Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Nazirlik: Ermənistan enerji infrastrukturu obyektlərini atəşə tutmaqda davam edir

01 Oktyabr 2020, 18:05 (GMT +4)

Bakı, 1 oktyabr, SalamNews. Ermənistanın silahlı qüvvələri ölkəmizin mülki infrastruktur obyektlərini atəşə tutmaqda davam edir.

Energetika Nazirliyindən SalamNews-a bildirilib ki, bu günə olan məlumatlara görə, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Goranboy, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Göygöl rayonları və Naftalan şəhərini elektrik enerjisi ilə təchiz edən infrastrukturların bir qismi yararsız hala düşüb.

Belə ki, Goranboy rayonunda 35 kilovoltluq (kV) “Gülüstan”, 110/30/10 kV-luq “Naftalan” yarımstansiyadan çıxan 10 kV-luq “Əzizbəyov”, “2-ci Subartezian” hava xətləri və 2 ədəd transformator vurulub.

Tərtər rayonunda 35 kV-luq “İsmayılbəyli” yarımstansiyasından çıxan 10 kV-luq “1№-li Hüsənli” hava xətti 9 yerdən, “3 №-li Qaraqoyunlu” hava xətti 11 yerdən, “4 №-li Qaynaq” hava xətti 17 yerdən, “5 №-li Evoğlu” hava xətti 1 yerdən, “10№-li Qapanlı” hava xətti 12 yerdən, “6 №-li Qarağacı” hava xətti 3 yerdən vurulub. Bu xətlərin, həmçinin yararsız vəziyyətə düşmüş 35 kV-luq “Dəmirçilər”, “İsmayılbəyli” hava xətlərinin, eləcə də 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan və 30 dəfə vurulmuş 10 kV-luq “6 №-li Şıxarx” hava xəttinin təmir-bərpası hələlik mümkün olmayıb. 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan və dəfələrlə atəşə məruz qalmış 10 kV-luq “3 №-li AzGes”, “8 №-li Şəhər”, “11 №-li Sarıcalı”, “9 №-li Şəhər”, 1 №-li Qaradağlı” və “4 №-li Seydimli” hava xətləri isə bərpa olunub.

Füzuli rayonunda 35 kV-luq “Horadiz-Böyük Bəhmanlı” hava xətti, 35/10 kV-luq “Mahmudlu” yarımstansiyasından çıxan 10 kV-luq “Qazaxlar” hava xətti vurulub və bərpa olunub. Alxanlı kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkə yararsız haldadır, təmir-bərpa işləri görülür.

Ağdam rayonunda 35 kV-luq “Quzanlı-1”, “Quzanlı-2” hava xətləri, 35/10 kV-luq “Əfətli”, 110/35/10 “Təzəkənd, 35 kV-luq “Xındırıstan” , 35 kV-luq “Baharlı”, 35/10 kV-luq “Baharlı”, 35/10 kV-luq “Ergi-1” və 110/35/10 kV-luq “Ergi” yarımstansiyalarından çıxan 10 kV-luq hava xətləri dəfələrlə atəşə məruz qalıb. Bu hava xətləri bərpa edilib, lakin vurulan 3 ədəd transformator tamamilə yarasız vəziyyətdədir.

Ağcabədi rayonunda 35/10 kV-luq “Qiyamədinli” yarımstansiyasından çıxan 10 kV-luq “Arazbarı” hava xətti 4 dəfə vurulub və bərpa olunub.

Naftalanın Qaşaltı kəndində və Göygölün Tovuzlar kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkələr yararsız haldadır, təmir-bərpa işləri görülür.

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar sentyabrın 27-dən etibarən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin, Tərtər rayonu üzrə ümumilikdə Tərtər şəhəri və 51 kəndin təbii qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı bərpa edilib. Füzuli rayonu üzrə 3910 abonentə təbii qaz verilib, 8655 abonentin qaz təchizatı məhdudlaşdırılıb. 43 kənddən ibarət Ağcabədi rayonunun 25 kəndində qaz təchizatı isə məhdud olaraq qalır.

Bu gündən Beyləqan rayonunun 42 kəndinin qaz təchizatı tam təmin edilib. Ağdam rayonunun bir kəndi (İmanqulubəyli kəndi) və 5 qəsəbəsi (83 saylı Yeni İmanqulubəyli, İmanqulubəyli, Quzanlı, Quzanlı-1 və Qasımbəyli qəsəbələri, 689 saylı qəsəbə) təbii qazla təmin edilib, rayonun 53 yaşayış məntəqəsinin qaz təchizatı isə məhdudlaşdırılmış olaraq qalır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Pərviz Şahbazov: Ermənistan Azərbaycanın enerji təhlükəsizliyini təhdid edir

Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb

Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”

İşğaldan azad edilmiş “Xudafərin” hidroqovşağı Azərbaycana ildə 368 mln. kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək

Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 3468 müraciətə baxılıb

Enerji investisiyaları üzrə risklərin qiymətləndirilməsi hesabatı hazırlanıb

SOCAR: Ermənistan BTC-ni hədəf almaqla Aİ-nin də enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır

