Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan Türkiyəyə təbii qaz ixracını artırıb

30 Sentyabr 2020, 09:30 (GMT +4)

Bakı, 30 sentyabr, SalamNews. İyul ayında Türkiyə Azərbaycandan 1 milyard 93 milyon kubmetr təbii qaz idxal edib.

SalamNews xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Bildirilir ki, iyulda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi iyun ayı ilə müqayisədə 176 milyon kubmetr artıb. Azərbaycan iyulda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ilk yerdə qərarlaşıb.

Bu ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycandan 6 milyard 536 milyon kubmetr təbii qaz alıb.

Qeyd edək ki, keçən il qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 9 milyard 593 milyon kubmetr təşkil edib.

Türkiyə Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Birinci rübdə Cənubi Qafqaz Boru Kəmərinin sutkalıq orta ötürücülük gücü 32,8 milyon kubmetr təbii qaz təşkil edib. Yarım ildə CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 22 milyon dollar əməliyyat və 5 milyon dollar əsaslı xərclər sərf olunub.

Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda başlayıb. CQBK-nin texniki operatoru SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-dir. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator) 28,8 faiz, “AzSCP” 10 faiz, “Cənub Qaz Dəhlizi Midstrim” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.

2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib.

TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili cari il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatıb. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.

Cari ilin yanvar-avqust aylarında TANAP boru kəməri ilə Türkiyəyə 2,8 milyard kubmetr təbii qaz göndərilib. İstismara veriləndən bu vaxtadək isə TANAP-la Türkiyəyə 6,7 milyard kubmetrdən çox qaz nəql edilib.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır

Dünya bazarlarında təbii qazın qiyməti artıb

Qazax sakinində silah aşkarlanıb

"Azəriqaz": Gəncənin qaz təminatı bərpa edilib

“Azəriqaz” üzrə 2 milyon 300 mininci abunəçi qeydə alınıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 8%-dən çox artıb

“Azəriqaz”: Cəbhə zonasında bir çox kəndlərin qazla təminatı bərpa edilib

“Azəriqaz”: İstixanaların ödənişləri 90%-ə yaxınlaşır

“Azəriqaz”ın üç departament rəhbərinin iş yeri dəyişdirilib

Gəncədə raket atəşinə məruz qalmış küçənin təbii qaz təchizatı bərpa olunub

Dünya bazarlarında təbii qaz ucuzlaşıb

“Azəriqaz”: Düşmənin Gəncəyə atdığı raket nəticəsində 200 abonentdən 30-nun yaşayış ünvanı artıq yoxdur

Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib

Düşmənin atdığı mərmi Goranboyun qəsəbəsindəki bir küçəni qazsız qoyub

Prezident: "Türkiyə həm Yaxın Şərq, həm də Qafqaz bölgəsində sabitləşdirici rol oynayır"

ABŞ dövlət katibinin köməkçisi Türkiyədə Qafqazdakı vəziyyəti müzakirə edəcək

“Qarabağ” ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb

TAP: Hərbi vəziyyət Avropaya qaz tədarükü üçün risk yaratmır

Azərbaycan XİN rəhbəri ilə Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi arasında telefon danışığı olub

21 Oktyabr 2020, 20:39 (GMT +4)
Prezident: Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:33 (GMT +4)
Ali Baş Komandan: Cəbrayılın daha 5 kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:29 (GMT +4)
Prezident: Füzulinin daha üç kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 19:30 (GMT +4)
MN: Düşmənin 6 PUA-sı məhv edilib

21 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycan kərə yağı idxalını 29% artırıb

21 Oktyabr 2020, 17:50 (GMT +4)
Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

21 Oktyabr 2020, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

21 Oktyabr 2020, 17:36 (GMT +4)
“Yəmən hökuməti” paytaxt limanının açılması üçün Səudiyyə Ərəbistanına təzyiqlərin gösərilməsini istəyib  

21 Oktyabr 2020, 17:23 (GMT +4)
Ordubadda qədim abidələr aşkarlanıb

21 Oktyabr 2020, 17:12 (GMT +4)
İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

21 Oktyabr 2020, 16:53 (GMT +4)
Lənkəranın 99 yaşlı sakini bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

21 Oktyabr 2020, 16:35 (GMT +4)
Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

21 Oktyabr 2020, 16:34 (GMT +4)
Ermənistana məxsus daha 3 PUA məhv edilib

21 Oktyabr 2020, 16:30 (GMT +4)
DİN əhaliyə xəbərdarlıq edib

21 Oktyabr 2020, 16:20 (GMT +4)
Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

21 Oktyabr 2020, 16:11 (GMT +4)
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21 Oktyabr 2020, 16:07 (GMT +4)
Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

21 Oktyabr 2020, 15:54 (GMT +4)
Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlanıb

21 Oktyabr 2020, 15:45 (GMT +4)
“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

21 Oktyabr 2020, 15:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 31 mini ötüb

21 Oktyabr 2020, 15:30 (GMT +4)
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

21 Oktyabr 2020, 15:10 (GMT +4)
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub

21 Oktyabr 2020, 14:58 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

21 Oktyabr 2020, 14:51 (GMT +4)
Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti texnikalar (VIDEO)

21 Oktyabr 2020, 14:46 (GMT +4)
Türkiyə Suriyanın şimalında doqquz PKK üzvünün zərərsizləşdirildiyini bildirib

21 Oktyabr 2020, 14:35 (GMT +4)
TBMM sədri: Qardaş Azərbaycanın haqlı davasını bütün dünyaya çatdıracağıq

21 Oktyabr 2020, 14:28 (GMT +4)
Azərbaycan ət idxalını 10%-dən çox azaldıb

21 Oktyabr 2020, 14:11 (GMT +4)
Kanadada koronavirusa yoluxanların sayı 203 mini keçib

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Liviyada münaqişə tərəfləri quru və hava yollarının açılmasında razılığa gəliblər

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66