Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AQTA sahibkarlara xəbərdarlıq edib

22 Sentyabr 2020, 09:09 (GMT +4)

Bakı, 22 sentyabr, SalamNews.Son zamanlar qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, topdan və pərakəndə satış obyektlərində, bazarlarda və yarmarkalarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan dövlət baytarlıq nəzarəti tədbirləri zamanı bir sıra heyvan mənşəli məhsulların, o cümlədən ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsulların dövlət baytarlıq nəzarətinə təqdim edilmədən satışının həyata keçirildiyi faktları aşkar edilməkdədir.

AQTA-dan SalamNews-a bildirilib ki, heyvan mənşəli məhsulların baytarlıq-sanitariya ekspertizasından keçmədən satışı əhalinin zoonoz xəstəliklərə yoluxmasına zəmin yaradır:

"Belə ki, aparılan dövlət nəzarəti tədbirləri zamanı bəzi quşçuluq təsərrüfatlarının baytarlıq nəzarətindən yayınaraq, məhsullarını müxtəlif ticarət mərkəzlərinə və ictimai iaşə müəssisələrinə təqdim etməsi cəhdləri olur.

Baytarlıq nəzarətindən keçmədən quş əti və məhsullarının istifadəsi zamanı insanların virus mənşəli Quş qripi, Nyukasl, bakterial mənşəli Salmanelyoz, Kompilobakterioz, Yersinyoz, Xlamidyoz, Pasterilyoz, Quş vəbası və s. xəstəliklərə yoluxması təhlükəsi var.

Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) üzvüdür. Bu təşkilat dünya üzrə baş verən zoonoz infeksiyalar haqqında 182 üzv ölkəyə gündəlik olaraq məlumatlar verir. Daxil olan məlumatlar əsasında ölkə ərazisini xaricdən keçə biləcək zoonoz, ekzotik və digər zoonoz xəstəliklərdən qorumaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu notifikasiyalar əsasında Ukrayna, Rusiya, Qazaxıstan, Polşa, Almaniya, İtaliya, ABŞ və s. 20 ölkənin müxtəlif vilayətlərində baş verən quş qripi xəstəliyinə görə Rusiya və Bolqarıstanın müxtəlif vilayətlərində baş vermiş Nyukasl xəstəliyinə görə diri quş, quş əti və məhsullarının ölkəyə idxalı dayandırılmış və təlimata uyğun prosedurlar həyata keçirildikdən sonra idxala icazə verilmişdir.

Əlavə olaraq cari ildə ölkəyə idxal olunan quş əti və məhsulları üzərində həyata keçirilən risk əsaslı nəzarət tədbirləri zamanı laborator müayinələr üçün nümunələr götürülmüş və normativ texniki sənədlərin tələblərinə cavab verməyən Rusiya, Belarus, Ukrayna, Gürcüstan mənşəli 49.307 ton toyuq məhsulu məhv edilmiş, 30.964 ton toyuq məhsulu isə geri qaytarılıb.

Təəssüflə deməliyik ki, yerli quşçuluq müəssisələrində də aparılan monitorinqlər zamanı aşkar olunan norma və qayda pozuntuları bu sahədə vəziyyətin qənaətbəxş olmadığının gostəricisidir. Bəzi təsərrüfatlar nəinki özləri effektiv baytarlıq nəzrətini təşkil etmir, həmçinin dövlət baytarlıq nəzarətinin təmin edilməsinə də maneələr yaradılmasına cəhd edirlər.

Agentlik tərəfindən bu müəssisələrdə nəzarət qaydasında həyata keçirilən fəaliyyət zamanı quş cəmdəklərinin ayaqqabı sənayesində dərilərin boyanması üçün istifadə edilən anilin boyası vasitəsilə sarı rəngə boyayaraq kənd toyuğu adı altında insanlara satılması, toyuğun çəkisini artırmaq məqsədilə cəmdəklərə 30-40 faiz su vurulması, istifadə müddəti keçmiş quş əti və məhsullarının, habelə yumurtanın istehsal tarixini dəyişərək yenidən satış şəbəkələrinə qaytarılması, müxtəlif xəstəliklərdən quşların kütləvi ölüm hallarının gizlədilməsi və s. kimi halların aşkar olunması bu müəssisələrə dövlət nəzarətinin vacibliyini bir daha zəruri edir. Aşkar edilmiş bu pozuntular ictimailəşdirilərək, geniş istehlakçı kütlələri məlumatlandırılmış və əhalinin ciddi və haqlı qınağı ilə qarşılanıb.

Bildiririk ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, heyvan mənşəli məhsulların saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsulun qəbuluna, saxlanması və satışına yol verilir.

Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə, ticarət və ictimai iaşə müəssisələrinin rəhbərlərinə ciddi şəkildə xəbərdarlıq edərək bildirir ki, dünyada yayılmaqda olan COVID-19 pandemiyası şəraitində bəzi işbazlar təsərrüfat subyektlərinin sahibləri ilə əlbir olaraq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən heyvan mənşəli məhsulların satışa təqdim edilməsi hallarına yol verirlər ki, bu da əhali arasında kəskin zoonoz infeksiyalarının yaranmasına səbəb ola biləcək qanun pozuntusudur. Qida Təhlükəsizliyi Agentliyi baytarlıq qanunvericiliyinin pozulmasına görə bu sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən sərt tədbirlər görəcək".





