Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Azad Rəhimov beynəlxalq təşkilatlara məktub ünvanlayıb

01 Oktyabr 2020, 17:17 (GMT +4)

Bakı, 1 oktyabr, SalamNews. Gənclər və İdman naziri Azad Rəhimov xarici ölkələrin gənclər və idman sahələrinə məsul nazirliklərinə, beynəlxalq təşkilatlara və digər aidiyyəti qurumlara Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzü özündə əks etdirən məktub göndərib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın SalamNews-a verdiyi məlumata görə, məktubda 30 ildir Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün davam etdiyi vurğulanıb. Onun sözlərinə görə, təcavüz nəticəsində ölkəmizin ərazilərinin 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və digər 7 rayon işğal edilib, 20 min azərbaycanlı həlak olub, 50 min insan yaralanıb və müxtəlif dərəcəli xəsarət alıb, 5 mindən artıq azərbaycanlı əsir və itkin düşüb.

Bununla yanaşı, məktubda Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin davamlı olaraq Azərbaycan ərazisindəki mülki əhalini və hərbi mövqelərini hədəfə alması, nəticədə yüzlərlə vətəndaşımızın öldürülməsi və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması əksini tapıb.

1992-ci ilin fevralında Ermənistan ordusunun törətdiyi Xocalı soyqırımından da bəhs edən nazir Ermənistanın Cenevrə Konvensiyasını, o cümlədən, BMT-nin Uşaq Hüquqları Konvensiyasını və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozduğunu xüsusi diqqətə çatdırıb.

Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin mühüm məqamlarını özündə əks etdirəm məktubun sonunda sentyabrın 27-də səhər saat 06:00-da Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən, ağır artileriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutması bildirilir. Nəticədə Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 5 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub, 19 nəfər mülki şəxs müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Mülki vətəndaşlar arasında itki sayının artdığı da bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Oktyabr 2020, 12:25 (GMT +4)
Azərbaycan XİN başçısının həmsədrlərlə görüşünün vaxtı dəyişdirilib

29 Oktyabr 2020, 12:24 (GMT +4)
Ankara Beyrutdakı erməni ekstremistlərinin təxribatını pisləyib

29 Oktyabr 2020, 12:10 (GMT +4)
Bərdənin raket atəşinə tutması ilə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2020, 12:03 (GMT +4)
Vəhdət həftəsilə bağlı islam alimlərinin beynəlxalq konfransı işinə başlayıb

29 Oktyabr 2020, 12:00 (GMT +4)
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Bərdəyə səfəri başlayıb

29 Oktyabr 2020, 11:58 (GMT +4)
Türkiyə XİN: Türkiyə - Azərbaycan qardaşlığı əbədidir

29 Oktyabr 2020, 11:50 (GMT +4)
Bayden Trampı İlham Əliyev və Nikol Paşinyanla birbaşa danışıqlara çağırıb

29 Oktyabr 2020, 11:38 (GMT +4)
MN: Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaqda görür

29 Oktyabr 2020, 11:30 (GMT +4)
Baş Prokurorluq: Ermənistan işğal edilmiş ərazilərdə 100 mindən artıq qiymətli və nadir eksponatları məhv edib və talayıb

29 Oktyabr 2020, 11:23 (GMT +4)
AB Dağlıq Qarabağda davam edən döyüşlərlə bağlı bəyanat verib

29 Oktyabr 2020, 11:15 (GMT +4)
Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb (FOTO)

29 Oktyabr 2020, 11:12 (GMT +4)
Əlcəzair prezidenti Almaniyada xəstəxanaya yerləşdirilib

29 Oktyabr 2020, 10:58 (GMT +4)
Düşmənin atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikalarının görüntüləri

29 Oktyabr 2020, 10:44 (GMT +4)
BQXK: Bərdəyə raket atılması nəticəsində bir könüllümüz ölüb, ikisi yaralanıb

29 Oktyabr 2020, 10:35 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi Bərdə sakinlərinin şəhadətilə bağlı başsağlığı verib

29 Oktyabr 2020, 10:32 (GMT +4)
BMT Ermənistan SQ Bərdəyə raket hücumunu pisləyib

29 Oktyabr 2020, 10:26 (GMT +4)
Gəncə terrorları zamanı 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub

29 Oktyabr 2020, 10:11 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmənin yüksək rütbəli zabitləri məhv edilib

29 Oktyabr 2020, 10:02 (GMT +4)
Qubadlının işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin görüntüləri yayımlanıb

29 Oktyabr 2020, 09:55 (GMT +4)
İtaliyada koronavirusa yoluxma hallarında rekord artım qeydə alınıb

29 Oktyabr 2020, 09:47 (GMT +4)
Azərbaycan Prezidenti: “Erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər”

29 Oktyabr 2020, 09:46 (GMT +4)
Ayətullah Xamenei Makronun islamofob mövqelərilə bağlı fransalı gənclərə müraciət edib

29 Oktyabr 2020, 09:35 (GMT +4)
Diplomatik korpusların nümayəndələri Bərdə və Tərtərə gedir

29 Oktyabr 2020, 09:24 (GMT +4)
İran Qarabağ münaqişəsilə bağlı hazırladığı planın bəzi detallarını açıqlayıb

29 Oktyabr 2020, 09:23 (GMT +4)
Prezident: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə öz ərazisində yaratsın

29 Oktyabr 2020, 09:20 (GMT +4)
İlham Əliyev Türkiyə xalqını təbrik edib

29 Oktyabr 2020, 09:14 (GMT +4)
Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı qeyd olunur

29 Oktyabr 2020, 09:05 (GMT +4)
Düşmənin bu gecə məhv edilən döyüş texnikalarının siyahısı

29 Oktyabr 2020, 09:00 (GMT +4)
MN: Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib

29 Oktyabr 2020, 08:27 (GMT +4)
Müsəlman dünyası vəhdət və birlik həftəsini qeyd edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66