Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Dövlət Miqrasiya Xidməti ölkədəki əcnəbilərə müraciət edib

15 Oktyabr 2020, 10:37 (GMT +4)

Bakı, 15 oktyabr, SalamNews.Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaşayan, işləyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

SalamNews həmin müraciəti təqdim edir:

"Əziz dostlar!

Bildiyiniz kimi, dünya dövlətlərinin pandemiya ilə mübarizə apardığı bir zamanda Azərbaycan Respublikası Ermənistanın ənənəvi işğalçılıq və təhrik siyasəti nəticəsində öz tarixinin mürəkkəb və bir o qədər də həlledici dövrünə qədəm qoymuşdur. Azərbaycan torpaqlarının 30 ilə yaxındır davam edən işğalı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe, eləcə də qarşı tərəfin regionda humanitar vəziyyətin gərginləşməsinə yönəlmiş təxribat xarakterli hücumları sülhün və ədalətin bərpası üçün Azərbaycanı adekvat cavab tədbirləri görməyə vadar etmişdir. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası, mülki şəxslərin təhlükəsizliyinin, eləcə də məcburi köçkünlərimizin öz yurdlarına geri qayıtmaq hüquqlarının təmin olunmasıdır.

Hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan Azərbaycan beynəlxalq ictimaiyyətin çağırışlarına cavab olaraq humanitar atəşkəsə razılıq vermişdir. Humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan həmişə olduğu kimi götürdüyü öhdəlikləri pozaraq atəşkəs dövründə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə də daxil olmaqla, bir çox yaşayış məntəqələrində mülki əhaliyə yönəlmiş ağır artilleriya hücumlarını davam etdirmişdir. Nəticədə, ümumilikdə 43 dinc sakin həlak olmuş, 200-dən çox şəxs yaralanmışdır. Bu fakt bir daha sübut edir ki, döyüş meydanında mövqelərini itirən Ermənistan ordusu çıxış yolunu yalnız mülki əhaliyə qarşı yönəlmiş cinayət törətməkdə görür. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan mübarizəsini beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və öz əzəli torpaqlarında aparır.

Əziz dostlar!

Sizin və mənşə ölkələrinizdə yaşayan ailə üzvləriniz, qohumlarınız, əzizlərinizin haqlı narahatlığını anlayışla qəbul edirik. Əmin ola bilərsiniz ki, Azərbaycanda təhlükəsizliyinizin təmin olunması və bundan sonra da ölkəmizdə sabitlik, sülh, əmin-amanlıq şəraitində yaşamanız üçün bütün tədbirlər davam etdiriləcəkdir.

Ölkəmizdə hərbi vəziyyət elan olduğu vaxtdan dəstək və həmrəylik məqsədilə Dövlət Miqrasiya Xidmətinə etdiyiniz müraciətləri yüksək qiymətləndirir, bu çətin və sınaq dolu günlərdə bizimlə olduğunuza, ölkəmizin haqq mübarizəsində yanımızda olduğunuzdan qürur duyuruq.

İnanırıq ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əzəli torpaqlarında erməni işğalına son qoyulacaq, regionda sülh və ədalət bərqərar ediləcəkdir.

Qarabağ Azərbaycandır!"


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

DMX əcnəbilərə müraciət edib

DMX əcnəbilərə müraciət edib

DMX rəisi vətəndaşların videoqəbulunu keçirib

DMX əcnəbilərə müraciət edib

DMX-nin sabiq rəisi Firudin Nəbiyev dünyasını dəyişib

DMX əcnəbilərə müraciət edib

DMX: Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin icazə müddəti 60 gün uzadılır