Ermənistan ordusunun atdığı raket Mingəçevirdə enerji blokunun yaxınlığına düşüb

Cəbhə bölgəsi rayonlarında elektrik enerjisi infrastrukturu atəşə tutulub

“Azərişıq” şimal-qərb regionunda elektrik enerjisi təsərrüfatını yeniləyib

Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

bp “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim edib

Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

Yaponiyada tayfun səbəbi ilə 110 mindən çox evin elektrik enerjisi kəsilib 

“Azərişıq” cəbhə xəttində yerləşən kəndin enerji sistemini yenidən qurub

Suriya hökuməti ölkənin elektrik enerjisini kəsən partlayışın səbəbini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Tehrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri İrana gedir

“Azərenerji” qəzaların baş verməməsi üçün modernləşmiş sistem yaradır

İranla enerji əməkdaşlığı müzakirə edilib

29 Oktyabr 2020, 12:00 (GMT +4)
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Bərdəyə səfəri başlayıb

29 Oktyabr 2020, 11:58 (GMT +4)
Türkiyə XİN: Türkiyə - Azərbaycan qardaşlığı əbədidir

29 Oktyabr 2020, 11:50 (GMT +4)
Bayden Trampı İlham Əliyev və Nikol Paşinyanla birbaşa danışıqlara çağırıb

29 Oktyabr 2020, 11:38 (GMT +4)
MN: Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaqda görür

29 Oktyabr 2020, 11:30 (GMT +4)
Baş Prokurorluq: Ermənistan işğal edilmiş ərazilərdə 100 mindən artıq qiymətli və nadir eksponatları məhv edib və talayıb

29 Oktyabr 2020, 11:23 (GMT +4)
AB Dağlıq Qarabağda davam edən döyüşlərlə bağlı bəyanat verib

29 Oktyabr 2020, 11:15 (GMT +4)
Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb (FOTO)

29 Oktyabr 2020, 11:12 (GMT +4)
Əlcəzair prezidenti Almaniyada xəstəxanaya yerləşdirilib

29 Oktyabr 2020, 10:58 (GMT +4)
Düşmənin atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikalarının görüntüləri

29 Oktyabr 2020, 10:44 (GMT +4)
BQXK: Bərdəyə raket atılması nəticəsində bir könüllümüz ölüb, ikisi yaralanıb

29 Oktyabr 2020, 10:35 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi Bərdə sakinlərinin şəhadətilə bağlı başsağlığı verib

29 Oktyabr 2020, 10:32 (GMT +4)
BMT Ermənistan SQ Bərdəyə raket hücumunu pisləyib

29 Oktyabr 2020, 10:26 (GMT +4)
Gəncə terrorları zamanı 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub

29 Oktyabr 2020, 10:11 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmənin yüksək rütbəli zabitləri məhv edilib

29 Oktyabr 2020, 10:02 (GMT +4)
Qubadlının işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin görüntüləri yayımlanıb

29 Oktyabr 2020, 09:55 (GMT +4)
İtaliyada koronavirusa yoluxma hallarında rekord artım qeydə alınıb

29 Oktyabr 2020, 09:47 (GMT +4)
Azərbaycan Prezidenti: “Erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər”

29 Oktyabr 2020, 09:46 (GMT +4)
Ayətullah Xamenei Makronun islamofob mövqelərilə bağlı fransalı gənclərə müraciət edib

29 Oktyabr 2020, 09:35 (GMT +4)
Diplomatik korpusların nümayəndələri Bərdə və Tərtərə gedir

29 Oktyabr 2020, 09:24 (GMT +4)
İran Qarabağ münaqişəsilə bağlı hazırladığı planın bəzi detallarını açıqlayıb

29 Oktyabr 2020, 09:23 (GMT +4)
Prezident: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə öz ərazisində yaratsın

29 Oktyabr 2020, 09:20 (GMT +4)
İlham Əliyev Türkiyə xalqını təbrik edib

29 Oktyabr 2020, 09:14 (GMT +4)
Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı qeyd olunur

29 Oktyabr 2020, 09:05 (GMT +4)
Düşmənin bu gecə məhv edilən döyüş texnikalarının siyahısı

29 Oktyabr 2020, 09:00 (GMT +4)
MN: Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib

29 Oktyabr 2020, 08:27 (GMT +4)
Müsəlman dünyası vəhdət və birlik həftəsini qeyd edir

28 Oktyabr 2020, 21:26 (GMT +4)
Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə telefonla danışıb

28 Oktyabr 2020, 20:54 (GMT +4)
İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib

28 Oktyabr 2020, 20:36 (GMT +4)
Azərbaycan Ordusu döyüş meydanından qaçan düşmən qüvvələrini məhv edib (VİDEO)

28 Oktyabr 2020, 19:45 (GMT +4)
Mehriban Əliyeva Bərdədə həlak olanların ailələrinə başsağlığı verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66