Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ayətullah Xameneinin dörd əyalət üzrə nümayəndələri Azərbaycanın Qarabağda əks-hücumu haqda bəyanat veriblər

01 Oktyabr 2020, 08:54 (GMT +4)

Bakı, 1 oktyabr, SalamNews, B.Samid. İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Ərdəbil, Zəncan, Şərqi-Azərbaycan və Qərbi-Azərbaycan üzrə nümayəndələri cari Qarabağ döyüşləri və Azərbaycan Ordusunun əks hücumu ilə bağlı birgə bəyanat veriblər.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bəyanat ölkənin bir sıra rəsmi KİV-ləri, eləcə də dövlət televiziya kanalında yayımlanıb.

Bəyanatda deyilir:

“Qarabağın Azərbaycana aid olmasında, onun Ermənistan tərəfindən işğal edilməsində heç bir şübhə yoxdur. Eləcə də Qarabağ ərazisinin Azərbaycan Respublikasına qayıtmasının vacibliyində də heç bir şübhə yoxdur.

Azərbaycan hökumətinin işğal olmuş Qarabağ ərazisini geri almaq üçün atdığı addım tamamilə qanuni və dinidir. Azərbaycan bu addımı ilə BMT TŞ-nın qətnamələrini həyata keçirmək istəyir.

Biz Quran ayələri, Peyğəmbərin və Əhlibeyt imamlarının sünnəsi və İslam inqilabının fəlsəfəsinin tələbinə uyğun olaraq, zülmə məruz qalanları himayə və müdafiə etməyi özümüzə borc bilirik.

Azərbaycan xalqı hamıdan yaxşı bilir ki, İran İslam Respublikası Qarabağ müharibəsi dövründə Azərbaycana ən yüksək dəstək və yardım göstərib, bütün beynəlxalq dairələrdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib, Xarici İşlər Nazirliyi də son hadisələrdə bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Hazırda Azərbaycanın Naxçıvana quru yolu təkcə İran İslam Respublikası ərazisindən keçir və İran bu torpağı səxavətlə Azərbaycanın istifadəsinə verib.

Təəssüf ki, son günlərdə iki dost ölkə arasındakı münasibətləri görmək istəməyən bəzi qüvvələr əsassız bəhanələrlə hay-küy qaldırıb, qalmaqal yaradıb və İslam Respublikasını xəyanətdə ittiham edib. Bu məsələ tələb edir ki, biz düşmənin psixoloji müharibə miqyasına həssas yanaşaq və onların pis niyyətlərinin həyata keçməsi üçün alətə çevrilməyək.

Biz Azərbaycanın son qələbələrini uca tuturuq, Allahdan Azərbaycanın böyük xalqının şəhidlərinə ülvi dərəcələr diləyirik və arzu edirik ki, bu döyüş tezliklə haqq sahibinin öz haqqına çatması ilə sona yetsin.

Seyid Həsən Amili,  Ərdəbil əyaləti üzrə nümayəndəsi;

Əli Xatəmi,  Zəncan əyaləti üzrə nümayəndəsi;

Seyid Məhəmmədəli Ali-Haşim, Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi;

Seyid Məhdi Qüreyşi, Qərbi Azərbaycan əyaləti üzrə nümayəndəsi.

30 sentyabr, Urmiya”

 

 

 

 

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir

Baş Narkotiklərlə Mübarizə İdarəsi Sumqayıtda xüsusi əməliyyat keçirib

MN: Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur

Ermənilər Goranboyun Tap kəndinə raket atıb, bir mülki şəxs həlak olub

MN: Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür

MN: Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var

Ötən ay kredit kartları ilə 179 milyon manatlıq əməliyyat aparılıb

Bu ilin II rübündə ASCO-nun işçiləri 3 milyon saat işləyib

Tural Gəncəliyev kanadalı senatoru Azərbaycan xalqından üzr istəməyə çağırıb

Ştutqart şəhərində yaşayan azərbaycanlılar xalqımıza dəstək aksiyası keçirdiblər

ANAMA: Sentyabrın 27-dən bu günədək Ermənistan Azərbaycan ərazisinə 13 ədəd ballistik “SCUD” raketləri atıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən ən çox Türkiyəyə məhsul göndərib

Səhiyyə Nazirliyinin nümayəndəsi COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışıb

