Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BDU Fransa Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək

24 Sentyabr 2020, 17:37 (GMT +4)

Bakı, 24 sentyabr, SalamNews. Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Görüşdə BDU-nın rektoru Elçin Babayev, Beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov, Rektorun Strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Fransız İnstitutunun (İFA) direktoru Jerom Kel, universitetlərarası əməkdaşlıq üzrə attaşe Klemans Felipo iştirak ediblər.

Qonaqları salamlayan BDU-nun rektoru Elçin Babayev nümayəndə heyətini Universitetdə görməkdən məmnun olduğunu bildirib. E.Babayev hər iki ölkə arasında əməkdaşlığın vacibliyini qeyd edərək, Universitetin tarixi, maddi-texniki bazası, professor-müəlim heyəti, tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verib. BDU-nun yenilənən beynəlxalq əlaqələrindən bəhs edən rektor Universitetdə fəaliyyət göstərən mərkəzlərin fəaliyyətinə də diqqət çəkib. Rektor BDU-nun artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu əlavə edərək ali məktəbin elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Tədbirdə Bakı Dövlət Universiteti və Fransız universitetləri arasında tarix, arxeologiya sahəsində əməkdaşlığın genişləndirilməsi və ikili diplom proqramının həyata keçirilməsi barədə danışıqlar aparılıb. 2020/2021-ci tədris ilində BDU ilə Fransanın Lyon 2 Universitetinin Hüquq fakültələri “Əqli mülkiyyət hüququ” ixtisası üzrə ikili magistr diplomu proqramı üzrə müqavilə imzalanacağı haqqında qərar qəbul edilib.

Rektorun Strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev fransız şirkətləri ilə birgə layihələrin hazırlanması istiqamətində görülən işlərin əhəmiyyətindən söz açıb.

Fransız İnstitutunun direktoru Jerom Kel rəhbərlik etdiyi universitetlə Bakı Dövlət Universiteti arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edib, BDU-da fransız dilinin tədrisinə dəstək verəcəklərini bildirib. Bu istiqamətdə yeni tədris ilindən başlayaraq Fransız İnstitutu BDU-nun Hüquq fakültəsi ilə birlikdə ikili magistr diplomu proqramına qoşulacaq on nəfər Hüquq fakültəsinin tələbəsi üçün fransız dili dərslərinin təşkili planlaşdırılıb.

Görüş birgə tədqiqatların aparılması və Fransa universitetləri əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, digər fakültə və ixtisaslarda birgə mübadilə və ikili diplom proqramlarının həyata keçirilməsi məsələləri, Azərbaycanda Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzi ilə birlikdə görülə biləcək işlər barəsində müzakirələr aparılıb.

Əlavə edək ki, 210 yaşlı Lyon Universiteti 1809-cu ildə təsis edilib. 1874-cü ildən Universitetdə Hüquq fakültəsi yaradılıb. 1960-cı illərdə Universitet 2 müstəqil ali təhsil müəssisəsinə ayrılıb. Hazırda Lyon Universiteti Lyon 1, Lyon 2 və Lion 3 adlı üç müstəqil ali təhsil müəssisəsindən ibarətdir. Bütövlükdə isə bu şəbəkədə 127 min tələbə təhsil alır. Universitetdə yeddi böyük kitabxana fəaliyyət göstərir, bir nəfər Nobel mükafatçısı var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Yanvar 2021, 18:00 (GMT +4)
AZAL: Bakı-Naxçıvan aviareyslərinin sayı artırılır ⠀

26 Yanvar 2021, 17:50 (GMT +4)
Azərbaycanda şəhid ailələrinin üzvləri növbədənkənar işə götürüləcək

26 Yanvar 2021, 17:41 (GMT +4)
Səudiyyə Ərəbistanın havadan müdafiə sistemləri paytaxt səmasında bir obyekti vurub

26 Yanvar 2021, 17:40 (GMT +4)
ABŞ Senatı Janet Yelleni Maliyyə naziri vəzifəsinə təsdiqləyib

26 Yanvar 2021, 17:36 (GMT +4)
Silsilə oğurluqlar edən şəxs ifşa olunub

26 Yanvar 2021, 17:27 (GMT +4)
Çində son sutkada 139 koronavirusa yoluxma aşkar edilib

26 Yanvar 2021, 17:25 (GMT +4)
Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb

26 Yanvar 2021, 17:15 (GMT +4)
Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub

26 Yanvar 2021, 17:11 (GMT +4)
Naxçıvanda bank hesablarının sayı 9% artıb

26 Yanvar 2021, 17:01 (GMT +4)
Azərbaycan və Rusiya pirotexnikləri işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsini davam etdirir (VİDEO)

26 Yanvar 2021, 16:56 (GMT +4)
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Azərbaycanda səfərdədir

26 Yanvar 2021, 16:45 (GMT +4)
Türkiyə və Azərbaycan liderləri Şuşadakı məktəbin layihəsini təsdiqləyib - Dövlət Bahçeli

26 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

26 Yanvar 2021, 16:33 (GMT +4)
Mühəndis qoşunlarının şəhid olan hərbi qulluqçularının sayı açıqlanıb

26 Yanvar 2021, 16:28 (GMT +4)
İraq Ordusu İŞİD-in silah dolu tenellərini aşkarlayıb (FOTO)

26 Yanvar 2021, 16:23 (GMT +4)
Naxçıvan sahibkarlarına ötən il 38 mln. manata yaxın kredit verilib

26 Yanvar 2021, 16:20 (GMT +4)
CNN: Bayden Trampa impiçmentin uğurla nəticələnəcəyinə şübhə edir 

26 Yanvar 2021, 16:12 (GMT +4)
Naxçıvanda əhalinin sayı 461 mini ötüb

26 Yanvar 2021, 15:58 (GMT +4)
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib

26 Yanvar 2021, 15:56 (GMT +4)
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edilib

26 Yanvar 2021, 15:48 (GMT +4)
Bakıda COVID-19-a yoluxma göstəricisi açıqlanıb

26 Yanvar 2021, 15:38 (GMT +4)
Xaçmazda qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb

26 Yanvar 2021, 15:27 (GMT +4)
Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb

26 Yanvar 2021, 15:15 (GMT +4)
Qarabağ böhranının həlli regionda sülh və dostluq imkanları yaradıb – Cavad Zərif

26 Yanvar 2021, 15:14 (GMT +4)
ABŞ Ali Məhkəməsi Trampa qarşı qaldırılmış korrupsiya iddialarını bağlayıb

26 Yanvar 2021, 15:06 (GMT +4)
Təhsil Nazirliyi: Heç bir müəllim məcburi peyvənd olunmayacaq

26 Yanvar 2021, 14:54 (GMT +4)
Dövlət başçısı: “Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur”

26 Yanvar 2021, 14:41 (GMT +4)
İnternatlardakı 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq isə övladlığa verilib

26 Yanvar 2021, 14:31 (GMT +4)
Prezident: Ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək

26 Yanvar 2021, 14:22 (GMT +4)
Laçın polisi qanunsuz ov edən şəxsi saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66