Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Türkiyədən Azərbaycana gələn həkimlər TƏBİB-in tabeliyindəki müəssisələrdə xidmət göstərəcəklər

13 Oktyabr 2020, 16:42 (GMT +4)

Bakı, 13 oktyabr, SalamNews.Türkiyə Respublikasında fəaliyyət göstərən “Azərbaycanlı Həkimlər Dərnəyi”nin təşəbbüsü və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə çalışan və təhsil alan 50 nəfərə qədər Azərbaycanlı tibb mütəxəssisi ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi naminə gedən döyüşlərdə yaralanan əsgərlərimizin müalicə prosesində könüllü tibbi xidmət göstərmək məqsədilə ölkəmizə gəlib.

TƏBİB-dən SalamNews-a bildirilib ki, mütəxəssislər özləri ilə müxtəlif tibbi vasitələr gətirib və ləvazimatları TƏBİB-ə təhvil veriblər.

Oktyabrın 12-də TƏBİB İdarə Heyətinin sədri və məsul əməkdaşları həkimlərlə görüşüb, onları Vətəndə görməkdən məmnunluqlarını ifadə ediblər.

İdarə Heyətinin sədri Ramin Bayramlı çıxış edərək bildirib ki, bu gün Azərbaycan ordusunun qazandığı qələbələr ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilmədiyini, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğunu bir daha sübuta yetirib: "Bu tarixi qələbə yalnız ölkəmizin vətəndaşlarını deyil, dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizi səmimi qəlbdən sevindirir. Təsadüfi deyil ki, Türkiyədə yaşayan həkimlərimiz də öz bilik və bacarıqları ilə Vətən müharibəsində yaralanan əsgərlərimizin sağlamlıqlarına qovuşmaları üçün əzmlə çalışacaqlar.

Azərbaycanda tibbi personalın kifayət qədər olmasına baxmayaraq, Sizin bu gün Vətəndə olmaq istəyiniz bizi qürurlandırdı və bu nəcib təşəbbüsə görə hər birinizə dərin minnətdarlığımızı bildiririk”.

Sonda Türkiyədə çalışan azərbaycanlı həkimlər bu mübarizədə əsgərlərimizin sağlamlıqlarını qorumağın onların mənəvi borcu olduqlarını bildiriblər, yaradılan şəraitə görə Heydər Əliyev Fonduna təşəkkür ediblər.

Məlumat üçün bildiririk ki, tibbi mütəxəssislər TƏBİB-in tabeliyində olan müəssisələrdə xidmət göstərəcəklər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

TƏBİB: Hər kəs maska istifadə etsə, koronavirusa yoluxma faizi çox aşağı olar

TƏBİB sözçüsü Rəvanə Əliyeva yeni vəzifəyə təyin edilib

TƏBİB: Əhalinin 20 faizinə peyvənd vurulması yetərlidir

TƏBİB: Yaxın 1-2 ay ərzində ölkəyə mövsümi qriplərlə bağlı vaksinlər gətiriləcək

TƏBİB: Təhsil müəssisələri açılanda əks-epidemik tədbirlər görülsə, yoluxma artmayacaq

TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitənin növbəti iclası keçirilib

“Nar” və TƏBİB tərəfindən təşkil olunmuş “Günün Qəhrəmanları” müsabiqəsinin qalibləri açıqlanıb

TƏBİB: Yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir

TƏBİB: Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək

TƏBİB: Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir

TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

TƏBİB: Koronavirusa yoluxan jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağırdır

TƏBİB: Maskanı burundan aşağı saxlamağın heç bir xeyri yoxdur

“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır

Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB

"ASAN xidmət" TƏBİB-ə Covid-19-la bağlı tibbi ləvazimatlar hədiyyə edib

TƏBİB AzTV-nin koronavirusdan ölən əməkdaşı ilə bağlı açıqlama verib

TƏBİB: Gənclər infeksiyanı yaşlılara ötürə biləcəklərini başa düşməlidirlər

TƏBİB: Kliniki Tibbi Mərkəzlə bağlı araşdırma aparılır

23 Noyabr 2020, 19:18 (GMT +4)
Əlcəzair səfiri: “Dağılmış Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb”

23 Noyabr 2020, 18:01 (GMT +4)
KTN: Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

23 Noyabr 2020, 17:52 (GMT +4)
Bakı-Supsa kəməri ilə neftin nəqli 13% artıb

23 Noyabr 2020, 17:46 (GMT +4)
Gəncədə evdən 9 min manat dəyərində nərd və təsbeh oğurlanıb

23 Noyabr 2020, 17:44 (GMT +4)
BQXK münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirib

23 Noyabr 2020, 17:23 (GMT +4)
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən obyektlər aşkarlanıb

23 Noyabr 2020, 17:14 (GMT +4)
Bakıdan Moskva və Kiyevə çarter aviareysləri yerinə yetiriləcək

23 Noyabr 2020, 17:07 (GMT +4)
Baş Prokurorluq Seyran Ohanyanın cinayət işi ilə bağlı məlumat yayıb

23 Noyabr 2020, 17:04 (GMT +4)
Fikrət Məmmədov: Pandemiya dövründə 3 000-ə yaxın məhkum vaxtından əvvəl azad olunub

23 Noyabr 2020, 16:58 (GMT +4)
“Onlayn Peşəkar Mühasib” təlim kursuna qeydiyyat başlayıb

23 Noyabr 2020, 16:47 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

23 Noyabr 2020, 16:39 (GMT +4)
Qarabağ regional ədliyyə idarəsi təsis olunub

23 Noyabr 2020, 16:27 (GMT +4)
Goranboyda polislərə müqavimət göstərən şəxsə cinayət işi açılıb

23 Noyabr 2020, 16:14 (GMT +4)
Avropa Şurasının baş katibi: Qarabağda atəşkəs razılaşmasını alqışlayıram

23 Noyabr 2020, 16:11 (GMT +4)
Türkiyə hökuməti vətəndaşları koronavirusa qarşı pulsuz peyvənd etməyi planlaşdırır

23 Noyabr 2020, 15:58 (GMT +4)
Koronavirus xəstəsi ət satarkən yaxalanıb

23 Noyabr 2020, 15:42 (GMT +4)
İsmayıllı Gənclər və İdman İdarəsində yeni təyinatlar olub

23 Noyabr 2020, 15:38 (GMT +4)
DİN açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama yayıb

23 Noyabr 2020, 15:23 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 45 mini ötüb

23 Noyabr 2020, 15:23 (GMT +4)
“Caspian Energy Club” Qarabağ nümayəndəliyinin yaradılmasına başlayıb

23 Noyabr 2020, 14:56 (GMT +4)
ƏƏSMN-nin bir neçə işçisi hazırda cəbhə bölgəsində xidmət edir

23 Noyabr 2020, 14:41 (GMT +4)
Astarada 54 yaşlı kişi çayda batıb

23 Noyabr 2020, 14:29 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 1,3% artıb

23 Noyabr 2020, 14:27 (GMT +4)
Əfqanıstana dəstək üçün yüz ölkə və beynəlxalq təşkilatın iştirakı ilə konfrans keçirilir

23 Noyabr 2020, 14:10 (GMT +4)
"Brent" neftinin qiyməti sentyabrın əvvəlindən ilk dəfə 46 dolları ötüb

23 Noyabr 2020, 14:10 (GMT +4)
Sabah hava yağmursuz keçəcək

23 Noyabr 2020, 13:59 (GMT +4)
Xaçmazda avtomobil yanıb

23 Noyabr 2020, 13:48 (GMT +4)
Mingəçevirdə evdən çıxan COVID-19 xəstəsinə cinayət işi başlanılıb

23 Noyabr 2020, 13:30 (GMT +4)
Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

23 Noyabr 2020, 13:21 (GMT +4)
Səudiyyə gələcəkdə ABŞ-la İran arasında əldə edilə biləcək anlaşmaya qatılmağı tələb edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66