Azərbaycan XİN Türkiyəni təbrik edib

Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub

Azərbaycanda sutkalıq koronavirusa yoluxma sayı 1000-i keçib

FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror törədib

Hikmət Hacıyev: Ermənilərin bu əməlləri Xocalı soyqırımından başlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir

Bərdəyə atılan “Smerç” raketlərinin qalıqları toplanıb (VİDEO)

29 Oktyabr 2020, 18:25 (GMT +4)
İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir

29 Oktyabr 2020, 18:02 (GMT +4)
Baş Narkotiklərlə Mübarizə İdarəsi Sumqayıtda xüsusi əməliyyat keçirib

29 Oktyabr 2020, 17:58 (GMT +4)
MN: Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur

29 Oktyabr 2020, 17:42 (GMT +4)
Ermənilər Goranboyun Tap kəndinə raket atıb, bir mülki şəxs həlak olub

29 Oktyabr 2020, 17:40 (GMT +4)
MN: Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür

29 Oktyabr 2020, 17:34 (GMT +4)
MN: Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var

29 Oktyabr 2020, 17:25 (GMT +4)
Ötən ay kredit kartları ilə 179 milyon manatlıq əməliyyat aparılıb

29 Oktyabr 2020, 17:18 (GMT +4)
Bu ilin II rübündə ASCO-nun işçiləri 3 milyon saat işləyib

29 Oktyabr 2020, 17:09 (GMT +4)
Tural Gəncəliyev kanadalı senatoru Azərbaycan xalqından üzr istəməyə çağırıb

29 Oktyabr 2020, 16:53 (GMT +4)
Ştutqart şəhərində yaşayan azərbaycanlılar xalqımıza dəstək aksiyası keçirdiblər

29 Oktyabr 2020, 16:41 (GMT +4)
ANAMA: Sentyabrın 27-dən bu günədək Ermənistan Azərbaycan ərazisinə 13 ədəd ballistik “SCUD” raketləri atıb

29 Oktyabr 2020, 16:31 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

29 Oktyabr 2020, 16:20 (GMT +4)
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən ən çox Türkiyəyə məhsul göndərib

29 Oktyabr 2020, 16:03 (GMT +4)
Səhiyyə Nazirliyinin nümayəndəsi COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışıb

29 Oktyabr 2020, 15:54 (GMT +4)
Azərbaycan XİN Türkiyəni təbrik edib

29 Oktyabr 2020, 15:45 (GMT +4)
Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub

29 Oktyabr 2020, 15:33 (GMT +4)
Azərbaycanda sutkalıq koronavirusa yoluxma sayı 1000-i keçib

29 Oktyabr 2020, 15:27 (GMT +4)
FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror törədib

29 Oktyabr 2020, 15:14 (GMT +4)
Hikmət Hacıyev: Ermənilərin bu əməlləri Xocalı soyqırımından başlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir

29 Oktyabr 2020, 15:04 (GMT +4)
Bərdəyə atılan “Smerç” raketlərinin qalıqları toplanıb (VİDEO)

29 Oktyabr 2020, 14:50 (GMT +4)
Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri məhv edilib

29 Oktyabr 2020, 14:45 (GMT +4)
Ombudsman Bərdədə faktaraşdırıcı missiya həyata keçirir

29 Oktyabr 2020, 14:37 (GMT +4)
Hikmət Hacıyev: "Ermənistanın hərbi-siyasi rəhbərliyi quzğunlaşıb"

29 Oktyabr 2020, 14:23 (GMT +4)
MN: Diplomatlar Tərtərdə olarkən rayon ərazisi atəşə tutulub

29 Oktyabr 2020, 14:20 (GMT +4)
Ermənistan ordusunun təxribatı nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb

29 Oktyabr 2020, 14:12 (GMT +4)
MN: Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib

29 Oktyabr 2020, 14:00 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb

29 Oktyabr 2020, 13:57 (GMT +4)
Rusiyada son sutkada 17.717 koronavirusa yoluxma qeydə alınıb

29 Oktyabr 2020, 13:45 (GMT +4)
Baş Prokurorluq: Ermənilər 90 mülki şəxsi qətlə yetirib, 392 nəfəri isə yaralayıb

29 Oktyabr 2020, 13:41 (GMT +4)
Tramp ABŞ-da mətbuat azadlığının olmadığını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66