Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Azercell"in dəstəyi məktəblilər xüsusi hazırlıq dərsləri keçiblər

26 Sentyabr 2020, 16:52 (GMT +4)

Bakı, 26 sentyabr, SalamNews. Yüksək texnologiyaların məkanı sayılan Sinqapurda təşkil olunan 32-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb. Sentyabrın 13-dən 19-dək davam edən bilik yarışmasına 87 ölkədən 343 iştirakçı qatılıb. Ölkənin lider mobil operatoru “Azercell Telekom”un dəstəklədiyi Azərbaycan komandasının üzvləri olimpiadada uğurlu nəticə göstərərək 3 medal əldə ediblər.

Bu beynəlxalq yarışmada Azərbaycanı 4 məktəblidən ibarət komanda təmsil edib. Onlar onlayn formatda keçirilən olimpiadaya ADA Universitetindən qoşulublar. Şagirdlərimiz olimpiadadan öncə Təhsil Nazirliyinin təşkilatçılığı və “Azercell”in dəstəyi ilə xüsusi hazırlıq dərsləri keçiblər.

İki mərhələdən ibarət olan olimpiadanın hər günü şagirdlərə 3 alqoritmik tapşırığı həll etmək və proqramlaşdırmaq üçün 5 saat vaxt verilib. Gərgin keçən yarışma nəticəsində komanda üzvlərindən üçü - Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan 1994-cü ildən etibarən bu mötəbər müsabiqədə təmsil olunur. Bu 25 il ərzində şagirdlərimiz 5 medal - bir gümüş, 4 bürünc medal qazanıblar. Odur ki, təkcə bu il komandamızın 3 medal əldə etməsini rekord göstərici kimi qiymətləndirmək olar. Məktəblilərimizin bu nüfuzlu yarışmada möhtəşəm nəticə göstərməsi Azərbaycanda elm və təhsil sisteminin böyük potensialından xəbər verir.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi 2017-ci ildən etibarən “Azercell” şirkətinin dəstəyi ilə həyata keçirilir. Builki nəticə bir daha onu təsdiqləyir ki, şirkətin Təhsil Nazirliyi və digər qurumlarla effektiv əməkdaşlığı ölkədə xüsusi istedadlı şagirdlərin aşkarlanması, onların özünütəsdiqi və inkişafı üçün lazımi şərait yaradır.

1989-cu ildən etibarən keçirilən Beynəlxalq İnformatika Olimpiadası bütün dünyadan iştirakçıları əhatə edən azsaylı yarışmalardan biridir. Bundan əvvəl Olimpiada Zaqreb, Tehran, Afina, Qahirə, Almatı, Kazan və sair şəhərlərində keçirilib. Ötən il 31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanın paytaxtında təşkil olunub. Bakıda keçirilən olimpiadada “Azercell” şirkəti istedadların rəqəmsal sponsoru qismində təmsil olunmuşdu. Bununla yanaşı, “Azercell” həm də, yarışma iştirakçıları ilə birlikdə onları müşayiət edən nümayəndə heyətinin üzvlərini mobil internetlə təmin etmişdi.

Xatırladaq ki, ölkəmizdə COVID-19 pandemiyasının yayılması ilə əlaqədar elan olunan sosial təcrid şəraitində də “Azercell” müəllim və məktəblilərin yeni tədris üsullarına uyğunlaşmasına və tədris effektivliyinin artırılması məqsədilə Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi çərçivəsində müəllimlərə 5GB həcmində mobil internet hədiyyə edib. Eyni zamanda, qəbul imtahanları zamanı yüksək bal toplamış 10 nəfər abituriyent “Azercell” tərəfindən planşet və daha 300 nəfər isə “Busuu” xarici dil öyrənmə əlavəsinə pulsuz abunəlik qazanıb. Bundan əlavə, şirkət aprel, iyul döyüşlərində şəhid olmuş hərbçilərin tələbə övladları üçün xüsusi Tələbə Təqaüdü, məktəbə qədəm qoyan övladları üçün isə hədiyyələr təqdim edib.

