Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

FHN: Ermənilərin atdığı mərmi nəticəsində baş verən yanğınlar söndürülüb

30 Sentyabr 2020, 15:05 (GMT +4)

Bakı, 30 sentyabr, SalamNews. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərdə dağıntı və yanğınlar baş verir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirilir.

Bu barədə SalamNews-a Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Belə ki, sentyabrın 29-da Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində yerləşən və "Azərişıq" ASC-yə məxsus transformatorda yanğın başlayıb. Lakin Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində transformatorun qoruyucu açarı və giriş-çıxış kabeli 15p.m yansa da transformatorun özü yanğından mühafizə olunub. Bundan başqa, ötən gecə Ağdam rayonu, Əhmədağalı kəndində düşmən mərmisinin düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın baş verib, operativ müdaxilə sayəsində obyektin bir hissəsi və bitişik ev yanğından mühafizə olunub. Ağdam rayonu, Baharlı-1 qəsəbəsində yerləşən, vətəndaşa məxsus təsərrüfat obyektində də baş vermiş yanğın söndürülüb, obyektin bir hissəsi yanğından mühafizə olunub.

Həmçinin, ötən axşam və gecə saatlarında Ağdam rayonunun Əhmədağalı, Çəmənli, Sarıcalı kəndlərində fərdi yaşayış evləri və təsərrüfat obyektlərində, Tərtər rayonu, Əskipara kəndində təsərrüfat obyektlərində yanğınlar baş verib. Qeyd olunan ərazilər düşmən tərəfindən intensiv atəşə məruz qaldığından yanğınlara müdaxilə etmək mümkün olmayıb.

Ağdam rayonu, Baharlı-1 qəsəbəsində isə mərmi atılması nəticəsində evdə dağıntı olsa da yanğın baş verməyib.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Noyabr 2020, 22:17 (GMT +4)
Fransa Senatı “Dağlıq Qarabağ”ı tanımağa çağıran qərarı qəbul edib

25 Noyabr 2020, 21:48 (GMT +4)
Dieqo Armando Maradona dünyasını dəyişib

25 Noyabr 2020, 18:05 (GMT +4)
Çempionlar Liqasında 1/8 finala ilk 4 vəsiqənin sahibi bilinib

25 Noyabr 2020, 18:05 (GMT +4)
Cavid Qurbanov Kəlbəcər rayonunun azad olunması münasibətilə kəlbəcərliləri təbrik edib

25 Noyabr 2020, 18:03 (GMT +4)
ƏƏSMN müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikilməsini öhdəsinə götürüb

25 Noyabr 2020, 17:53 (GMT +4)
BNA: Paytaxtda bəzi yerlərdə parklanmanın pulsuz olması tıxaca səbəb olur

25 Noyabr 2020, 17:43 (GMT +4)
Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırılıb

25 Noyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanın azad edilmiş ərazilərindəki aeroportlar ICAO reyestrinə daxil ediləcək

25 Noyabr 2020, 17:09 (GMT +4)
Vəkillər Kollegiyasının onlarla əməkdaşı koronavirusa yoluxub

25 Noyabr 2020, 16:55 (GMT +4)
Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan və Şuşada qələbə tədbirləri keçirilib

25 Noyabr 2020, 16:48 (GMT +4)
BƏƏ Türkiyə və İran da daxil olmaqla 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb

25 Noyabr 2020, 16:40 (GMT +4)
Astarada çayda batan şəxsin meyiti tapılıb

25 Noyabr 2020, 16:25 (GMT +4)
Qubada postda saxlanılan şəxsdən narkotik götürülüb

25 Noyabr 2020, 16:17 (GMT +4)
Qubada karantin rejimini pozaraq fəaliyyət avtomobil təmiri sexləri aşkarlanıb

25 Noyabr 2020, 15:57 (GMT +4)
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri yayılıb (VIDEO)

25 Noyabr 2020, 15:47 (GMT +4)
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb

25 Noyabr 2020, 15:40 (GMT +4)
Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

25 Noyabr 2020, 15:11 (GMT +4)
Türkiyə istehsalı koronavirus peyvəndi aprel ayında istifadəyə verilə bilər

25 Noyabr 2020, 14:50 (GMT +4)
“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib

25 Noyabr 2020, 14:30 (GMT +4)
Sabah yağış yağacaq

25 Noyabr 2020, 14:11 (GMT +4)
Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib

25 Noyabr 2020, 14:01 (GMT +4)
İran ABŞ-ın növbəti hökumətinə nikbin deyil – Mahmud Vaizi

25 Noyabr 2020, 13:58 (GMT +4)
Ərdoğan: “Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır”

25 Noyabr 2020, 13:43 (GMT +4)
Naxçıvanda yeni bank hesablarının sayı 30 % artıb

25 Noyabr 2020, 13:28 (GMT +4)
İlham Əliyev: Şuşaya gedən yol Xocavənd rayonunun bir hissəsindən keçəcək

25 Noyabr 2020, 13:16 (GMT +4)
XİN başçısı: Evlərimizə qayıdacaq, dağılan yurdumuzun hər qarışını dirçəldəcəyik

25 Noyabr 2020, 13:13 (GMT +4)
Azərbaycan millisinin daha 2 güləşçisi koronavirusa yoluxub

25 Noyabr 2020, 13:00 (GMT +4)
“AzerGold” indiyədək ölkə iqtisadiyyatına 527 milyon manat vəsait cəlb edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66