Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Deputat: Döyüş və qələbə bizim alnımıza yazılıb

01 Oktyabr 2020, 12:32 (GMT +4)

Bakı, 1 oktyabr, SalamNews, K.Orxan. "Respublikamızda hərbi vəziyyətin elan olunması, verilən bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə işarədir. Bu üçlü hərbi vəziyyətlərdə bir-biri ilə vəhdətdə olmalıdır. Döyüş zamanı xalq ordunu dəstəkləməli, dövlət isə həm ordunun həm də xalqın istək və rifahını düşünməlidir. Belə olan halda qələbə mütləqdir. Xalqımız daim öz ordusunun və dövlətinin yanındadır ona dəstəkdir. Bu son günlər zəfər çalan, bizə qələbə sevinci yaşadan ordumuza dəstək sonsuzdur".

Bu fikirləri SalamNews-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputat bildirib ki, ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Azərbaycanda döyüşlər başlamazdan əvvəl belə vətəndaşlarımız orduya dəstək üçün yaşından asılı olmayaraq könüllü orduya yazılmaları bizim cəmiyyətin daim belə hərbi vəziyyətlərə hazır olduğunun bariz sübutudur. Bu vətənə, dövlətə, torpağa olan sevginin nəticəsidir ki millətimiz düşünmədən belə döyüşə, ölümə belə getməyə hazırdırlar. Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Bizim belə hərbi vətənpərvər ruhda olmağımız təbii ki, düşmən dövlət üçün sarsıdıcı bir zərbədir. Düşmənə zərbədən əlavə dövlətimizin bu cür ruh yüksəkliyi, döyüşə belə həvəslə hazır olması dünya ictimaiyyətinədə ünvanlanmış siyasi bir mesajdır. O mesaj ki, biz daim bu gün gözləyirdik. Cənab Ali Baş Komandanın iradəsi, və əmri ilə nəhayətki torpaqlarımızın müəyyən hissələri işğaldan azad olunur və olunacaqda. Döyüş və qələbə bizim alnımıza yazılıb. Əzəli Azərbaycan torpaqlarının artıq geri, öz aid olduğu yerə doğma Azərbaycana qayıtma zamanıdır. Biz haqq yolundayıq, haqq bizimlədir. Ermənistanın işğalçı rejimindən fərqli olaraq biz nahaq yerə qan tökmür, müharibə aparmırıq. Azərbaycan siyasəti yalnız öz torpaqlarını geri qaytarmaq yönündədir.

Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür. Ölkədə “hərbi vəziyyətin elan edilməsi” haqqında Fərman ona dəlalət edir ki, artıq Azərbaycan öz seçimini etmiş və yolunu çizmişdir. Torpaqlarımız geri qaytarılmalı, haqq ədalət bərpa olunmalıdır! Bu gün bu siyasəti dəstəkləyənlər bizim yanımızda buna qarşı çıxanlar isə birmənalı olaraq özlərini düşmənlərin cərgəsində görməlidir. Çünki, bu siyasət cənab Prezidentin dövlətimizin rifahı naminə yürüdülən siyasətdir. Belə bir zamanda özlərini daim xalqın yanında göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi bu siyasəti dəstəkləməmələri onların səmimi olmadıqları və əsl simalarını göstərir.

"Bu daim belə olub. Onlar sözün əsl mənasında əlini daşın altına salmaqdansa hər zaman çəkilib vəziyyəti kənardan izləməyi üstün tuturlar. Belə hallar həm dövlətimizin həm də xalqımızın gözündən heç bir zaman yayınmır. Vətənimizin belə şanlı qələbələrinin yanında olmaqdansa onlar düşmən dəyirmanına su tökməyi üstün sayırlar. 30 ildir bu günü gözləyən Azərbaycanın yanında olmaq ona dəstək vermək anında siyasi ədavət saxlayan bu partiyalar cənab Prezident İlham Əliyevin yanında olmaq qabiliyyəti göstərə bilmədilər. Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur", deyə deputat əlavə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Oktyabr 2020, 18:25 (GMT +4)
İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir

