Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

SalamNews İnformasiya Agentliyi növbəti mükafata layiq görülüb (FOTO)

24 Sentyabr 2020, 16:10 (GMT +4)

Bakı, 24 sentyabr, SalamNews. Bu gün Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinin futbol meydançasında açıq havada “Gilavar” Azərbaycan Foto Klubunun “Foto Kadr 2019” təqdimat və mükafatlandırma mərasimi keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq yalnız təşkilatçılar, mükafatçılar və məhdud sayda KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Gilavar” Azərbaycan Foto Klubunun həmsədri Dilavər Nəcəfov klubun yaradılmasında məqsədin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və imkanlarından istifadə etmək, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaq olduğunu vurğulayıb. Tədbirin baş tutmasında Gənclər və İdman Nazirliyinə, informasiya dəstəyi üçün Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) təşəkkürlərini çatdırıb.

Klubunun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev ötən 2019-cu il ərzində görülən işlərlə bağlı hesabat xarakterli məruzə ilə çıxış edib. Qeyd edilib ki, ötən il klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin xüsusi icazələri ilə “Spring Clicks Circuit 2019” adlı beynəlxalq foto müsabiqə həyata keçirilib. Klub tərəfindən təşkil edilən foto müsabiqəyə 56 ölkədən 315 fotoqraf 4 min 67 foto təqdim edib. Fotoların qiymətləndirilməsi beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində Azərbaycan, Makedoniya və Monteneqrodan olan peşəkar fotoqraflardan ibarət münsiflər tərəfindən aparılıb. Azərbaycanlı fotoqraflar bu yarışmada ümumilikdə 13 mükafat qazanıblar.

Bildirib ki, “Gilavar” Azərbaycan Foto Klubunun üzvləri mütəmadi olaraq fərdi foto müsabiqələrdə iştirak edərək mükafatlar qazanırlar. 2019-cu ildə klub üzvləri olan fotoqraflar 44, ümumilikdə isə il ərzində 69 beynəlxalq ödül əldə ediblər. Qalib fotoqrafların işləri isə müsabiqələrin keçirildiyi ölkələrdə sərgilənir.

Diqqətə çatdırılıb ki, azərbaycanlı fotoqraflar təkcə fərdi şəkildə deyil, eyni zamanda klub şəklində də beynəlxalq foto aləmdə təmsil olunublar. Belə ki, ötən il İspaniyada keçirilən federasiyalararası bienal foto müsabiqəsində Azərbaycan 22 fotoqrafla təmsil olunub.

Ümumilikdə 1118 foto təqdim olunan müsabiqədə azərbaycanlı fotoqrflar 328 bal toplayaraq komanda hesabında 45 ölkə arasında 14-cü olub. Fərdi qiymətləndirmədə Ramil Zeynalovun “Mən qalibəm” fotosu Kataloniya Fotoqrafiya Federasiyasının mükafatını qazanıb.

Qonaqların nəzərinə çatdırılıb ki, Fotoqrafiyanın yaranmasının 180-ci və Dünya Fotoqrafiya gününün qeyd olunmasının 15-ci il dönümü münasibətilə 2019-cu ildə avqust ayında Hindistanda böyük bir sərgi təşkil olunub. Həmin sərgidə 10 müəllifin işi sərgilənib və həmin fotoqraflara sertifikatlar təqdim edilib. İtaliyada keçirilən 14-cü FIAP Klublarının Dünya Çempionatında 20 fotoqrafla Azərbaycanı ikinci dəfə bu foto yarışmada yenidən “Gilavar” Azərbaycan Foto Klubu təmsil edib. Müsabiqəyə dünyanın 48 ölkəsindən 4 min 118 foto təqdim edilib. Yekunda Azərbaycan təmsilçiləri 318 bal toplayaraq 207 foto klub arasında 94-cü yerdə qərarlaşıb.

Klubun həmsədri Rəşad Mehdiyev bildirib ki, o eyni zamanda, Beynəlxalq Foto Sənəti Federasiyasının Azərbaycan üzrə təmsilçisi statusuna malikdir və FIAP təşkilatı ilə fotoqraflar arasında bir körpü funksiyasını yerinə yetirir. Məlumat verilib ki, 3-4 il öncə bu cür müsabiqələrə qatılan fotoqrafların sayı 3 idisə, hazırda ümumilikdə 20-25 arasıdır. 2015-ci ildən bu tərəfə FIAP himayədarlığı altında foto müsabiqələrdə azərbaycanlı fotoqraflar tərəfindən 230-dan artıq müxtəlif mükafat qazanılıb. Bunlar arasında müxtəlif fotoqrafiya təşkilatlarının və foto klubların qızıl, gümüş və bürünc medalları, xüsusi lentlər, diplom və sertifikatlar yer alır. Fotoqraflarımız ölkəmizin adına 70-ə yaxın medal qazandırıblar ki, onlardan 33-ü qızıl medaldır.

Tədbir çərçivəsində “Gilavar” Azərbaycan Foto Klubunun yeni hazırlanmış medallarının və fəxri lentinin təqdimatı da keçirilib. Qızıl, gümüş və bürünc əyarlı medallar və fəxri lentlər xarici ölkələr hazırlanıb.

Sonra klub tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub. Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görə Azərbaycan Televiziyası (AZTV) və “SalamNews” İnformasiya Agentliyi “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən xüsusi diplomla təltif ediliblər.

