Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb

27 Sentyabr 2020, 16:15 (GMT +4)

Bakı, 27 sentyabr, SalamNewsXəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur.

Baş Prokurorluğun Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etmişlər.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəymiş, həmçinin, xırda və iri buynuzlu heyvan və təsərrüfat təyinatlı məntəqələri, eləcə də nəqliyyat vasitələri məhv edilmişdir.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər.

Mülki əhalini hədəfə alan təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxmış, kənddə elektrik enerjisi kəsilmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.

Kütləvi informasiya vasitələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur.

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Oktyabr 2020, 17:30 (GMT +4)
Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" bu gün məhv edilib

30 Oktyabr 2020, 17:25 (GMT +4)
Azərbaycan və Ermənistan XİN başçıları Cenevrədə görüşüblər

30 Oktyabr 2020, 17:17 (GMT +4)
Azərbaycan MDB ölkələri Baş Qərargah rəislərinin iclasında iştirak edir

30 Oktyabr 2020, 17:03 (GMT +4)
İşğaldan azad olunan Xudafərin kəndinin görüntüləri yayılıb

30 Oktyabr 2020, 16:46 (GMT +4)
Türkiyədə güclü zəlzələ baş verib (YENİLENİB)

30 Oktyabr 2020, 16:34 (GMT +4)
Ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalanıb

30 Oktyabr 2020, 16:25 (GMT +4)
Dövlət Komissiyası: Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

30 Oktyabr 2020, 16:24 (GMT +4)
Bakıda sanitar-gigiyena və karantin qaydalarının tələblərinə əməl olunması ilə bağlı birgə reydlər davam edir

30 Oktyabr 2020, 16:07 (GMT +4)
Baş prokuror: Arayik Aratunyan barəsində cinayət işi başlanıb

30 Oktyabr 2020, 15:57 (GMT +4)
Putin Təhlükəsizlik Şurası ilə Qarabağ məsələsini müzakirə edib

30 Oktyabr 2020, 15:42 (GMT +4)
Bakıda koronavirusa ən çox yoluxma Binəqədidədir

30 Oktyabr 2020, 15:38 (GMT +4)
Bişkekdə şəhidlərimizin xatirəsi anılıb

30 Oktyabr 2020, 15:22 (GMT +4)
Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

30 Oktyabr 2020, 15:19 (GMT +4)
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub

30 Oktyabr 2020, 15:08 (GMT +4)
Ədliyyə Nazirliyi tərəfindən üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb

30 Oktyabr 2020, 15:05 (GMT +4)
Azərbaycan Ordusu daha 9 kəndi erməni işğalından azad edib

30 Oktyabr 2020, 14:58 (GMT +4)
İranda son sutkada 8,011 nəfərin koronavirusa yoluxması qeydə alınıb

30 Oktyabr 2020, 14:39 (GMT +4)
Hikmət Hacıyev: Mülki əhaliyə qarşı cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır

30 Oktyabr 2020, 14:30 (GMT +4)
MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib

30 Oktyabr 2020, 14:23 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə bank şəbəkəsi qurulacaq

30 Oktyabr 2020, 14:10 (GMT +4)
Fransız polisi ermənilərə qarşı çıxan türklərə güc tətbiq edib

30 Oktyabr 2020, 14:00 (GMT +4)
ƏƏSMN: Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

30 Oktyabr 2020, 13:56 (GMT +4)
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq (VIDEO)

30 Oktyabr 2020, 13:45 (GMT +4)
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

30 Oktyabr 2020, 13:37 (GMT +4)
Dünya bazarlarında təbii qaz bahalaşıb

30 Oktyabr 2020, 13:27 (GMT +4)
İnstaqram Makrona müraciətindən sonra Ayətullah Xameninin səhifəsini bloklayıb

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabah 25 dərəcə isti olacaq

30 Oktyabr 2020, 13:20 (GMT +4)
Gürcüstanda koronavirus xəstələrinin sayı artmaqda davam edir

30 Oktyabr 2020, 13:11 (GMT +4)
Ramiz Mehdiyev: Heç bir xarici qüvvə buna mane ola bilməyəcəkdir

30 Oktyabr 2020, 13:00 (GMT +4)
Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66