Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN: Atəşkəs dövründə 35-dən çox azərbaycanlı uşaq Ermənistan ordusu tərəfindən qətlə yetirilib

16 Oktyabr 2020, 11:29 (GMT +4)

Bakı, 16 oktyabr, SalamNews.“Təxminən otuz ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətli təsirlərindən əziyyət çəkir. Bu müddət ərzində Ermənistan mənəvi öhdəliklərinə və qanunla nəzərdə tutulmuş məsuliyyətinə məhəl qoymayaraq azərbaycanlı uşaqları beynəlxalq sənədlərdə təsbit olunmuş əsas hüquqlardan, habelə Uşaq Hüquqları Konvensiyasında təsbit edildiyi kimi BMT Nizamnaməsində elan edilmiş ideallar, xüsusilə də barış, ləyaqət, bərabərlik və həmrəylik ruhunda tərbiyə edilmək hüququndan məhrum edib”.

SalamNews-un xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Ermənistan tərəfindən Azərbaycan Respublikasında uşaqlara qarşı törədilən kobud hüquq pozuntularına dair məlumatında bildirilib.

Qeyd olunub ki, Ermənistan Mülki şəxslərin müdafiəsi haqqında IV Cenevrə Konvensiyası və I Əlavə Protokolla uşaqlar üçün təmin edilməli olan müdafiəni, xüsusilə yaşamaq hüququ, fiziki cəza, işgəncə və kollektiv cəzanın qadağan edilməsi, eləcə də bu sənədlərdə müəyyən edilmiş müharibənin aparılması qaydaları, o cümlədən mülki şəxslər və döyüşçülər arasında fərq qoymağın zəruriliyi və mülki şəxslərə qarşı hücumların qadağan edilməsi kimi qaydaları daim pozub.

“Bundan əlavə, Ermənistan, I Əlavə Protokolda yer alan “uşaqlar xüsusi hörmət obyekti olmalı və hər cür nalayiq hücumlardan qorunmalıdırlar” kimi müəyyənləşdirilmiş xüsusi qoruma prinsipindən irəli gələn öhdəliyinə açıq şəkildə məhəl qoymayıb.

Ermənistan əhalini qorxutmaq və qaçmağa məcbur etmək üçün soyqırımı aktından istifadə edib. Yalnız 1992-ci ildə Xocalı qətliamında, 63-ü uşaq olmaqla 613 mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüş və bir çoxu şikəst edilib. IV Cenevrə Konvensiyasının 49-cu maddəsinə zidd olaraq üçdə biri uşaq olan 1 milyon azərbaycanlı zorla evlərindən qovulub. Təxminən 15 il məcburi köçkün uşaqların böyük bir hissəsi Azərbaycan Respublikası hökumətinin böyük səyləri və ayırdığı büdcə vəsaitləri sayəsində sonradan ləğv edilmiş çadır şəhərciklərində və dəmir yolu vaqonlarından ibarət kəndlərdə yaşamaq məcburiyyətində qalıb. Azərbaycandakı məcburi köçkün uşaqlar, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri də daxil olmaqla, müvafiq sənədlərin müddəalarına baxmayaraq, təhlükəsiz şəkildə və ləyaqətlə öz torpaqlarına könüllü qayıtmaq hüququndan yararlana bilmirlər.

IV Cenevrə Konvensiyasının uşaqlara qayğı və təhsillə bağlı bütün qurumların fəaliyyətinin işğalçı dövlət tərəfindən təmin edilməsini nəzərdə tutan 50-ci maddəsinin əksinə olaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı davamlı silahlı təcavüzü ölkəmizdə uşaqlar üçün infrastruktura ciddi ziyan vurub. Özünü Təhlükəsiz Məktəb Bəyannaməsinin “dəstəkçilərindən” biri kimi təqdim edən Ermənistan, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki 1107 təhsil obyektinin və 855 uşaq bağçasının tamamilə məhv edilməsinə cavabdehdir. Etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlı məktəblilər və tələbələr doğma yurdlarından didərgin salınıblar. On minlərlə azərbaycanlı uşaq təhsil hüquqlarını davamlı köçkünlükdən qaynaqlanan ciddi problemlərlə üzləşərək həyata keçirirlər. Cəbhə xəttinə yaxın ərazilərdə yaşayan çoxlu sayda uşaq daima Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri hədəfə alan atəş təhlükəsi altında dərslərinə qatılırlar.

