Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Ramiz Mehdiyev Fizika İnstututunda olub (FOTOLAR)

25 Sentyabr 2020, 17:21 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews.  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Fizika İnstututunda aparılan elmi-tədqiqat işləri, müəssisənin maddi-texniki bazası və əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub.

AMEA-dan SalamNews-a verilən məlumata görə, tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri - birinci vitse-prezidentlər akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev, vitse-prezidentlər akademik İradə Hüseynova, akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik Tofiq Nağıyev, akademik-katib, AMEA-nın müxbir üzvü Əminağa Nağıyev də iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin üzvləri Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan ən müasir cihazlarla tanış olublar. Əməkdaşlar cihazların iş prinsipi, strukturu, burada aparılan tədqiqatlar haqqında AMEA rəhbərliyinə məlumat veriblər.

Sonra AMEA Rəyasət Heyətinin üzvləri İnstitutun rəhbərliyi ilə görüş keçiriblər. Görüşdə institutun direktoru, akademik Nazim Məmmədov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov iştirak ediblər.

Akademik Ramiz Mehdiyev institut əməkdaşlarının burada görülən işlər haqqında ətraflı məlumat verdiklərini bildirərək elmi-tədqiqat müəssisəsində yaradılan şəraitdən məmnunluğunu ifadə edib. Akademiya rəhbəri institutda bəzi çatışmazlıqların olduğunu da diqqətə çatdıraraq qeyd edib ki, bu çatışmazlıqlar büdcə vəsaiti ilə yanaşı, daxili imkanlar və müxtəlif layihə, qrantlar hesabına aradan qaldırılmalıdır. Elmi fəaliyyətlə bağlı AMEA rəhbəri bildirib ki, burada əsas diqqət elmin tətbiqinə istiqamətləndirilməlidir. Bunun üçün Fizika İnstitutunda hər cür şəraitin olduğunu vurğulayan akademik Ramiz Mehdiyev səmərəli tədqiqatların aparılmasında elmi potensialın əsas rol oynadığını xüsusi qeyd edib. Bildirib ki, Elmlər Akademiyasında əsasən üç prioritet istiqamətə - fizika, kimya və biologiyaya xüsusi diqqət yetirilməlidir və bu sahədə bütün potensial birləşdirilməlidr.

Fizika İnsititutun direktoru, akademik Nazim Məmmədov elmi-tədqiqat müəssisəsinin tarixi haqqında məlumat verərək bildirib ki, 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetin qərarı ilə Həsən Abdullayev adına Fizika İnstitutu və Fotoelektronika İnstitutunun bazasında Fizika İnstitutu yaradılıb. O, Fizika İnstitutunun 4 əsas elmi istiqamət üzrə (kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki- texniki əsasları, nüvə fizikası və yüksək enerjilər fizikası, energetikanın fiziki-texniki problemləri) fəaliyyət göstərdiyini qeyd edib. Nazim Məmmədov bildirib ki, Fizika İnstitutunda çalışan əməkdaşlardan əsasən fizika sahəsində elmi bilikləri, dil bilikləri, cihazların xüsusiyyətləri haqqında məlumatlı olmaqları tələb olunur. Qeyd edib ki, institutda mövcud olan müasir avadanlıqların əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişaf Fondunun qrant layihələri çərçivəsində əldə olunub.

Akademik Cavad Abdinov, həmçinin innovasiya və transfer üzrə direktor müavini Ayaz Bayramov çıxış edərək laboratoriya və avadanlıqlar, mövcud çatışmazlıqlar haqqında məlumat veriblər.

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Fizika İnstitutunun alimlərinin hazırladığı günəş bateriyalarından bəhs edərək bəzi problemlər səbəbindən onların hələ də tətbiq edilmədiyini diqqətə çatdırıb.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müxtəlif istiqamətli elmi tədqiqatların daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq institut rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələrini verib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ramiz Mehdiyev: Heç bir xarici qüvvə buna mane ola bilməyəcəkdir

Ramiz Mehdiyev Əfv Komissiyasının üzvlüyündən azad edilib

Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edilib

Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olunub

Akademik Ramiz Mehdiyev açıqlama verib

Yəhya Babanlının təklifi Ramiz Mehdiyev tərəfindən dəstəklənib

Ramiz Mehdiyev Fransanın Strasburq Universitetinin rektoru ilə görüşüb

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri akademik Ramiz Mehdiyevlə görüşüb (FOTO)

Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb

AMEA-nın yeni prezidenti Ramiz Mehdiyev ilk görüşünü keçirib

Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib (FOTOLAR)

Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib

Ramiz Mehdiyev vəzifəsindən azad edilib

ADU-da akademik Ramiz Mehdiyevin kitabının müzakirəsi keçirilib

Akademik Ramiz Mehdiyevin yeni əsərinin müzakirəsi keçirilib

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kitabının təqdimatı keçirilib

ADU-da akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı Livanda nəşr edilib

30 Oktyabr 2020, 17:30 (GMT +4)
Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" bu gün məhv edilib

30 Oktyabr 2020, 17:25 (GMT +4)
Azərbaycan və Ermənistan XİN başçıları Cenevrədə görüşüblər

30 Oktyabr 2020, 17:17 (GMT +4)
Azərbaycan MDB ölkələri Baş Qərargah rəislərinin iclasında iştirak edir

30 Oktyabr 2020, 17:03 (GMT +4)
İşğaldan azad olunan Xudafərin kəndinin görüntüləri yayılıb

30 Oktyabr 2020, 16:46 (GMT +4)
Türkiyədə güclü zəlzələ baş verib (YENİLENİB)

30 Oktyabr 2020, 16:34 (GMT +4)
Ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalanıb

30 Oktyabr 2020, 16:25 (GMT +4)
Dövlət Komissiyası: Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

30 Oktyabr 2020, 16:24 (GMT +4)
Bakıda sanitar-gigiyena və karantin qaydalarının tələblərinə əməl olunması ilə bağlı birgə reydlər davam edir

30 Oktyabr 2020, 16:07 (GMT +4)
Baş prokuror: Arayik Aratunyan barəsində cinayət işi başlanıb

30 Oktyabr 2020, 15:57 (GMT +4)
Putin Təhlükəsizlik Şurası ilə Qarabağ məsələsini müzakirə edib

30 Oktyabr 2020, 15:42 (GMT +4)
Bakıda koronavirusa ən çox yoluxma Binəqədidədir

30 Oktyabr 2020, 15:38 (GMT +4)
Bişkekdə şəhidlərimizin xatirəsi anılıb

30 Oktyabr 2020, 15:22 (GMT +4)
Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

30 Oktyabr 2020, 15:19 (GMT +4)
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub

30 Oktyabr 2020, 15:08 (GMT +4)
Ədliyyə Nazirliyi tərəfindən üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb

30 Oktyabr 2020, 15:05 (GMT +4)
Azərbaycan Ordusu daha 9 kəndi erməni işğalından azad edib

30 Oktyabr 2020, 14:58 (GMT +4)
İranda son sutkada 8,011 nəfərin koronavirusa yoluxması qeydə alınıb

30 Oktyabr 2020, 14:39 (GMT +4)
Hikmət Hacıyev: Mülki əhaliyə qarşı cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır

30 Oktyabr 2020, 14:30 (GMT +4)
MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib

30 Oktyabr 2020, 14:23 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə bank şəbəkəsi qurulacaq

30 Oktyabr 2020, 14:10 (GMT +4)
Fransız polisi ermənilərə qarşı çıxan türklərə güc tətbiq edib

30 Oktyabr 2020, 14:00 (GMT +4)
ƏƏSMN: Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

30 Oktyabr 2020, 13:56 (GMT +4)
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq (VIDEO)

30 Oktyabr 2020, 13:45 (GMT +4)
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

30 Oktyabr 2020, 13:37 (GMT +4)
Dünya bazarlarında təbii qaz bahalaşıb

30 Oktyabr 2020, 13:27 (GMT +4)
İnstaqram Makrona müraciətindən sonra Ayətullah Xameninin səhifəsini bloklayıb

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabah 25 dərəcə isti olacaq

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Gürcüstanda koronavirus xəstələrinin sayı artmaqda davam edir

30 Oktyabr 2020, 13:11 (GMT +4)
Ramiz Mehdiyev: Heç bir xarici qüvvə buna mane ola bilməyəcəkdir

30 Oktyabr 2020, 13:00 (GMT +4)
Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66