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib

Müdafiə Nazirliyi: Hazırda Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitdir

Müdafiə Nazirliyi mətbuat sahəsində görülən işlər barədə hesabat hazırlayıb

Müdafiə Nazirliyi: Hazırda 8 hərbçi itkin düşmüş sayılır

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrini təbrik edib

Prezident Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub

Müdafiə Nazirliyi Silahlı Qüvvələr Günü münasibətilə video paylaşıb

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Böyük Britaniyanın hərbi attaşesi gəmi insidenti ilə bağlı  Rusiya Müdafiə Nazirliyinə çağırılıb

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskva şəhərinə yola düşüb

Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib (FOTO)

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Müdafiə Nazirliyi: 10 hərbi qulluqçu itkin düşmüş sayılır

Müdafiə Nazirliyi: 14 hərbi qulluqçu itkin düşmüş sayılır

Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli liderin xatirəsini yad edib (VİDEO)

Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 19 nəfərdir

Son sutkada Əfqanıstanda 250 Talibançı zərərsizləşdirilib – Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə açıqlama yayıb

Müdafiə Nazirliyində vahid kommunikasiya strategiyası ilə bağlı görüş keçirilib

Ermənistan MTX Müdafiə Nazirliyinin əməkdaşını saxlayıb

04 Avqust 2021, 00:45 (GMT +4)
“Neftçi”nin orta xətti çox yaxşıdı - HİK-in baş məşqçisi

04 Avqust 2021, 00:33 (GMT +4)
Samir Abasov: Transferlər yüz faiz olacaq

03 Avqust 2021, 23:15 (GMT +4)
"Neftçi" Finlandiya klubu ilə heç-heçə edib

03 Avqust 2021, 20:41 (GMT +4)
Mənim üçün bundan böyük qələbə yoxdur - Rafiq Hüseynov

03 Avqust 2021, 19:00 (GMT +4)
"Qarabağ"ın futbolçusu keçmiş klubu ilə vidalaşıb

03 Avqust 2021, 17:58 (GMT +4)
Bakıda kişi arvadını qətlə yetirib, qonşusunu və daha bir nəfəri bıçaqlayıb

03 Avqust 2021, 17:52 (GMT +4)
Bolqarıstanın cənub-qərbində yanğınlar davam edir, xəsarət alanlar var

03 Avqust 2021, 17:49 (GMT +4)
Ucarda arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərilib

03 Avqust 2021, 17:38 (GMT +4)
Pirallahı rayonunda Mübariz İbrahimov küçəsi təmir olunub

03 Avqust 2021, 17:30 (GMT +4)
Rusiyanın şərqində meşə yanğınlarının sahəsi böyüyür

03 Avqust 2021, 17:16 (GMT +4)
Son iki ayda Əfqanıstanda 80 min uşaq qaçqın vəziyyətinə düşüb

03 Avqust 2021, 15:33 (GMT +4)
İsmayıllıda meşədə narkotik becərən şəxslər saxlanılıb

03 Avqust 2021, 15:22 (GMT +4)
AQTA: Kənd təsərrüfatı məhsullarına ziyan vuran viruslar yayılır

03 Avqust 2021, 15:15 (GMT +4)
Rusiya Estoniya diplomatik nümayəndəliyinin əməkdaşını ölkədən qovur

03 Avqust 2021, 15:04 (GMT +4)
Tokio-2020: Rafiq Hüseynov erməniyə qalib gəlib

03 Avqust 2021, 15:02 (GMT +4)
Rayonlarda DOST Mərkəzlərinin filalları yaradılacaq

03 Avqust 2021, 15:00 (GMT +4)
Türkiyə Tokio-2020-də növbəti medalını qazanıb

03 Avqust 2021, 14:56 (GMT +4)
Hökumət qüvvələri və yerli könüllülər Hərat şəhərində Talibana müqavimət göstərirlər, onlarla ölən var

03 Avqust 2021, 14:51 (GMT +4)
ABŞ Konqresini müdafiə edən dörd zabit intihar edib

03 Avqust 2021, 14:50 (GMT +4)
“Sabah”la “Qəbələ” yoxlama oyunu keçirəcək

03 Avqust 2021, 14:48 (GMT +4)
Şənlik mərasimlərində iştirak edən 230 min qonağın sənədlərinə baxılıb

03 Avqust 2021, 14:39 (GMT +4)
Cari ilin yanvar-iyul aylarında DGK büdcə öhdəliyinə 113% əməl edib

03 Avqust 2021, 14:30 (GMT +4)
Qurban Qurbanov: “Qarabağ” AEL-i də məğlub etməlidir” – (VİDEO)

03 Avqust 2021, 14:24 (GMT +4)
Google payızda Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edəcək

03 Avqust 2021, 14:19 (GMT +4)
“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov 1/4 finalda Levon Aronyanla üz-üzə gələcək

03 Avqust 2021, 14:16 (GMT +4)
Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

03 Avqust 2021, 14:09 (GMT +4)
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

03 Avqust 2021, 14:06 (GMT +4)
İsrail Avropa İttifaqı rəsmilərinin İran prezidentinin andiçmə mərasiminə qatılmasını qınayıb

03 Avqust 2021, 13:59 (GMT +4)
Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov saxlanılıb

03 Avqust 2021, 13:52 (GMT +4)
"bp"nin mənfəəti 3 milyard dollardan çox olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66