IV Cenevrə Konvensiyasının girov götürülməsini açıq şəkildə qadağan edən 34-cü maddəsinə və Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə zidd olaraq, 224 uşaq Ermənistan tərəfindən girov götürülmüş və sonradan sərbəst buraxılmış, 29 uşaq hələ də erməni girovluğunda sayılır. 71 uşaq itkin düşüb.

Atəşkəs rejimi dövründə də Ermənistan uşaqları hədəf olaraq istifadə etmək kimi çirkin fəaliyyətlərdən çəkinməyib. Bu müddət ərzində 35-dən çox azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib.

27 sentyabr 2020-ci il tarixdə Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı yeni təcavüzə əl atıb. Nəticədə 3-ü uşaq olmaqla, 47 azərbaycanlı mülki şəxs öldürülüb, 15-dən çoxu uşaq yaralanıb, 38 məktəb də daxil olmaqla mülki obyektlər dağıdılıb. Sentyabrın 27-də Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndində bir ailənin beş üzvü, o cümlədən iki məktəbli, 13 yaşlı Şəhriyar Qurbanov və 14 yaşlı Fidan Qurbanova Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Ermənistanın hücumları cəbhə zonasının və Ermənistanla sərhədin yaxınlığındakı yüzlərlə məktəbdə təhsil prosesinə ciddi ziyan vurub və azərbaycanlı uşaqların təhsil almaq hüququ bir daha pozulub.

Oktyabrın 11-də gecə saatlarında cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərindəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla, 34 nəfər yaralanıb. 3 uşaq hər iki valideynini itirib.

Azərbaycan tərəfinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Ermənistanın mülki şəxsləri, o cümlədən uşaqları və mülki infrastrukturu hədəfə alması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və bu dövlətin irqçi və ksenofob siyasətinin bariz nümayişidir. Uşaqları öldürmək və yaralamaq, eləcə də məktəb və xəstəxanaları atəşə tutmaqla Ermənistan BMT Təhlükəsizlik Şurasının 1261 saylı (1999) qətnaməsinə əsasən münaqişələr zamanı uşaqlara qarşı ağır cinayətləri törətməkdə davam edir.

Uşaqlar gələcəyi təmsil edir. Bu gün beynəlxalq birlik bütöv bir nəslin on illərdir davam edən əzablarına məhəl qoymayaraq, haqq və qanunun aliliyini təmin etməməklə münaqişələrin davam etməsinə toxum səpir və gələcək nəsli qorumaq və onları təhlükəsiz mühitlə təmin etmək üçün ümumbəşəri mənəvi borcunu yerinə yetirməməklə dünyanın gələcəyini təhlükə altına alır. Bu baxımdan, beynəlxalq ictimaiyyəti, xüsusilə müvafiq beynəlxalq təşkilatları Ermənistanın Azərbaycan Respublikasında uşaqları və təhsil müəssisələrini qəsdən hədəfə almasına qarşı açıq şəkildə reaksiya verməyə və otuz ildir davam edən cəzasızlıq mühitini dayandırmaq üçün təsirli tədbirlər görməyə çağırırıq. Biz, həmçinin Ermənistanın Azərbaycan Respublikasında uşaqlara qarşı ciddi qanun pozuntuları törətməsinə töhfə verən hərəkətlərdən, yəni bu ölkəyə siyasi, maliyyə və xüsusilə də hərbi dəstək verilməsindən çəkinməyə çağırırıq”, - deyə məlumatda bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək

