ATU-ya yeni prorektor təyin olunub26 Sentyabr 2020, 10:50 (GMT +4) Bakı, 26 sentyabr, SalamNews. Azərbaycan Tibb Universitetində rəhbər vəzifəyə təyinat olub.
ATU-dan SalamNews-a verilən məlumata görə, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Prorektor Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini professor Rafiq Məmmədhəsənov icra edirdi.
|