Bundan əlavə, ötən ilin dekabr ayında Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanmış fotoqraflar Kərim Abbasov və Nadejda Cavadovaya bu qurumun xüsusi diplomları təqdim edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

SalamNews-un əməkdaşı AzTU rektoru tərəfindən təltif edilib

SalamNews İA və İnterAz telekanalının saytları növbəti dəfə erməni hakerlərin hücumuna məruz qalıb

SalamNews oxucularını Novruz bayramı münasibətilə təbrik edir

SalamNews-un adı kimi xəbərləri də hər dildə əzbər olsun (TƏBRİK MƏKTUBLARI)

Dövlət və özəl qurumlar SalamNews-un 10 illik fəaliyyətini yüksək qiymətləndiriblər

SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 10 il ötür

SalamNews Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edir

SalamNews İA və İnterAz TV Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirak edib

SalamNews-un əməkdaşı təltif edilib (FOTO)

SalamNews-un əməkdaşı ADU tərəfindən mükafatlandırılıb (FOTOLAR)

Dövlət Komitəsi SalamNews-un əməkdaşını təltif edib

SalamNews Azərbaycan İlahiyyat İnstitutu tərəfindən təltif edilib (FOTOLAR)

SalamNews Gənclər Fondu tərəfindən təltif edilib

SalamNews Ramazanda "İsraf və dəbdəbədən uzaq, sadə iftar süfrəsi!" aksiyasını bu il də davam etdirir

SalamNews İA oxucularını Novruz bayramı münasibətilə təbrik edir

Dövlət Dumasının deputatı Dmitri Savelyev SalamNews xəbər agentliyini  təbrik edib

SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 9 il ötür

SalamNews Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təltif edilib

SalamNews-un əməkdaşı “Gənclərin Dostu” Milli Mükafatına layiq görülüb

SalamNews Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edir

20 Oktyabr 2020, 09:50 (GMT +4)
Ceyhun Bayramov və Beynəlxalq Türk Akademiyasının prezidenti arasında telefon danışığı olub

20 Oktyabr 2020, 09:42 (GMT +4)
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

20 Oktyabr 2020, 09:28 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın rütbəli hərbçiləri məhv edilib

20 Oktyabr 2020, 09:25 (GMT +4)
MN: Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib

20 Oktyabr 2020, 09:23 (GMT +4)
MN: Düşmənin məhv edilən döyüş texnikasının siyahısı açıqlanıb

20 Oktyabr 2020, 09:21 (GMT +4)
ABŞ İranla bağlı bir neçə ölkənin şirkətinə sanksiya tətbiq edib

20 Oktyabr 2020, 09:15 (GMT +4)
Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlanıb

20 Oktyabr 2020, 09:04 (GMT +4)
MN: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib

19 Oktyabr 2020, 18:13 (GMT +4)
Azərbaycan Almaniyaya nota verəcək

19 Oktyabr 2020, 18:01 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərir (FOTO)

19 Oktyabr 2020, 17:53 (GMT +4)
İspaniyanın “La Razón” qəzeti: “Qarabağ Azərbaycandır”

19 Oktyabr 2020, 17:40 (GMT +4)
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında təbliğat işləri davam edir

19 Oktyabr 2020, 17:22 (GMT +4)
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb

19 Oktyabr 2020, 17:10 (GMT +4)
MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

19 Oktyabr 2020, 17:03 (GMT +4)
Sergey Lavrov: Moskva görüşündən sonra ümidlərimiz özünü doğrultmadı

19 Oktyabr 2020, 16:47 (GMT +4)
ABŞ Əfqanıstandakı sülh danışıqlarından seçkilərdə yararlanmağa çalışır – Həsən Ruhani

19 Oktyabr 2020, 16:37 (GMT +4)
Hikmət Hacıyev: Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq

19 Oktyabr 2020, 16:31 (GMT +4)
Ermənilər Tərtər pambıq zavodunu vurub (VİDEO)

19 Oktyabr 2020, 16:20 (GMT +4)
MN: Hazırda bütün cəbhəboyu nəzarət Ordumuzun nəzarəti altındadır

19 Oktyabr 2020, 16:11 (GMT +4)
BƏƏ-dən İsrailə gedən ilk ticarət gəmisini Netanyahu şəxsən özü qarşılayıb

19 Oktyabr 2020, 15:57 (GMT +4)
Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

19 Oktyabr 2020, 15:40 (GMT +4)
BP Azərbaycan xalqına dəstəyini ifadə edib

19 Oktyabr 2020, 15:27 (GMT +4)
Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub

19 Oktyabr 2020, 15:16 (GMT +4)
İranda son sutkada 337 koronavirus xəstəsinin ölümü qeydə alınıb

19 Oktyabr 2020, 15:11 (GMT +4)
Sahibə Qafarova TBMM Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

19 Oktyabr 2020, 14:57 (GMT +4)
Qazax sakinində silah aşkarlanıb

19 Oktyabr 2020, 14:40 (GMT +4)
Prokurorluq: Dünən Ermənistan Bakı-Novorossiysk neft kəmərini hədəf alıb

19 Oktyabr 2020, 14:40 (GMT +4)
Cenevrədə Liviya münaqişəsi tərəflərinin danışıqlarının növbəti mərhələsi başlayıb

19 Oktyabr 2020, 14:22 (GMT +4)
İlham Əliyev: Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır

19 Oktyabr 2020, 14:15 (GMT +4)
Azərbaycan Prezidenti Türkiyə parlamentinin Sədrini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66