“Azercell Telekom” fəaliyyəti boyunca Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olub, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin inkişafına töhfəsini əsirgəməyib.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz; ölkə ərazisi üzrə əhatə dairəsi: 99,2 faiz (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-dək bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Leyla Əliyeva 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində iştirak edib

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas keçirilib

Azercell-in dəstəyi ilə Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

29 Oktyabr 2020, 18:25 (GMT +4)
İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir

29 Oktyabr 2020, 18:02 (GMT +4)
Baş Narkotiklərlə Mübarizə İdarəsi Sumqayıtda xüsusi əməliyyat keçirib

29 Oktyabr 2020, 17:58 (GMT +4)
MN: Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur

29 Oktyabr 2020, 17:42 (GMT +4)
Ermənilər Goranboyun Tap kəndinə raket atıb, bir mülki şəxs həlak olub

29 Oktyabr 2020, 17:40 (GMT +4)
MN: Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür

29 Oktyabr 2020, 17:34 (GMT +4)
MN: Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var

29 Oktyabr 2020, 17:25 (GMT +4)
Ötən ay kredit kartları ilə 179 milyon manatlıq əməliyyat aparılıb

29 Oktyabr 2020, 17:18 (GMT +4)
Bu ilin II rübündə ASCO-nun işçiləri 3 milyon saat işləyib

29 Oktyabr 2020, 17:09 (GMT +4)
Tural Gəncəliyev kanadalı senatoru Azərbaycan xalqından üzr istəməyə çağırıb

29 Oktyabr 2020, 16:53 (GMT +4)
Ştutqart şəhərində yaşayan azərbaycanlılar xalqımıza dəstək aksiyası keçirdiblər

29 Oktyabr 2020, 16:41 (GMT +4)
ANAMA: Sentyabrın 27-dən bu günədək Ermənistan Azərbaycan ərazisinə 13 ədəd ballistik “SCUD” raketləri atıb

29 Oktyabr 2020, 16:31 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

29 Oktyabr 2020, 16:20 (GMT +4)
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən ən çox Türkiyəyə məhsul göndərib

29 Oktyabr 2020, 16:03 (GMT +4)
Səhiyyə Nazirliyinin nümayəndəsi COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışıb

29 Oktyabr 2020, 15:54 (GMT +4)
Azərbaycan XİN Türkiyəni təbrik edib

29 Oktyabr 2020, 15:45 (GMT +4)
Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub

29 Oktyabr 2020, 15:33 (GMT +4)
Azərbaycanda sutkalıq koronavirusa yoluxma sayı 1000-i keçib

29 Oktyabr 2020, 15:27 (GMT +4)
FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror törədib

29 Oktyabr 2020, 15:14 (GMT +4)
Hikmət Hacıyev: Ermənilərin bu əməlləri Xocalı soyqırımından başlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir

29 Oktyabr 2020, 15:04 (GMT +4)
Bərdəyə atılan “Smerç” raketlərinin qalıqları toplanıb (VİDEO)

29 Oktyabr 2020, 14:50 (GMT +4)
Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri məhv edilib

29 Oktyabr 2020, 14:45 (GMT +4)
Ombudsman Bərdədə faktaraşdırıcı missiya həyata keçirir

29 Oktyabr 2020, 14:37 (GMT +4)
Hikmət Hacıyev: "Ermənistanın hərbi-siyasi rəhbərliyi quzğunlaşıb"

29 Oktyabr 2020, 14:23 (GMT +4)
MN: Diplomatlar Tərtərdə olarkən rayon ərazisi atəşə tutulub

29 Oktyabr 2020, 14:20 (GMT +4)
Ermənistan ordusunun təxribatı nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb

29 Oktyabr 2020, 14:12 (GMT +4)
MN: Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib

29 Oktyabr 2020, 14:00 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb

29 Oktyabr 2020, 13:57 (GMT +4)
Rusiyada son sutkada 17.717 koronavirusa yoluxma qeydə alınıb

29 Oktyabr 2020, 13:45 (GMT +4)
Baş Prokurorluq: Ermənilər 90 mülki şəxsi qətlə yetirib, 392 nəfəri isə yaralayıb

29 Oktyabr 2020, 13:41 (GMT +4)
Tramp ABŞ-da mətbuat azadlığının olmadığını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66