Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Sahil Babayev beynəlxalq vebinar iştirakçılarına Ermənistanın təxribatlarından danışıb

01 Oktyabr 2020, 13:15 (GMT +4)

Bakı, 1 oktyabr, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Valyuta Fondunun (BVF) təşkilatçılığı ilə “Orta Şərq və Mərkəzi Asiya regionunda inklüziv inkişaf üçün sosial xərclərin rolu” mövzusunda keçirilən beynəlxalq vebinarda iştirak edib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, Karnegi Orta Şərq Mərkəzinin direktoru Maha Yahyanın moderatorluğu, BVF-nun İdarəedici direktor müavini Antoinette Sayehin və BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Rola Daştinin iştirakı ilə keçirilən vebinarda S.Babayev son günlərdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən növbəti hərbi təxribatla bağlı məlumat verib.

O, Ermənistanın ağır artilleriya silahlarından Azərbaycan silahlı qüvvələrinin mövqelərini, cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi atəşə tutduğunu, nəticədə mülki şəxslərimizin, hərbi qulluqçularımızın həlak olduğunu deyib. Nazir bildirib ki, Azərbaycan Ordusu düşmənə cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir, öz ərazilərində suveren hüquqlarını bərpa edir, təmas xəttini mülki əhalinin məskunlaşdığı yaşayış massivlərindən uzaqlaşdırır.

S.Babayev Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq artıq 30 ilə yaxındır Azərbaycanın 20% ərazisini işğalı altında saxladığını, bu işğal nəticəsində ölkəmizdə bir milyon qaçqın və məcburi köçkünün olduğunu deyib. Münaqişənin yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalı olduğunu bildirib.

Nazir Prezident İlham Əliyevin siyasətinin əsas xəttinin vətəndaş rifahının təminatı olduğunu vurğulayıb. Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində apardığı işləri diqqətə çatdırıb. S.Babayev COVİD-19 pandemiyası dövründə Azərbaycan höküməti tərəfindən reallaşdırılan, əhalinin təqribən 50 faizini əhatə edən ciddi sosial dəstək tədbirlərini qeyd edib. Ölkədə aparılan sosial islahatlar, büdcə xərclərinin optimallaşdırılması, aktiv məşğulluq və sosial müdafiə proqramlarının, kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi işləri, idarəetmənin təkmilləşdirilməsi tədbirləri barədə məlumat verib.

Vebinarda nazir sualları da cavablandırıb. Vebinar zamanı mövzu ilə bağlı müzakirələr aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Sahil Babayev: Bu il 2 milyon 571 min şəxsə sosial dəstək göstərilib

Sahil Babayev: Bu il 53 min vətəndaşa pensiya təyin olunub

Sahil Babayev: Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb

Prezident İlham Əliyev Sahil Babayev və Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib

Nazir Sahil Babayev jurnalistlərə müraciət edib

Sahil Babayev: Yaşa görə orta aylıq pensiyanın 350 manata çatdırılması gözlənilir

Prezident İlham Əliyev nazir Sahil Babayevi qəbul edib

Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb

Sahil Babayev: 10-dək Ahıllar Mərkəzinin açılışı nəzərdə tutulur

Sahil Babayev: Bu il özəl sektorda əmək müqavilələrinin sayı 90 mindən çox artıb

Sahil Babayev İranın Kooperasiya, Əmək və Sosial Rifah naziri ilə görüşüb

Sahil Babayev Tovuz rayonunda vətəndaşları qəbul edib

Sahil Babayev reabilitasiya xidmətlərinə baxış keçirib (FOTO)

Nazir Sahil Babayev CEO Lunch Baku-nun fəxri qonağı olub

Sahil Babayev Gəncədə, müavinləri Göygöl və Samux rayonlarında vətəndaşlarla görüşəcəklər

Sahil Babayev Qəbələdə 3 rayonun sakinləri ilə görüşəcək

Aprel ayında sosial müavinət və təqaüdlər yeni artımla birgə veriləcək - Sahil Babayev

Sahil Babayev Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüşüb

Nazir Sahil Babayev Dünya Bankının nümayəndəsi ilə görüşüb

Nazir Sahil Babayev şəhid ailələri ilə görüşüb

26 Oktyabr 2020, 17:30 (GMT +4)
Yaponiyanın NHK telekanalı Dağlıq Qarabağda davam edən müharibə barədə xüsusi veriliş yayımlayıb

26 Oktyabr 2020, 17:17 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

26 Oktyabr 2020, 17:08 (GMT +4)
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

26 Oktyabr 2020, 16:58 (GMT +4)
Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırıb

26 Oktyabr 2020, 16:44 (GMT +4)
Ali Baş Komandan Qubadlının azad olunmasında fərqlənmiş hərbi birlik komandirlərini təbrik edib

26 Oktyabr 2020, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 527 nəfər COVID-19-a yoluxub

26 Oktyabr 2020, 16:20 (GMT +4)
MN: Tərtər şəhəri atəşə tutulub

26 Oktyabr 2020, 16:15 (GMT +4)
Kreml: Qarabağ Rusiya ilə ABŞ arasında rəqabət meydanına çevrilməməlidir

26 Oktyabr 2020, 16:03 (GMT +4)
Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük

26 Oktyabr 2020, 15:53 (GMT +4)
İranda son sutkada koronavirusdan 337 nəfər ölüb

26 Oktyabr 2020, 15:40 (GMT +4)
Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçiriblər

26 Oktyabr 2020, 15:24 (GMT +4)
MN: Ağcabədi rayonu yenidən atəşə tutulub

26 Oktyabr 2020, 15:20 (GMT +4)
Ermənistanın törətdiyi cinayətlərlə bağlı növbəti maarifləndirici videoçarxlar hazırlanıb

26 Oktyabr 2020, 15:01 (GMT +4)
Kənd təsərrüfatı sahəsində üçtərəfli anlaşma memorandumu imzalanıb

26 Oktyabr 2020, 14:45 (GMT +4)
Prezident: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı

26 Oktyabr 2020, 14:30 (GMT +4)
Azərbaycan əsgəri: “Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla hər birimizi!”

26 Oktyabr 2020, 14:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

26 Oktyabr 2020, 14:05 (GMT +4)
Prezident xalqa müraciətində Qarabağın tarixi torpağımız olduğunu dünyaya necə sübut etdiyindən danışıb

26 Oktyabr 2020, 13:51 (GMT +4)
İlham Əliyev: Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar

26 Oktyabr 2020, 13:40 (GMT +4)
Prezident düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikalarını açıqlayıb

26 Oktyabr 2020, 13:22 (GMT +4)
Azərbaycan Prezidenti: Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?

26 Oktyabr 2020, 13:14 (GMT +4)
Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

26 Oktyabr 2020, 13:11 (GMT +4)
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb

26 Oktyabr 2020, 13:00 (GMT +4)
Prezident: Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram

26 Oktyabr 2020, 12:58 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin atəşi nəticəsində 2 243 yaşayış evi yararsız vəziyyətə qalıb

26 Oktyabr 2020, 12:46 (GMT +4)
Fələstinlilər Makronun təxribatlarına cavab olaraq Türkiyə bayrağını dalğalandırıb

26 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan Prezidenti: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

26 Oktyabr 2020, 12:40 (GMT +4)
Prezident: Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib

26 Oktyabr 2020, 12:20 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edir (CANLI)

26 Oktyabr 2020, 12:15 (GMT +4)
MN: Ağcabədi rayonu atəşə tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66