Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Mətbuat Şurası jurnalistlərə müraciət edib

21 Sentyabr 2020, 13:50 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. Azərbaycan Mətbuat Şurası jurnalistlərə müraciət edib.

Şuradan SalamNews-a daxil olan müraciətdə deyilir:

"Kütləvi informasiya vasitələrimiz Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki durumla bağlı məsələlərə böyük diqqət yetirirlər. Ümumən jurnalistlərimiz Dağlıq Qarabağ münaqişəsinə, onunla əlaqədar istənilən prosesə, yeniliyə, atəşkəsin pozulması hallarına və digər məqamlara maraq göstərirlər. Bu, onların təbiətindən irəli gələn xüsusiyyətdir. Media cəmiyyətin güzgüsüdür, cəmiyyət isə Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalına münasibətdə barışmazdır. Mövzunun həssaslığını şərtləndirən də budur. 

Ancaq təəssüflə bildirməliyik ki, bəzi media orqanlarının cəmiyyətin həssas yanaşdığı taleyüklü məsələyə münasibəti heç də həmişə adekvat olmur. Qeyri-peşəkarlıq hallarını müşahidə edirik. Sosial şəbəkələrdə yayılmış və Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatının Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən vurulduğunu əks etdirdiyi bildirilən video görüntülərin ayrı-ayrı informasiya saytlarında yer alması da bu baxımdan xüsusi diqqət yetirilməli məsələdir.

Haqqında söz açdığımız görüntülər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən dövriyyəyə buraxılmamış müəyyən sosial şəbəkə istifadəçilərinin bu kimi çəkilişləri yayması isə hələ o demək deyil ki, görüntülər Ermənistana məxsus pilotsuz uçuş aparatının vurulduğu anın təsviridir. Belə hallarda dəfələrlə bildirmişik və yenə də vurğulayırıq ki, əldə edilmiş bilgilərin Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir. Bu, peşəkarlıq tələbidir. Media orqanı və jurnalist üçün sosial şəbəkədə yayılmış materialın dürüst mənbə ola bilmə mütləqliyi yoxdur.

Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları bu sayaq durumlara münasibətdə peşəkarlığı qorumağa, emosiyalara qapılmamağa, mənbənin dəqiqliyinə ciddi önəm verməyə, rəsmi qurumlara istinad etməyə çağırır. Unutmaq olmaz ki, müasir dövr üçün müharibənin informasiya cəbhəsi anlayışı aktualdır və bu cəbhədə ən xırda detal belə müstəsna əhəmiyyətə malikdir. Media orqanlarımızın, jurnalistlərimizin, cəmiyyətə informasiya verməyə məsul hər bir şəxsin məsələni nəzərə alması isə həm qanunlarımızın tələbidir, həm də böyük mənəvi məsuliyyətdir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Ağdamsız 27 il" anım tədbiri keçirilib

"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

İdlibdə mülki şəxslərin qruplaşmaların bölgəsindən çıxamsı üçün 3 koridor nəzərdə tutulub

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başlayıb

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

AMŞ sədri Fuad Abbasovun həbsinə münasibət bildirib

İngiltərə müdafiə naziri Qevin Uilyamson istefaya göndərilib

Tillerson Trampı "intizamsız" və "oxumağı sevməyən" insan adlandırıb

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum olub

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanmaq fürsəti 

Husilər Səudiyyənin ABŞ istehsallı bir Abrams tankını vurublar (FOTO)

“Samsung” şirkəti 6 kameralı smartfonunu təqdim edəcək

AMŞ ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb

Türkiyənin Səfirliyinin mətbuat müşaviri AMŞ-də olub

“Samsung” yeni 5G modem təqdim edib

“Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın!

Solikamskda Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilib (FOTO,VİDEO)

AMŞ yazı müsabiqəsi elan edib

“Full” stendinə gəl, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan

Jurnalistin söyülməsi biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir - AMŞ sədri

23 Oktyabr 2020, 17:57 (GMT +4)
Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

23 Oktyabr 2020, 17:46 (GMT +4)
Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

23 Oktyabr 2020, 17:33 (GMT +4)
İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

23 Oktyabr 2020, 17:20 (GMT +4)
Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib (VİDEO)

23 Oktyabr 2020, 17:15 (GMT +4)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin bərpasına başlanılıb

23 Oktyabr 2020, 16:51 (GMT +4)
İsrail Azərbaycana humanitar yardım göndərib

23 Oktyabr 2020, 16:46 (GMT +4)
Ramin Quluzadə: “Erməni təxribatları İKT-nin inkişafına əngəl törədir”

23 Oktyabr 2020, 16:27 (GMT +4)
Səfir: “İran-Azərbaycan sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”

23 Oktyabr 2020, 16:15 (GMT +4)
Ərdoğan: Qarabağdakı sülh prosesində iştirak etməyə Rusiya qədər Türkiyənin də hüququ çatır

23 Oktyabr 2020, 16:11 (GMT +4)
NK: İşğal altındakı ərazilərlə bağlı təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb

23 Oktyabr 2020, 15:44 (GMT +4)
Azərbaycanda son sutkada 803 nəfər COVID-19-a yoluxub

23 Oktyabr 2020, 15:30 (GMT +4)
Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlı rayonunda əbədiləşdiriləcək

23 Oktyabr 2020, 15:25 (GMT +4)
Prezidenti İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun atasına zəng edib

23 Oktyabr 2020, 15:11 (GMT +4)
Politoloq: Türkiyə və Azərbaycan regionda sülhün bərqərar olunmasında əsas iştirakçılardır

23 Oktyabr 2020, 14:53 (GMT +4)
Qanada kilsənin dağılması nəticəsində 18 nəfər ölüb

23 Oktyabr 2020, 14:35 (GMT +4)
Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib (VİDEO)

23 Oktyabr 2020, 14:27 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşır

23 Oktyabr 2020, 14:10 (GMT +4)
Qubada alma yığımına start verilib

23 Oktyabr 2020, 13:57 (GMT +4)
MN: Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib (VİDEO)

23 Oktyabr 2020, 13:44 (GMT +4)
İşğal altındakı torpaqlarda qanunsuz işləyən şirkətlər barədə tədbirlər görüləcək

23 Oktyabr 2020, 13:30 (GMT +4)
Neft yenidən ucuzlaşıb

23 Oktyabr 2020, 13:12 (GMT +4)
“Azərsığorta” Vətən Müharibəsinə görə ödəniş etməyə başlayıb

23 Oktyabr 2020, 12:53 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

23 Oktyabr 2020, 12:50 (GMT +4)
KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

23 Oktyabr 2020, 12:46 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 17 mini keçib

23 Oktyabr 2020, 12:30 (GMT +4)
"Qarabağ" UEFA reytinqində mövqeyini qoruyub

23 Oktyabr 2020, 12:23 (GMT +4)
MN: Ermənistana məxsus daha bir PUA məhv edilib

23 Oktyabr 2020, 12:10 (GMT +4)
ABŞ-da Tramp-Bayden final debatı sona çatıb

23 Oktyabr 2020, 12:09 (GMT +4)
Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

23 Oktyabr 2020, 11:50 (GMT +4)
Baş infeksionist əhaliyə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66