Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İlham Əliyev: Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar

25 Sentyabr 2020, 13:07 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır. Siz, həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir.

SalamNews xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib. 

Ölkə başçısı bildirib ki, bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər. Onlar bunu nümayiş etdirirlər, televiziya vasitəsilə göstərirlər, internetdə göstərirlər. Faktiki olaraq, beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər.

Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bayden Trampı İlham Əliyev və Nikol Paşinyanla birbaşa danışıqlara çağırıb

İlham Əliyev Türkiyə xalqını təbrik edib

İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib

Prezident İlham Əliyev Rusiyanın "İnterfaks" agentliyinə müsahibə verib

İlham Əliyev hərbi əməliyyatların hansı şərtlər altında dayandırılacağını açıqlayıb

Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük

İlham Əliyev: Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar

Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edir (CANLI)

Prezident İlham Əliyev xalqa müraciət edəcək

İlham Əliyev: “Ərazilər dronla işğaldan azad edilmir, onu əsgər azad edir”

İlham Əliyev: İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik

İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib

İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

Prezidenti İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun atasına zəng edib

Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir

İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

Prezident İlham Əliyev: Ermənistanda hökm sürən kriminal faşist rejimi bölgəmiz üçün ən böyük təhdiddir

30 Oktyabr 2020, 17:03 (GMT +4)
İşğaldan azad olunan Xudafərin kəndinin görüntüləri yayılıb

30 Oktyabr 2020, 16:46 (GMT +4)
Türkiyədə güclü zəlzələ baş verib (YENİLENİB)

30 Oktyabr 2020, 16:34 (GMT +4)
Ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalanıb

30 Oktyabr 2020, 16:24 (GMT +4)
Bakıda sanitar-gigiyena və karantin qaydalarının tələblərinə əməl olunması ilə bağlı birgə reydlər davam edir

30 Oktyabr 2020, 16:07 (GMT +4)
Baş prokuror: Arayik Aratunyan barəsində cinayət işi başlanıb

30 Oktyabr 2020, 15:57 (GMT +4)
Putin Təhlükəsizlik Şurası ilə Qarabağ məsələsini müzakirə edib

30 Oktyabr 2020, 15:42 (GMT +4)
Bakıda koronavirusa ən çox yoluxma Binəqədidədir

30 Oktyabr 2020, 15:38 (GMT +4)
Bişkekdə şəhidlərimizin xatirəsi anılıb

30 Oktyabr 2020, 15:22 (GMT +4)
Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

30 Oktyabr 2020, 15:19 (GMT +4)
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub

30 Oktyabr 2020, 15:08 (GMT +4)
Ədliyyə Nazirliyi tərəfindən üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb

30 Oktyabr 2020, 15:05 (GMT +4)
Azərbaycan Ordusu daha 9 kəndi erməni işğalından azad edib

30 Oktyabr 2020, 14:58 (GMT +4)
İranda son sutkada 8,011 nəfərin koronavirusa yoluxması qeydə alınıb

30 Oktyabr 2020, 14:39 (GMT +4)
Hikmət Hacıyev: Mülki əhaliyə qarşı cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır

30 Oktyabr 2020, 14:30 (GMT +4)
MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib

30 Oktyabr 2020, 14:23 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə bank şəbəkəsi qurulacaq

30 Oktyabr 2020, 14:10 (GMT +4)
Fransız polisi ermənilərə qarşı çıxan türklərə güc tətbiq edib

30 Oktyabr 2020, 14:00 (GMT +4)
ƏƏSMN: Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

30 Oktyabr 2020, 13:56 (GMT +4)
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq (VIDEO)

30 Oktyabr 2020, 13:45 (GMT +4)
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

30 Oktyabr 2020, 13:37 (GMT +4)
Dünya bazarlarında təbii qaz bahalaşıb

30 Oktyabr 2020, 13:27 (GMT +4)
İnstaqram Makrona müraciətindən sonra Ayətullah Xameninin səhifəsini bloklayıb

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabah 25 dərəcə isti olacaq

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Gürcüstanda koronavirus xəstələrinin sayı artmaqda davam edir

30 Oktyabr 2020, 13:11 (GMT +4)
Ramiz Mehdiyev: Heç bir xarici qüvvə buna mane ola bilməyəcəkdir

30 Oktyabr 2020, 13:00 (GMT +4)
Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

30 Oktyabr 2020, 12:52 (GMT +4)
Alimlər koronavirusun daha bir simptomunu üzə çıxarıb

30 Oktyabr 2020, 12:40 (GMT +4)
MN: Ordumuz qarşısında dayana bilməyən düşmən öz texnikalarını qoyub qaçır (VİDEO)

30 Oktyabr 2020, 12:40 (GMT +4)
BMqT: Seneqal sahillərində baş verən gəmi qəzasında azı 140 miqrant həyatını itirib

30 Oktyabr 2020, 12:30 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66