Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Düşmənin top atəşi nəticəsində Azərbaycanın daha 7 mülki vətəndaşı yaralanıb

30 Sentyabr 2020, 09:30 (GMT +4)

Bakı, 30 sentyabr, SalamNews.Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Bu barədə SalamNews-a Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

"Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması səbəbindən 30.09.2020-ci il tarixdə saat 08 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulmuşdur.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir", məlumatda bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

Baş Prokurorluq: Ermənilər 90 mülki şəxsi qətlə yetirib, 392 nəfəri isə yaralayıb

Baş Prokurorluq: Ermənistan işğal edilmiş ərazilərdə 100 mindən artıq qiymətli və nadir eksponatları məhv edib və talayıb

Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs yaralanıb

Baş Prokurorluq: Ermənistanın mülki əhalini atəşə tutması nəticəsində ölənlərin sayı 69-a çatıb

Baş Prokurorluq: Ermənilərin atəşi nəticəsində 2 243 yaşayış evi yararsız vəziyyətə qalıb

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

Baş Prokurorluq muzdlu kimi döyüşən xarici vətəndaşlara müraciət edib (VİDEO)

Baş Prokurorluq: Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatıb

Baş Prokurorluq düşmənin Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

Baş Prokurorluq: Ermənistan Ağcabədi və Tərtərə raket atıb

Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

Baş Prokurorluq: "Ermənistan silahlı qüvvələri Mingəçevirə raketlər atmışdır

Baş Prokurorluq: Gəncədə istintaq-əməliyyat tədbirləri həyata keçirilir

Baş Prokurorluq Ermənistanın mülki əhaliyə vurduğu ziyan barədə yeni məlumat yayıb

Baş Prokurorluq düşmənin mülki əhaliyə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

Baş Prokurorluq Ermənistan ordusunun Ağdam rayonunu atəşə tutması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq: “ASALA”nın üzvləri barəsində cinayət işi başlanılıb

30 Oktyabr 2020, 21:56 (GMT +4)
İzmirdə zəlzələdə ölən və yaralananların sayı artıb

30 Oktyabr 2020, 21:30 (GMT +4)
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

30 Oktyabr 2020, 21:18 (GMT +4)
Hikmət Hacıyev: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir"

30 Oktyabr 2020, 21:12 (GMT +4)
Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verib

30 Oktyabr 2020, 19:50 (GMT +4)
Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb

30 Oktyabr 2020, 19:49 (GMT +4)
MN: Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib

30 Oktyabr 2020, 19:20 (GMT +4)
Ermənistan döyüşə dustaqları göndərir

30 Oktyabr 2020, 19:03 (GMT +4)
Noyabr ayının hava proqnozu açıqlanıb

30 Oktyabr 2020, 18:28 (GMT +4)
Türkiyədə zəlzələdə 4 nəfər ölüb, 120 nəfər yaralanıb

30 Oktyabr 2020, 17:56 (GMT +4)
Bölgələrdə 100 məktəbə fiber-optik internet çəkiləcək

30 Oktyabr 2020, 17:50 (GMT +4)
İlham Əliyev İzmirə görə Ərdoğana zəng edib:"Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq"

30 Oktyabr 2020, 17:45 (GMT +4)
Ceyhun Bayramov: “İzmirdə baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi”

30 Oktyabr 2020, 17:30 (GMT +4)
Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" bu gün məhv edilib

30 Oktyabr 2020, 17:25 (GMT +4)
Azərbaycan və Ermənistan XİN başçıları Cenevrədə görüşüblər

30 Oktyabr 2020, 17:17 (GMT +4)
Azərbaycan MDB ölkələri Baş Qərargah rəislərinin iclasında iştirak edir

30 Oktyabr 2020, 17:03 (GMT +4)
İşğaldan azad olunan Xudafərin kəndinin görüntüləri yayılıb (VİDEO)

30 Oktyabr 2020, 16:46 (GMT +4)
Türkiyədə güclü zəlzələ baş verib (YENİLENİB)

30 Oktyabr 2020, 16:34 (GMT +4)
Ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalanıb

30 Oktyabr 2020, 16:25 (GMT +4)
Dövlət Komissiyası: Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

30 Oktyabr 2020, 16:24 (GMT +4)
Bakıda sanitar-gigiyena və karantin qaydalarının tələblərinə əməl olunması ilə bağlı birgə reydlər davam edir

30 Oktyabr 2020, 16:07 (GMT +4)
Baş prokuror: Arayik Aratunyan barəsində cinayət işi başlanıb

30 Oktyabr 2020, 15:57 (GMT +4)
Putin Təhlükəsizlik Şurası ilə Qarabağ məsələsini müzakirə edib

30 Oktyabr 2020, 15:42 (GMT +4)
Bakıda koronavirusa ən çox yoluxma Binəqədidədir

30 Oktyabr 2020, 15:38 (GMT +4)
Bişkekdə şəhidlərimizin xatirəsi anılıb

30 Oktyabr 2020, 15:22 (GMT +4)
Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

30 Oktyabr 2020, 15:19 (GMT +4)
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub

30 Oktyabr 2020, 15:08 (GMT +4)
Ədliyyə Nazirliyi tərəfindən üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb

30 Oktyabr 2020, 15:05 (GMT +4)
Azərbaycan Ordusu daha 9 kəndi erməni işğalından azad edib

30 Oktyabr 2020, 14:58 (GMT +4)
İranda son sutkada 8,011 nəfərin koronavirusa yoluxması qeydə alınıb

30 Oktyabr 2020, 14:39 (GMT +4)
Hikmət Hacıyev: Mülki əhaliyə qarşı cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66