İraqda Kürdüstan Muxtariyyətinin mərkəzi Ərbil şəhərinə raketlər atılıb01 Oktyabr 2020, 09:48 (GMT +4) Bakı, 1 oktyabr, SalamNews, B.Samid. İraqın şimalında Kürdüstan Muxtariyyətinin Ərbil beynəlxalq hava limanı və ətrafına 6 ədəd raket atılıb.
SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Kürdüstan Regional Hökuməti bəyanat verib.
Bildirilib ki, raketlər Ərbildə beynəlxalq hava limanı, ABŞ koalisiyasının ərazidəki bazası ətrafına düşüb.
Kürdüstan Regional Hökumətinin baş naziri Məsrur əl-Barizani İraqın baş naziri Mustafa əl-Kazimi ilə təmas qurub və cinayətkarların tapılıb cəzalandırılmasını istəyib.
Ərbil rəsmi hərbi mənbələri iddia edir ki, raketlər Nineva əyalətində Haşd-Şabi-nin nəzarətində olan bölgələrdən atılıb.
|