanda, mənə verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Misirdə hansısa dini liderlə görüşüb. Yaxşı, o dini liderə deyən olmadı ki, bu adamlar müsəlman məscidlərini təhqir edib, bütün müsəlman dünyasını təhqir edib.

SalamNews xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Ölkə başçısı bildirib: "Biz dəqiq bilirik, erməni rəsmiləri Avropada olarkən avropalıların yenə də bunlara münasibətinin müsbət olması üçün onların əsas arqumenti o olur ki, biz müsəlmanların əhatəsində yaşayırıq. Bizim üç qonşumuz müsəlman ölkələridir. Biz burada, bu bölgədə xristianlığı qoruyan xalqıq. Bizim ətrafımızda olan müsəlman ölkələri düşməndir. Bəli, Türkiyəni və Azərbaycanı Ermənistan düşmən sayır. Ancaq İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Bəs necə ola bilər? Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq? Mən belə dostluğu başa düşmürəm. Mən dəfələrlə müsəlman ölkələrinin rəhbərlərinə həm ikitərəfli formatda, həm çoxtərəfli formatda, həm də rəsmi çıxışlarımda müraciət etmişəm və demişəm ki, onlar bu məsələni nəzərə alsınlar.

Yenə də deyirəm, Ermənistan sıradan olan ölkə deyil. Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideologiyanı uşaqlara aşılayırlar.

Ona görə biz öz prinsipial mövqeyimizdə qalacağıq. Bu məsələni həmişə diqqətdə saxlayacağıq. Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil. İkincisi, Ermənistanda hansı maraqlar ola bilər? Bu ölkə uğursuz ölkədir. Bunun bir beynəlxalq adı da var - “Fail state”. Uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Heç bir ölkəyə investisiya qoymur. Nəqliyyat dalanıdır bu ölkə. Hansı marağı ola bilər? Hansısa vəziyyətə görə, kiməsə acıq vermək üçün əgər belə addımlar atılırsa, bunlar ancaq təəssüf doğurur".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Oktyabr 2020, 09:25 (GMT +4)
MN: Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib

20 Oktyabr 2020, 09:21 (GMT +4)
ABŞ İranla bağlı bir neçə ölkənin şirkətinə sanksiya tətbiq edib

20 Oktyabr 2020, 09:15 (GMT +4)
Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlanıb

20 Oktyabr 2020, 09:04 (GMT +4)
MN: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib

19 Oktyabr 2020, 18:13 (GMT +4)
Azərbaycan Almaniyaya nota verəcək

19 Oktyabr 2020, 18:01 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərir (FOTO)

19 Oktyabr 2020, 17:53 (GMT +4)
İspaniyanın “La Razón” qəzeti: “Qarabağ Azərbaycandır”

19 Oktyabr 2020, 17:40 (GMT +4)
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında təbliğat işləri davam edir

19 Oktyabr 2020, 17:22 (GMT +4)
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb

19 Oktyabr 2020, 17:10 (GMT +4)
MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

19 Oktyabr 2020, 17:03 (GMT +4)
Sergey Lavrov: Moskva görüşündən sonra ümidlərimiz özünü doğrultmadı

19 Oktyabr 2020, 16:47 (GMT +4)
ABŞ Əfqanıstandakı sülh danışıqlarından seçkilərdə yararlanmağa çalışır – Həsən Ruhani

19 Oktyabr 2020, 16:37 (GMT +4)
Hikmət Hacıyev: Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq

19 Oktyabr 2020, 16:31 (GMT +4)
Ermənilər Tərtər pambıq zavodunu vurub (VİDEO)

19 Oktyabr 2020, 16:20 (GMT +4)
MN: Hazırda bütün cəbhəboyu nəzarət Ordumuzun nəzarəti altındadır

19 Oktyabr 2020, 16:11 (GMT +4)
BƏƏ-dən İsrailə gedən ilk ticarət gəmisini Netanyahu şəxsən özü qarşılayıb

19 Oktyabr 2020, 15:57 (GMT +4)
Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

19 Oktyabr 2020, 15:40 (GMT +4)
BP Azərbaycan xalqına dəstəyini ifadə edib

19 Oktyabr 2020, 15:27 (GMT +4)
Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub

19 Oktyabr 2020, 15:16 (GMT +4)
İranda son sutkada 337 koronavirus xəstəsinin ölümü qeydə alınıb

19 Oktyabr 2020, 15:11 (GMT +4)
Sahibə Qafarova TBMM Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

19 Oktyabr 2020, 14:57 (GMT +4)
Qazax sakinində silah aşkarlanıb

19 Oktyabr 2020, 14:40 (GMT +4)
Prokurorluq: Dünən Ermənistan Bakı-Novorossiysk neft kəmərini hədəf alıb

19 Oktyabr 2020, 14:40 (GMT +4)
Cenevrədə Liviya münaqişəsi tərəflərinin danışıqlarının növbəti mərhələsi başlayıb

19 Oktyabr 2020, 14:22 (GMT +4)
İlham Əliyev: Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır

19 Oktyabr 2020, 14:15 (GMT +4)
Azərbaycan Prezidenti Türkiyə parlamentinin Sədrini qəbul edib

19 Oktyabr 2020, 14:02 (GMT +4)
Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib

19 Oktyabr 2020, 13:50 (GMT +4)
Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına Ermənistanın son təxribatlarından danışıb

19 Oktyabr 2020, 13:49 (GMT +4)
İraq baş naziri Avropaya ilk rəsmi səfərinə başlayıb

19 Oktyabr 2020, 13:40 (GMT +4)
Koronavirusun yeni simptomu aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66