29 Oktyabr 2020, 18:02 (GMT +4)
Baş Narkotiklərlə Mübarizə İdarəsi Sumqayıtda xüsusi əməliyyat keçirib

29 Oktyabr 2020, 17:58 (GMT +4)
MN: Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur

29 Oktyabr 2020, 17:42 (GMT +4)
Ermənilər Goranboyun Tap kəndinə raket atıb, bir mülki şəxs həlak olub

29 Oktyabr 2020, 17:40 (GMT +4)
MN: Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür

29 Oktyabr 2020, 17:34 (GMT +4)
MN: Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var

29 Oktyabr 2020, 17:25 (GMT +4)
Ötən ay kredit kartları ilə 179 milyon manatlıq əməliyyat aparılıb

29 Oktyabr 2020, 17:18 (GMT +4)
Bu ilin II rübündə ASCO-nun işçiləri 3 milyon saat işləyib

29 Oktyabr 2020, 17:09 (GMT +4)
Tural Gəncəliyev kanadalı senatoru Azərbaycan xalqından üzr istəməyə çağırıb

29 Oktyabr 2020, 16:53 (GMT +4)
Ştutqart şəhərində yaşayan azərbaycanlılar xalqımıza dəstək aksiyası keçirdiblər

29 Oktyabr 2020, 16:41 (GMT +4)
ANAMA: Sentyabrın 27-dən bu günədək Ermənistan Azərbaycan ərazisinə 13 ədəd ballistik “SCUD” raketləri atıb

29 Oktyabr 2020, 16:31 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

29 Oktyabr 2020, 16:20 (GMT +4)
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən ən çox Türkiyəyə məhsul göndərib

29 Oktyabr 2020, 16:03 (GMT +4)
Səhiyyə Nazirliyinin nümayəndəsi COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışıb

29 Oktyabr 2020, 15:54 (GMT +4)
Azərbaycan XİN Türkiyəni təbrik edib

29 Oktyabr 2020, 15:45 (GMT +4)
Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub

29 Oktyabr 2020, 15:33 (GMT +4)
Azərbaycanda sutkalıq koronavirusa yoluxma sayı 1000-i keçib

29 Oktyabr 2020, 15:27 (GMT +4)
FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror törədib

29 Oktyabr 2020, 15:14 (GMT +4)
Hikmət Hacıyev: Ermənilərin bu əməlləri Xocalı soyqırımından başlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir

29 Oktyabr 2020, 15:04 (GMT +4)
Bərdəyə atılan “Smerç” raketlərinin qalıqları toplanıb (VİDEO)

29 Oktyabr 2020, 14:50 (GMT +4)
Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri məhv edilib

29 Oktyabr 2020, 14:45 (GMT +4)
Ombudsman Bərdədə faktaraşdırıcı missiya həyata keçirir

29 Oktyabr 2020, 14:37 (GMT +4)
Hikmət Hacıyev: "Ermənistanın hərbi-siyasi rəhbərliyi quzğunlaşıb"

29 Oktyabr 2020, 14:23 (GMT +4)
MN: Diplomatlar Tərtərdə olarkən rayon ərazisi atəşə tutulub

29 Oktyabr 2020, 14:20 (GMT +4)
Ermənistan ordusunun təxribatı nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb

29 Oktyabr 2020, 14:12 (GMT +4)
MN: Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib

29 Oktyabr 2020, 14:00 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb

29 Oktyabr 2020, 13:57 (GMT +4)
Rusiyada son sutkada 17.717 koronavirusa yoluxma qeydə alınıb

29 Oktyabr 2020, 13:45 (GMT +4)
Baş Prokurorluq: Ermənilər 90 mülki şəxsi qətlə yetirib, 392 nəfəri isə yaralayıb

29 Oktyabr 2020, 13:41 (GMT +4)
Tramp ABŞ-da mətbuat azadlığının olmadığını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66