Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azəriqaz”: İstixanaların ödənişləri 90%-ə yaxınlaşır

14 Oktyabr 2020, 14:27 (GMT +4)

Bakı, 14 oktyabr, SalamNews.2020-ci il üzrə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlar növbəti isitmə mövsümü yaxınlaşdıqca borclarının ödənilməsini həyata keçirirlər.

Bu barədə SalamNews-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda deyilir ki, ölkədə sahibkarlığın inkişafına “Azəriqaz” da daim dəstək göstərir və pandemiya dövründə yaranmış borcların ödənilməsi üçün bütün mümkün şərait təmin olunur. Belə ki, debitor borcun ödənilməsi haqqında “Razılaşma protokolu” tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə imkan yaradılır. Bu kimi qarşılıqlı anlaşma üçün müraciət edən sahibkarların sayı da getdikcə artmaqdadır.

Təkcə onu qeyd edək ki, borcların ödənilməsi üzrə ən çox problemli hallarla rastlaşılan Şəmkir Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan rayonlarda fəaliyyət göstərən istixana sahibləri oktyabr ayının birinə olan məlumata görə ümumilikdə 9 milyon manata yaxın borcdan təqribən 800 min manata yaxın olan məbləğin ödənilməsini təmin ediblər. Bu da qısa vaxt üçün, yəni “Azəriqaz” İstehsalat Birliyinin təqribən bir ay bundan öncə onlara etdiyi müraciətdən sonra normal göstəricidir. Hətta onların arasında 248 000, 213 000 min manatlıq borcunu tam ödəyənlər də var. Digərləri isə borclarının bir qismini (98 000, 58 000, 95 000 manat və s. həcmdə) ödəməklə yerdə qalan məbləğin digər hissəsinin “Razılaşma protokolu” tərtib olunmaqla 2020-ci il dekabr ayının birinədək hissə-hissə ödənilməsinə dair öhdəlik götürüblər. Həm borcunu tam, həm də hissə-hissə ödəyən istixana sahiblərinin təsərrüfatlarına qaz açılışı tam təmin edilməkdədir.

Əlavə edək ki, hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 94,6% təşkil edir. Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 73,9% təşkil edir. Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 254 istixana sahibkarlıq subyektinin ödənişləri 92,7% təşkil edir. Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 89%-ə bərabərdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azəriqaz”ın rəhbərliyi vətəndaş qəbulu keçirib

“Azəriqaz” qaz təsərrüfatına dəyən ziyanı aradan qaldırır

"Azəriqaz"ın Bakıdakı əhali abunəçilərinin sayı 900 minə yaxınlaşıb

“Azəriqaz” iki kənddə 210 fərdi yaşayış evinə qaz verib

Azəriqaz: Bu həftə Azərbaycanda 700-dən çox evə qaz verilib

“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

"Azəriqaz": Gəncənin qaz təminatı bərpa edilib

“Azəriqaz” üzrə 2 milyon 300 mininci abunəçi qeydə alınıb

“Azəriqaz”: Cəbhə zonasında bir çox kəndlərin qazla təminatı bərpa edilib

“Azəriqaz”ın üç departament rəhbərinin iş yeri dəyişdirilib

“Azəriqaz”: Düşmənin Gəncəyə atdığı raket nəticəsində 200 abonentdən 30-nun yaşayış ünvanı artıq yoxdur

“Azəriqaz” Salyan və Xaçmazda sosial aksiyalara start verib

“Azəriqaz” bu il 329 km qaz kəmərini əsaslı təmir edib

Azəriqaz: Bu gün və sabah Daşkəsənin qaz təchizatında fasilə olacaq

“Azəriqaz” daha bir pilot layihə həyata keçirir

Azəriqaz: Sayğacların əvəzlənməsi dövlət yoxlama qaydalarının tələbidir

"Azəriqaz": Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu ötüb

“Azəriqaz” böyük layihənin icrasına başlayıb

“Azəriqaz” bayram günlərində xidmət göstərəcək

Apreldə "Azəriqaz"ın abonentlərinin sayı 6 mindən çox artıb

01 Dekabr 2020, 12:30 (GMT +4)
Dövlət başçısı: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

01 Dekabr 2020, 12:24 (GMT +4)
ÜST dünyada COVID-19-a yoluxma hallarının sayında azalma qeydə alıb

01 Dekabr 2020, 12:15 (GMT +4)
Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik edib

01 Dekabr 2020, 12:00 (GMT +4)
Prezident İlham Əliyevin xalqa müraciətinin tam mətni

01 Dekabr 2020, 11:52 (GMT +4)
Gürcüstanda son sutkada 3.759 yeni koronavirusa yoluxma aşkar edilib

01 Dekabr 2020, 11:45 (GMT +4)
Təhsil Nazirliyi: 13 mindən çox tələbənin təhsil haqqı ödənilib

01 Dekabr 2020, 11:30 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

01 Dekabr 2020, 11:17 (GMT +4)
İran BMT TŞ-nın və BAEA-nin nüvə aliminin terroruna mövqe bildirməsini tələb edib

01 Dekabr 2020, 11:15 (GMT +4)
Xırdalan dairəsi yaxınlığında dəmir yolu körpüsünün tikintisi başa çatıb (FOTO)

01 Dekabr 2020, 11:10 (GMT +4)
Viskonsin qubernatoru Beydenin ştatdakı qələbəsini təsdiqləyib

01 Dekabr 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

01 Dekabr 2020, 10:45 (GMT +4)
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

01 Dekabr 2020, 10:40 (GMT +4)
Yəmən müharibəsi nəticəsində 233 min insan ölüb - BMT

01 Dekabr 2020, 10:30 (GMT +4)
Təhsil Nazirliyi Laçın rayonunun təhsil statistikasını açıqlayıb

01 Dekabr 2020, 10:23 (GMT +4)
BMT Baş katibi Baydenlə ilk telefon danışığı keçirib

01 Dekabr 2020, 10:10 (GMT +4)
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb (VİDEO)

01 Dekabr 2020, 10:00 (GMT +4)
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub

01 Dekabr 2020, 09:58 (GMT +4)
Türkiyədə bu aydan ölkə əhalisinə pulsuz COVID-19 peyvəndi veriləcək 

01 Dekabr 2020, 09:58 (GMT +4)
Səudiyyə İsrail təyyarələrinin hava məkanından keçməsinə icazə verib - Reuters

01 Dekabr 2020, 09:45 (GMT +4)
Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib

01 Dekabr 2020, 09:30 (GMT +4)
Bakıda yük avtomobilləri toqquşub, ölən var

01 Dekabr 2020, 09:25 (GMT +4)
İsraillə əlaqələrini rəsmiləşdirən Bəhreyn iranlı nüvə aliminə qarşı terroru pisləyib

01 Dekabr 2020, 09:23 (GMT +4)
Xorvatiyanın baş naziri koronavirusa yoluxub

01 Dekabr 2020, 09:15 (GMT +4)
Azərbaycanda distant təhsil müddəti uzadılıb

01 Dekabr 2020, 09:00 (GMT +4)
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)

30 Noyabr 2020, 18:06 (GMT +4)
AMB depozit hərracında 200 mln. manat cəlb edib

30 Noyabr 2020, 17:57 (GMT +4)
Argentina şirkətləri İİTKM ilə əməkdaşlıq edəcək

30 Noyabr 2020, 17:40 (GMT +4)
TƏBİB qəzada ölən tələbələrlə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:35 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2020, 17:19 (GMT +4)
İsrail Livanın hava məkanını pozaraq Beyrut səmasında uçuşlar həyata keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66