Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Masallı regional “ASAN xidmət” mərkəzi fəaliyyətinin 4-cü ilində (FOTO)

25 Sentyabr 2020, 10:06 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. Masallı “ASAN Həyat” kompleksinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2016-cı il sentyabrın 3-də keçirilib. Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, Kinoklub, İncəsənət mərkəzi, ASAN Kafe fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən SalamNews-a bildirilib ki, Masallı regional “ASAN xidmət” mərkəzi 2016-cı il sentyabrın 20-də fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 871 min 986 dan çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir. Fəaliyyət dövrü ərzində vətəndaşlara səyyar formada da xidmət göstərilib. Səyyar xidmətlərdən bu bölgədə 152 mindən çox vətəndaş yararlanıb.

Masallı “ABAD” mərkəzi tərəfindən regionda qida məhsulları sahəsində çalışan “ABAD”çılara onların rəqabətədayanıqlı istehsala yönləndirilməsi üçün müasir standartlara cavab verən istehsal avadanlıqları ilə təchiz olunmuş monoblok - konteynerlər təqdim edilib.

Bu günə qədər Masallıda 8 ailəyə istehsal konteynerləri verilib. Konteynerlərdə bu məhsullar istehsal edilir: pendir, sosiska, kolbasa, tərəvəz konservləri, tərəvəz turşuları, mürəbbə, cem (3 ədəd konteyner).

Arıçılıqla məşğul olan 3 ailənin bal məhsulunun brenləşdirilməsi və qablaşdırılması “ABAD” tərəfindən həyata keçirilir. Təqdim edilmiş bu istehsal sahələri üzrə məhsulların hər biri “ABAD” satış mərkəzlərində və “BRAVO” şəbəkələrində öz yerlərini alıb.

Bundan əlavə “ABAD” Masallıda dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fərdi istehsal ilə məşğul olan 10 vətəndaşın əl işinin etnobutiklərində həm yerli əhali, həm də əcnəbi turistlərə satışını təmin edir. Bu sahələrə həsirçilik, dulusçuluq, taxta oymaçılıq, toxuculuq, keramika və misgərlik kimi sənətkarlıq sahələri daxildir.

2018-ci ildən etibarən “ABAD” Masallı “ASAN Həyat” Kompleksinin daxilində ödənişsiz xalçaçılıq kursları təşkil edir. Burada həm xalçaçılıq dərsləri keçirilir, həm də bu sənətə yiyələnən əsasən evdar xanımların toxuduqları xalçaların satışı təşkil edilir. Eyni zamanda, ötən ildən etibarən kompleksin ərazisində “ABAD”ın etnobutiki də fəaliyyətə başlayıb. Burada “ABAD”çıların əl işləri və bəzi qida məhsulları təqdim olunur.

Hazırda Səyyar “ASAN xidmət” həmin bölgədə - Cəlilabad rayonunda fəaliyyətini davam etdirir. Ümumiyyətlə, Səyyar “ASAN xidmət” sentyabrın 21-dən oktyabrın 1-dək Neftçala və Samuxda, sentyabrın 21-dən oktyabrın 2-dək Maştağa, Mehdiabad və Şəmkirin Dəllər qəsəbələrində, həmçinin Şabran, Cəlilabad, Yevlax, İsmayıllı, Zaqatala, Füzulidə vətəndaşlara səyyar formada xidmət göstərir.

Səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mayın 28-də “ASAN xidmət” işləməyəcək

Mayın 9-15-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində iş olmayacaq

Özbəkistanda dövlət xidmətləri “ASAN xidmət” modeli əsasında təkmilləşdirilir

Bayram günlərində “ASAN xidmət” və “ASAN Kommunal" işləməyəcək

Ötən il "ASAN xidmət"ə edilən müraciətlərin sayı açıqlanıb

QHT-lərə Dövlət Dəstək Şurası "ASAN Xidmət"lə əməkdaşlığa başlayır

"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin iş saatlarında dəyişiklik edilib

“ASAN xidmət” vətəndaşlara müraciət edib

“ASAN xidmət” və "ASAN Kommunal" noyabrın 9-u işləməyəcək

“ASAN xidmət” Silahlı Qüvvələrə dəstək göstərib

Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq 

“ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşulub

“ASAN xidmət”in fəaliyyəti dünyanın nüfuzlu portalında dərc olunub

“ASAN xidmət” növbəti sosial videoçarx hazırlayıb

Qəbələ “ASAN Xidmət”ə 550  mindən cox müraciət daxil olub

Səyyar "ASAN xidmət" Respublika Psixiatriya Xəstəxanasında 180-dən çox xəstəyə xidmət göstərib

