Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azərbaycanda yeni abidə aşkar edilib (FOTOLAR)

21 Sentyabr 2020, 09:42 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. Avqustun 15-dən sentyabrın 14-nə kimi Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində keçən il başlamış arxeoloji tədqiqatları davam etdirmişdir.

SalamNews xəbər verir ki, bu bir ay müddətində, keçən il tədqiqatları aparılmış 1 və 2 saylı qazıntı sahələrində qazıntı işləri davam etdirilmiş, əlavə olaraq yeni, 4 saylı qazıntı sahəsində tədqiqatlar başlamışdır. Beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, Qazaxıstan tərəfindən beynəlxalq elmi çevrələrdə tanınmış alim, Alman Arxeoloji İnstitutunun müxbir üzvi, professor Zeynolla Samaşev rəhbərlik etməkdədirlər.

Bu il tədqiqatı başlamış 4 saylı qazıntı sahəsində bölgə üçün yenilik olan unikal tapıntı üzə çıxmışdır. Belə ki, 1984-cü ildən tədqiqat işləri aparılan və bu vaxta qədər nekropol olaraq bilinən Təpəbaşı abidəsinin 2020-ci il arxeoloji tədqiqatlarında ilk dəfə olaraq yaşayış yerinin təsərrüfat tikililəri aşkar edildi. Bunlar antik dövrə aid keramika sobaları və ona aid yardımçı təsərrüfat qurğularıdır. Bütövlükdə abidədə bir keramika sobası və səkkiz təsərrüfat quyusu müəyyən olundu.

1 və 2 saylı qazıntı sahələrində bu il aparılmış qazıntılar nəticəsində antik dövrün müxtəlif mərhələlərinə aid 4 qəbir aşkar edilib. Qəbirlərdən xeyli sayda antik dövrə aid maddi-mədəniyyət nümunələri – saxsı qablar, tunc əşyalar, dəmir silahlar, pasta muncuqlar və s., həmçinin, insan və heyvan qalıqları əldə olundu.

Qazıntı işləri dronla aparılmış aerofotoçəkiliş vasitəsilə sənədləşmiş, əldə olunan materiallar yerindəcə qorunub bərpa edilərək, ilkin çöl şəraitində inventar siyahısına alınmışdır.

Bu il Şəkidə aparılan arxeoloji tədqiqatlara qazaxıstanlı arxeoloqlar mövcud pandemiya səbəbindən qatıla bilmədilər. Buna baxmayaraq, bu ilki qazıntı materiallarının elmi təhlilində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar müştərək fəaliyyət göstərəcəklər. Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İsmayıllıda tarixi abidə tapılıb

Xalq artisti Arif Məlikovun Bakıda ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Qobustanda Qafqaz Albaniyasına aid abidə dağılıb

Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq

Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq

XİN: Belçikada Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı cinayət işi açılıb

Mirhəsən Seyidov icra başçısı kimi ilk olaraq ulu öndərin abidəsini ziyarət edib

Sumqayıtda məşhur “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib

Prezident İlham Əliyev Xocalı abidəsini ziyarət edib

Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət edib (FOTOLAR)

Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTOLAR)

Mədəni tarixi abidələrimizin təbliği aparılır

Süleymani və əl-Mühəndisin terror edildiyi yerdə şəhidlərin xatirəsinə abidə ucaldılacaq

Səfirlik: Hüseyn xan Naxçıvanskinin abidəsi 2020-ci ildə açılacaq

Şəhidlərin xatirə abidəsinin açılışı olub (FOTO)

“Malakanların evi” kimi tanınan bina “Memarlıq abidələri” siyahısına daxil edilib

Quba və Qusarda bir neçə tarixi abidə dağılmaq təhlükəsi ilə üzləşib

Qarabağ bölgəsində yeni arxeoloji abidələr aşkar edilib

Əbu-Dabidə Qlobal İqlim Sammitinə hazırlıqla bağlı iclas keçirilib

20 Oktyabr 2020, 09:28 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın rütbəli hərbçiləri məhv edilib

20 Oktyabr 2020, 09:25 (GMT +4)
MN: Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib

20 Oktyabr 2020, 09:23 (GMT +4)
MN: Düşmənin məhv edilən döyüş texnikasının siyahısı açıqlanıb

20 Oktyabr 2020, 09:21 (GMT +4)
ABŞ İranla bağlı bir neçə ölkənin şirkətinə sanksiya tətbiq edib

20 Oktyabr 2020, 09:15 (GMT +4)
Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlanıb

20 Oktyabr 2020, 09:04 (GMT +4)
MN: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib

19 Oktyabr 2020, 18:13 (GMT +4)
Azərbaycan Almaniyaya nota verəcək

19 Oktyabr 2020, 18:01 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərir (FOTO)

19 Oktyabr 2020, 17:53 (GMT +4)
İspaniyanın “La Razón” qəzeti: “Qarabağ Azərbaycandır”

19 Oktyabr 2020, 17:40 (GMT +4)
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında təbliğat işləri davam edir

19 Oktyabr 2020, 17:22 (GMT +4)
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb

19 Oktyabr 2020, 17:10 (GMT +4)
MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

19 Oktyabr 2020, 17:03 (GMT +4)
Sergey Lavrov: Moskva görüşündən sonra ümidlərimiz özünü doğrultmadı

19 Oktyabr 2020, 16:47 (GMT +4)
ABŞ Əfqanıstandakı sülh danışıqlarından seçkilərdə yararlanmağa çalışır – Həsən Ruhani

19 Oktyabr 2020, 16:37 (GMT +4)
Hikmət Hacıyev: Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq

19 Oktyabr 2020, 16:31 (GMT +4)
Ermənilər Tərtər pambıq zavodunu vurub (VİDEO)

19 Oktyabr 2020, 16:20 (GMT +4)
MN: Hazırda bütün cəbhəboyu nəzarət Ordumuzun nəzarəti altındadır

19 Oktyabr 2020, 16:11 (GMT +4)
BƏƏ-dən İsrailə gedən ilk ticarət gəmisini Netanyahu şəxsən özü qarşılayıb

19 Oktyabr 2020, 15:57 (GMT +4)
Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

19 Oktyabr 2020, 15:40 (GMT +4)
BP Azərbaycan xalqına dəstəyini ifadə edib

19 Oktyabr 2020, 15:27 (GMT +4)
Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub

19 Oktyabr 2020, 15:16 (GMT +4)
İranda son sutkada 337 koronavirus xəstəsinin ölümü qeydə alınıb

19 Oktyabr 2020, 15:11 (GMT +4)
Sahibə Qafarova TBMM Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

19 Oktyabr 2020, 14:57 (GMT +4)
Qazax sakinində silah aşkarlanıb

19 Oktyabr 2020, 14:40 (GMT +4)
Prokurorluq: Dünən Ermənistan Bakı-Novorossiysk neft kəmərini hədəf alıb

19 Oktyabr 2020, 14:40 (GMT +4)
Cenevrədə Liviya münaqişəsi tərəflərinin danışıqlarının növbəti mərhələsi başlayıb

19 Oktyabr 2020, 14:22 (GMT +4)
İlham Əliyev: Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır

19 Oktyabr 2020, 14:15 (GMT +4)
Azərbaycan Prezidenti Türkiyə parlamentinin Sədrini qəbul edib

19 Oktyabr 2020, 14:02 (GMT +4)
Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib

19 Oktyabr 2020, 13:50 (GMT +4)
Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına Ermənistanın son təxribatlarından danışıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66