Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Səfirlik: İranın Ermənistana hərbi yardım göstərməsi barədə xəbərlər qətiyyən doğru deyil

14 Oktyabr 2020, 17:23 (GMT +4)

Bakı, 14 oktyabr, SalamNews. İranın Azərbaycandakı Səfirliyi ölkə ərazisindən Ermənistana hərbi dəstəyin verilməsi və silahların keçirilməsi kimi iddialara yenidən münasibət bildirib.

SalamNews səfirliyinin mətbuat şöbəsinə istinadən xəbər verir ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi “Ermənistana yardım”la bağlı iddialar haqda yenidən bəyanat yayıb.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikasının anlayışlı xalqı və KİV-lərinin diqqətinə çatdırılır ki, son günlər ərzində İran İslam Respublikasının yüksək rütbəli şəxslərinin açıq – aydın mövqe sərgiləməsinin və İran İslam İnqilabi Keşişkçiləri Korpusunun (SEPAH) generalı Rəhim Noyi Əqdəmin "Azərbaycan Respublikası müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən vuruşmağa hər zaman hazırdır" açıqlamasının ardından iki ölkənin səmimi əlaqələrinə xələl gətirmək məqsədi güdən iki dost və qardaş ölkənin düşmənləri və bədxahları yalan məlumatlar yayaraq, bir qrup bacı- qardaşlarımızın narahatçılığına səbəb olmuşdur. İranın Bakıdakı səfirliyi bildirir ki, İranın Azərbaycan mövqelərini top atəşinə tutması, İranın Kaşan şəhərindən bir təyyarənin Qarabağa uçması və İranın Ermənistana hərbi yardım göstərməsi barədə xəbərlər qətiyyən doğru deyil və tamamilə əsassızdır.

Azərbaycan və İran xalqlarının bədxahları məşum media mexanizmlərindən istifadə etməklə ictimai rəyi aldatmağa və həqiqətləri gizlətməyə çalışırlar. Son günlər yüksək vəzifəli İran rəsmilərinin, xüsusən İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin və İran İslam İnqilabi Keşişkçiləri Korpusunun generallarının Azərbaycan Respublikasına dəstəkləyici açıqlamaları bu saxtakarların yalanlarını ifşa etdi və xainləri qorxu və təşvişə saldı. Çünki bu açıqlamalar iki ölkə xalqlarının düşmənlərinin maskasını cırdı və onların çirkin simalarını şərəfli Azərbaycan xalqı üçün aşkar etdi. Azərbaycanın düşməninə qarşı hərbi əməliyyatlar aparılarkən, İrana qarşı da psixoloji təxribatçı əməliyyatlar aparılır. İranın bu həcmdə təbliğat hücumları və yalan və əsasən gülünc iddialarla üzləşməsi sual doğurur. İran və Azərbaycana qarşı olan bu psixoloji əməliyyatın mətbəxi haradır və kimlər tərəfindən idarə olunur? Şübhəsiz bu cür xəbərlərin əsas məqsədi iki ölkə arasında inkişafda olan münasibətlərin korlanması və düşmənlərin pis niyyətlərinə uyğun olaraq cəmiyyətdə panika yaratmaqdır. Onların məqsədləri, Azərbaycan Prezidentinin siyasi məsələlər üzrə köməkçisinin vurğuladığı kimi, hər iki ölkəyə xəyanətdir.

Biz İran və Azərbaycanın dost və qardaş olduqlarını bir daha vurğulayırıq və bu dostluq və qardaşlıq sonsuza qədər davam edəcək və heç kim onu poza bilməz. İranın Azərbaycan Respublikasının öz ərazilərinin işğaldan azad edilməsində və terrorizmlə mübarizədə dəstəyi davam edəcəkdir. Səfirlik bu yalan və əsassız xəbərlərin yayımlanmasını qətiyyətlə rədd edir və bu əsassız şayiələrin səbəbkarlarını qınayır.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat şöbəsi”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İndiyədək Azərbaycanda 238 xəstəyə immun plazma köçürülüb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

İranın terrora məruz qalan nüvə aliminin dəfn mərasimi keçirilib

Ermənistan prezidenti hökuməti istefaya çağırıb

BƏƏ və İordaniya iranlı nüvə aliminə qarşı terroru pisləyiblər

İran nüvə aliminin terorruna cavab olaraq uranın zənginləşdirilməsinin artırlması qərarını verib

Azərbaycan İran nüvə aliminə qarşı terroru pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi və Parlamenti iranlı nüvə aliminə qarşı terroru pisləyiblər

Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri xarici işlər naziri ilə görüşüb

Avropa Birliyi İranda nüvə aliminə qarşı terror aktını pisləyib

Prezidentin köməkçisi: Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib

Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

Ermənistan prezidenti Moskvaya səfər edib

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Bir sıra dünya siyasətçiləri iranlı nüvə aliminin terrora məruz qalmasına münasibət bildiriblər

Bu il Azərbaycanda 678616 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib

Ruhani nüvə aliminin terrora məruz qalmasına münasibət bildirib: İranda elmin inkişafının qarşısını ala bilməyəcəklər

İran BMT Təhlükəsizlik Şurasına müraciət edib

Azərbaycan neftinin qiyməti cüzi artıb

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VİDEO)

30 Noyabr 2020, 14:08 (GMT +4)
Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 65 milyon manat kredit verib

30 Noyabr 2020, 14:05 (GMT +4)
İndiyədək Azərbaycanda 238 xəstəyə immun plazma köçürülüb

30 Noyabr 2020, 13:40 (GMT +4)
Tələbə universitetə bərpa olunması üçün rektora müraciət edib

30 Noyabr 2020, 13:39 (GMT +4)
İsrail baş naziri Misirə səfər edir

30 Noyabr 2020, 13:24 (GMT +4)
Ağcabədidə evi tərk edən 11 COVID-19 xəstəsi müəyyən edilib

30 Noyabr 2020, 13:11 (GMT +4)
Bu il AKİA xətti ilə verilən aqrar kredit və güzəştlərdən 5623 fermer və sahibkar yararlanıb

30 Noyabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

30 Noyabr 2020, 12:50 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 3 milyona yaxınlaşıb

30 Noyabr 2020, 12:45 (GMT +4)
BANM-in 9 yaşı tamam olur

30 Noyabr 2020, 12:30 (GMT +4)
Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib

30 Noyabr 2020, 12:16 (GMT +4)
Tramp Baydenin tezliklə sağalmağını diləyib

30 Noyabr 2020, 12:15 (GMT +4)
Bakıda kokain və ekstazi satıcısı saxlanılıb

30 Noyabr 2020, 12:00 (GMT +4)
“Milli-mənəvi dəyərlərimizin mediada təbliği" mövzusunda tədbir keçirilib

30 Noyabr 2020, 11:46 (GMT +4)
İranın terrora məruz qalan nüvə aliminin dəfn mərasimi keçirilib

30 Noyabr 2020, 11:45 (GMT +4)
AMEA Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

30 Noyabr 2020, 11:43 (GMT +4)
Bayden Jen Psakini Ağ Evin mətbuat katibi təyin etmək niyyətindədir

30 Noyabr 2020, 11:30 (GMT +4)
Şənbə-bazar günləri yaşayış yerini tərk edən 29 nəfər koronavirus xəstəsi barəsində cinayət işi başlanıb

30 Noyabr 2020, 11:15 (GMT +4)
Xınalığa 16 sm hündürlükdə qar yağıb

30 Noyabr 2020, 11:09 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 63 milyonu keçib

30 Noyabr 2020, 11:00 (GMT +4)
Qubada yaşayış evini tərk edən COVID-19 xəstəsi aşkar edilib

30 Noyabr 2020, 10:45 (GMT +4)
Bakı Mühəndislik Universiteti İngilis dilində yeni teledərslər yayımlayıb 

30 Noyabr 2020, 10:30 (GMT +4)
Astara və Masallıda COVID-19 xəstələri saxlanılıb

30 Noyabr 2020, 10:15 (GMT +4)
Rusiya sülhməramlıları Qarabağda səhra xəstəxanası qurub

30 Noyabr 2020, 10:15 (GMT +4)
Neft yenidən ucuzlaşıb

30 Noyabr 2020, 10:00 (GMT +4)
Oğuzda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

30 Noyabr 2020, 09:57 (GMT +4)
Ermənistan prezidenti hökuməti istefaya çağırıb

30 Noyabr 2020, 09:49 (GMT +4)
BƏƏ və İordaniya iranlı nüvə aliminə qarşı terroru pisləyiblər

30 Noyabr 2020, 09:45 (GMT +4)
“AzerGold” “Ağyoxuş” qızıl yatağını istismara verib (FOTO)

30 Noyabr 2020, 09:36 (GMT +4)
İran nüvə aliminin terorruna cavab olaraq uranın zənginləşdirilməsinin artırlması qərarını verib

30 Noyabr 2020, 09:30 (GMT +4)
Tibb Universitetinin üç tələbəsi Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66