Özbəkistanda “ASAN xidmət” nümunəsi yaradılıb

ASAN xidmət “Azərbaycan əsgəri, səninləyik” aksiyası keçirib (FOTO)

Balakən “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Balakən regional “ASAN xidmət” mərkəzinin açılışı olub

30 İyul 2021, 10:22 (GMT +4)
Türkiyədə meşə yanğınları törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

30 İyul 2021, 10:20 (GMT +4)
Azərbaycanda toylara görə 1 nəfər həbs edilib, 90 nəfər cərimələnib

30 İyul 2021, 10:18 (GMT +4)
ABŞ Ordusu ilə əməkdaşlıq etmiş 2,500 Əfqanıstan vətəndaşı bu ölkədən çıxarılıb

30 İyul 2021, 10:10 (GMT +4)
Zaqatalada restoran icarədarları cərimələnib

30 İyul 2021, 10:00 (GMT +4)
Naftalan sakinləri “patı” ilə tutulub

30 İyul 2021, 09:49 (GMT +4)
Misirdə “İxvan əl-Muslimin” hərəkatı üzvlərindən 24-ü barədə edam hökmü çıxarılıb

30 İyul 2021, 09:45 (GMT +4)
Bakı metrosunda qatarlar tuneldə qalıb

30 İyul 2021, 09:45 (GMT +4)
"THY" yanğın ərazilərinə uçuşu olanlara güzəşt edəcək

30 İyul 2021, 09:35 (GMT +4)
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib

30 İyul 2021, 09:30 (GMT +4)
Bəkir Pakdemirli: Türkiyədə 42 meşə yanğını nəzarət altına alınıb

30 İyul 2021, 09:25 (GMT +4)
Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

30 İyul 2021, 09:20 (GMT +4)
USAID Azərbaycanda qadın sahibkarlığının inkişafına həsr olunmuş dəyirmi masa təşkil edib (FOTO)

30 İyul 2021, 09:10 (GMT +4)
Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib

30 İyul 2021, 09:08 (GMT +4)
Əfqanıstanda son dörd ayın qarşıdurmalarında həyatını itirən mülki şəxslərin sayı açıqlanıb

30 İyul 2021, 09:00 (GMT +4)
MN: Ermənistanın ordumuza məxsus 2 PUA-nı vurması barədə məlumatı yalandır

29 İyul 2021, 23:44 (GMT +4)
Türkiyədə tüğyan edən meşə yanğınları davam edir, ölənlər var (FOTO)

29 İyul 2021, 18:02 (GMT +4)
Bu il ərzində şəhid ailələrinə verilən vəsiqələrin sayı açıqlanıb

29 İyul 2021, 17:52 (GMT +4)
Ucarda toy qaydalarını pozan 6 nəfər cərimələnib

29 İyul 2021, 17:46 (GMT +4)
Azərbaycanda incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək

29 İyul 2021, 17:41 (GMT +4)
Suriya-Livan sərhədində güclü yanğın baş verib, Rusiya aviasiyası işə cəlb edilib

29 İyul 2021, 17:34 (GMT +4)
Türkiyənin daha iki turizm bölgəsində yanğın başlayıb

29 İyul 2021, 17:23 (GMT +4)
“Himayədar ailə” qayğı modelinin tətbiqi ilə əlaqədar sorğu davam edir

29 İyul 2021, 17:12 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

29 İyul 2021, 17:05 (GMT +4)
Azərbaycanda son sutkada 615 nəfər COVID-19-a yoluxub, 181 nəfər sağalıb

29 İyul 2021, 17:01 (GMT +4)
Gürcüstanın hakim partiyasının Marneuli meri vəzifəsinə namizədi məlum olub

29 İyul 2021, 16:50 (GMT +4)
Türkiyədə müalicə olunan Vətən müharibəsi qazisi vəfat edib

29 İyul 2021, 16:48 (GMT +4)
İran Qarabağda atəşkəsin pozulmasına münasibət bildirib

29 İyul 2021, 16:40 (GMT +4)
"Neftçi"nin HİK-lə oyunlarının vaxtı açıqlanıb

29 İyul 2021, 16:37 (GMT +4)
AQTA ölkəyə bitki toxumlarının gətirilməsi ilə bağlı xəbərdarlıq edib

29 İyul 2021, 16:27 (GMT +4)
"Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb - (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66