DMX-nin Çağrı mərkəzinə ötən ay 34.574 zəng daxil olub

DMX yanında Məşvərət Şurasının videokonfrans formatında iclası keçirilib

XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

DMX rəisi: Deportasiya prosesi dayandırılıb

DMX-nın Çağrı Mərkəzinə apreldə 52 min 848 zəng daxil olub

DMX bu ilin I rübü üzrə statistik məlumatları açıqlayıb

DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayırıb

DMX 2014-cü ildən bu günə qədər olan readmissiya sayını açıqlayıb

DMX-da 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı müzakirə edilib

25 Noyabr 2020, 11:28 (GMT +4)
Pentaqon: Hazırki mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşmalara əməl olunur

25 Noyabr 2020, 11:15 (GMT +4)
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yeni tərkibi təsdiqlənib

25 Noyabr 2020, 11:00 (GMT +4)
Türkiyə səfirliyi Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

25 Noyabr 2020, 10:54 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 60 milyonu keçib

25 Noyabr 2020, 10:51 (GMT +4)
İsrail baş naziri gələn həftə BƏƏ və Bəhreynə rəsmi səfərə yollanır

25 Noyabr 2020, 10:45 (GMT +4)
Kəlbəcərin kosmosdan görüntüsü yayılıb (FOTO)

25 Noyabr 2020, 10:30 (GMT +4)
Azərbaycan neftinin qiyməti 48 dolları ötüb

25 Noyabr 2020, 10:25 (GMT +4)
NBC: Bayden ABŞ tarixində ilk dəfə prezident seçkilərində 80 milyondan çox səs qazanan namizəddir

25 Noyabr 2020, 10:18 (GMT +4)
Əfqanıstanın Bamyan əyalətində törədilən partlayışlarda ölənlərin sayı 17-ə çatıb (VİDEO)

25 Noyabr 2020, 10:15 (GMT +4)
Təhsil Nazirliyi Kəlbəcər rayonunun təhsil statistikasını açıqlayıb

25 Noyabr 2020, 10:00 (GMT +4)
Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasının yeni görüntüləri yayılıb (VİDEO)

25 Noyabr 2020, 09:54 (GMT +4)
Gürcüstanda COVID-19 peyvəndi ölkə əhalisi üçün pulsuz olacaq

25 Noyabr 2020, 09:45 (GMT +4)
MN: Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub (FOTO)

25 Noyabr 2020, 09:30 (GMT +4)
"Brent" neftinin qiyməti 48 dolları ötüb

25 Noyabr 2020, 09:22 (GMT +4)
İsrail Dəməşqin cənubuna hava zərbələri endirib (VİDEO)

25 Noyabr 2020, 09:17 (GMT +4)
ABŞ üç Rusiya təşkilatına qarşı sanksiya tətbiq edib

25 Noyabr 2020, 09:15 (GMT +4)
Prezident İlham Əliyev Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib

25 Noyabr 2020, 09:00 (GMT +4)
İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər yayımlayıb (VİDEO)

25 Noyabr 2020, 01:06 (GMT +4)
Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub

24 Noyabr 2020, 17:59 (GMT +4)
Koronavirus xəstəsi postda saxlanılıb

24 Noyabr 2020, 17:56 (GMT +4)
Göygöldə mağazadan 3 min manatlıq oğurluq edilib

24 Noyabr 2020, 17:53 (GMT +4)
Ayətullah Ərafi Azərbaycanı qələbə münasibəti ilə təbrik edib

24 Noyabr 2020, 17:50 (GMT +4)
Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul edib

24 Noyabr 2020, 17:40 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

24 Noyabr 2020, 17:40 (GMT +4)
BDU-nun dosenti vəfat edib

24 Noyabr 2020, 17:37 (GMT +4)
Xəzərdə zəlzələ olub

24 Noyabr 2020, 17:32 (GMT +4)
BŞTİ: Eksternat imtahanlarının vaxtı bəlli olub

24 Noyabr 2020, 17:23 (GMT +4)
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

24 Noyabr 2020, 17:15 (GMT +4)
Gəncə sakininə bıçaqla xəsarət yetirilib

24 Noyabr 2020, 17:11 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66