Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA hərbi vəziyyətlə bağlı sahibkarları daha diqqətli olmağa çağırıb

08 Oktyabr 2020, 17:36 (GMT +4)

Bakı, 8 oktyabr, SalamNews.Azərbaycan Ordusu təcavüzkar Ermənistanın törətdiyi təxribatlara cavab olaraq sentyabrın 27-dən başladığı genişmiqyaslı əks-hücum əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirib. Davam edən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində bir sıra şəhər və kəndlərimiz, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olunub. Hazırda şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə layiqli cavab verməkdə davam edir.

Həyata keçirilən əks-hücum əməliyyatları zamanı işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün öz canını sipər edən qəhrəman əsgər və zabitlərimiz arasında şəhid olan və yaralananlar var. Hər bir azərbaycanlının yumruq kimi birləşdiyi, bütün diqqət və qüvvələrin ön cəbhəyə səfərbər edildiyi bir şəraitdə göstərdiyi xidmət və fəaliyyət sahəsindən asılı olmayaraq hər kəs bir hədəfə vurmalı və öz nümunəvi fəaliyyəti, vətəndaş məsuliyyəti ilə cəbhədə döyüşən qəhrəman Azərbaycan əsgəri ilə həmrəyliyini nümayiş etdirməlidir.

Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması müharibə dövrünün şərtlərinə uyğun olaraq bizlərdən xüsusi yanaşma və məsuliyyət tələb edir. Hazırda cəbhə bölgəsində ağır döyüşlərin getdiyi bir vaxtda sağlamlığını itirən, yaralanan və tibbi yardıma ehtiyacı olan əsgərlərimizin olduğunu nəzərə alaraq, digər mühüm sahələrlə yanaşı, qida sahəsində göstərilən xidmət və fəaliyyətlər zamanı da xüsusi məsuliyyət və cavabdehlik hissi nümayiş etdirilməlidir. Koronavirusun daha geniş yayılmaması və xəstəliyin qarşısının alınması məqsədilə səfərbər olunmuş qüvvə və vasitələrin bölünməməsi üçün hər bir vətəndaş diqqətli olmalı, bu sahədə mövcud qanunvericiliyin tələblərinə əməl etməlidir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən SalamNews-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən əslində çox sadə və icrası asan olan aşağıdakı qaydalara əməl edilmədiyi müşahidə olunur:

işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi;
qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması;
masalar və oturacaqlar arasında müəyyən olunmuş məsafə ilə bağlı tələblərə əməl olunmaması;
ictimai iaşə müəssisələrinin girişində və masaların üzərində dezinfeksiyaedici vasitələrin yerləşdirilməməsi;
qida ilə birbaşa təmasın aradan qaldırılması üçün işçi heyətin fərdi qoruyucu vasitələrdən istifadə etməməsi;
Həmçinin aparılan monitorinqlər zamanı yuxarıda qeyd olunan nöqsanlarla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarları və metodiki göstərişlərində əksini tapan bir sıra digər qayda və tələblərə əməl olunmadığı aşkar görünür. Dövlət başçısının rəhbərliyi altında COVID-19 pandemiyasına qarşı aidiyyəti qurumların birgə apardığı mübarizə tədbirləri nəticəsində əldə olunmuş epidemioloji sabitliyin qorunub saxlanılması və bu müsbət tendensiyanın davam etdirilməsi, xəstəliyin yayılmasına imkan verməmək üçün hər birimiz bir nöqtəyə vurmalı, gözlə görünməyən düşmənlə birlikdə mübarizə aparmalıyıq.

Bununla əlaqədar, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək onları elan olunmuş hərbi vəziyyəti nəzərə almaqla, xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün öz peşəsini layiqincə yerinə yetirməyə çalışan insanlarla həmrəy olmağa dəvət edirik.

Unutmaq olmaz ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu tarixi günlərdə arxa cəbhədə hər bir vətəndaş ön cəbhədə böyük rəşadətlə xalqımızın haqq mübarizəsində qələbə naminə inamla irəliləyən Ordumuza əməli fəaliyyəti ilə dəstək nümayiş etdirməli və şanlı qələbəmizə öz töhfəsini verməlidir.

Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA 43 obyektdə pozuntu aşkarlanıb

AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirib (FOTO)

AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirilib

AQTA sahibkarlara çağırış edib

AQTA sədrinə beynəlxalq müşavirlər seçilib

AQTA 34 ictimai iaşə müəssisəsində pozuntular aşkarlayıb

AQTA əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüblər

AQTA: Mehmanxanalarda reydlər davam etdirilir

AQTA sahibkarlara xəbərdarlıq edib

AQTA sahibkarlara müraciət edib

AQTA yanında İctimai Şuranın üzvlüyünə seçkilər keçiriləcək

AQTA: Kafe-restoranlarda dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici yerləşdirilməlidir (FOTO)

AQTA kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar haqqında açıqlama yayıb (FOTO)

AQTA əməkdaşları daha 139 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib

AQTA ictimai iaşə müəssisələrinə çağırış edib

AQTA sədrinə yeni müavin təyin olunub

AQTA iaşə müəssisələrinə müraciət edib

AQTA fındıq istehsalçıları və ixracatçıları ilə onlayn görüş keçirib

AQTA yeni sistem yaradıb

AQTA 76 iaşə və ərzaq satışı müəssisəsində qayda pozuntusu aşkarlayıb

04 Dekabr 2020, 18:03 (GMT +4)
Kəlbəcərin Yanşaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

04 Dekabr 2020, 18:00 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 17:45 (GMT +4)
Bakıda məşhur mağazadan oğurluq edən şəxs tutulub

04 Dekabr 2020, 17:25 (GMT +4)
ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib

04 Dekabr 2020, 17:21 (GMT +4)
Azərbaycan növbəti dəfə Fransaya nota verib, səfir XİN-ə çağırılıb

04 Dekabr 2020, 17:10 (GMT +4)
Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub

04 Dekabr 2020, 16:58 (GMT +4)
Türkiyə Prezidenti: Dekabrın 8-də Azərbaycana səfər edəcəm

04 Dekabr 2020, 16:45 (GMT +4)
Türkiyə İranla sərhəddə 81 km-lik beton divarın tikintisini başa çatdırıb (FOTO)

04 Dekabr 2020, 16:36 (GMT +4)
Kürdəmirdə yük avtomobili velosipedçini vuraraq öldürüb

04 Dekabr 2020, 16:28 (GMT +4)
Ərdoğan: Fransa artıq vasitəçi kimi etibarlılığını itirib

04 Dekabr 2020, 16:18 (GMT +4)
Kürdəmir və Ağsuda şəhidlərin xatirəsi anılıb

04 Dekabr 2020, 16:07 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

04 Dekabr 2020, 15:51 (GMT +4)
BƏƏ F35 hərbi təyyarələrini ala bilməyəcəyi təqdirdə digər dövlətlərə üz tutacağını bəyan edib

04 Dekabr 2020, 15:43 (GMT +4)
Bakıda daha bir COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 15:21 (GMT +4)
İlham Əliyev: "ÜST Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb"

04 Dekabr 2020, 15:10 (GMT +4)
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

04 Dekabr 2020, 14:58 (GMT +4)
Azərbaycan məscidlərində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:50 (GMT +4)
AQTA 43 obyektdə pozuntu aşkarlanıb

04 Dekabr 2020, 14:37 (GMT +4)
Məşədi Dadaş məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:24 (GMT +4)
İranın Bakıdakı səfirliyi Azərbaycan xalqı və hökumətinə başsağlığı verib

04 Dekabr 2020, 14:18 (GMT +4)
DİN: 17 nəfər koronavirus xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 14:07 (GMT +4)
QMİ sədri: Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir

04 Dekabr 2020, 13:57 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb

04 Dekabr 2020, 13:45 (GMT +4)
Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək

04 Dekabr 2020, 13:24 (GMT +4)
Təzəpir məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 13:17 (GMT +4)
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, Vəhdət namazı qılınıb

04 Dekabr 2020, 13:14 (GMT +4)
Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

04 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Dekabr 2020, 12:57 (GMT +4)
Səfir: Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır

04 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyənin Bakıdakı diplomatları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66