Rusiyada COVID-19 xəstələrinin sayı 3 milyona yaxınlaşıb

Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib

Xınalığa 16 sm hündürlükdə qar yağıb

XİN başçısı: “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”

Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb

Türkiyə XİN Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibət bildirib

Azərbaycan XİN: Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

XİN başçısı: Evlərimizə qayıdacaq, dağılan yurdumuzun hər qarışını dirçəldəcəyik

NBC: Bayden ABŞ tarixində ilk dəfə prezident seçkilərində 80 milyondan çox səs qazanan namizəddir

Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

AB, İtaliya və Almaniya səfirləri Türkiyə XİN-ə çağırılıb

Fikrət Məmmədov: Pandemiya dövründə 3 000-ə yaxın məhkum vaxtından əvvəl azad olunub

Ermənistanda COVID-19-dan ölənlərin sayı 2 minə yaxınlaşıb

Azərbaycan və Fransa XİN başçıları Qarabağ abidələrinin öyrənilməsini müzakirə ediblər

Rusiya XİN-in nümayəndə heyəti Azərbaycana səfər edəcək

XİN rəsmisi: Ağdamın geri dönüşü mübarək

Azərbaycan xəz məmulatlarının idxal xərclərini 5 dəfəyə yaxın azaldıb

30 Noyabr 2020, 17:40 (GMT +4)
TƏBİB qəzada ölən tələbələrlə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:35 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2020, 17:32 (GMT +4)
"Nar"ın 4G istifadəçilərinin sayı 35% artıb

30 Noyabr 2020, 17:19 (GMT +4)
İsrail Livanın hava məkanını pozaraq Beyrut səmasında uçuşlar həyata keçirib

30 Noyabr 2020, 17:15 (GMT +4)
DİN Biləsuvarda avtomobilin kanala aşması faktı ilə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:02 (GMT +4)
Anadolu Agentliyi Füzuli rayonunun ermənilər tərəfindən məhv edilmiş tarixi abidələrindən reportaj hazırlayıb

30 Noyabr 2020, 16:42 (GMT +4)
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub

30 Noyabr 2020, 16:24 (GMT +4)
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb

30 Noyabr 2020, 16:10 (GMT +4)
Zaqatalada qanvermə aksiyası keçirilib (VİDEO)

30 Noyabr 2020, 15:47 (GMT +4)
Erməni təxribatı nəticəsində 93 mülki vətəndaş həlak olub, 410-u xəsarət alıb

30 Noyabr 2020, 15:38 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 48 mini keçib

30 Noyabr 2020, 15:37 (GMT +4)
ANAMA: 27 sentyabrdan indiyədək 727 ədəd PHS, 4 330 ədəd piyada əleyhinə, 1 110 ədəd tank əleyhinə mina aşkarlanıb

30 Noyabr 2020, 15:28 (GMT +4)
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub

30 Noyabr 2020, 15:10 (GMT +4)
Bərdədə evini tərk edən COVİD-19 xəstələri barədə tədbirlər görülüb

30 Noyabr 2020, 14:51 (GMT +4)
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək

30 Noyabr 2020, 14:37 (GMT +4)
ANAMA işğaldan azad olunmuş ərazilər təmizlənməyənə qədər vətəndaşları həmin ərazilərə getməməyə çağırıb

30 Noyabr 2020, 14:20 (GMT +4)
Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 65 milyon manat kredit verib

30 Noyabr 2020, 14:13 (GMT +4)
“Dərs vaxtı”nın 2000-ci buraxılışı efirə gedib

30 Noyabr 2020, 14:12 (GMT +4)
İran nüvə aliminin terrora məruz qalmasının yeni detallarını açıqlayıb

30 Noyabr 2020, 14:05 (GMT +4)
İndiyədək Azərbaycanda 238 xəstəyə immun plazma köçürülüb

30 Noyabr 2020, 13:40 (GMT +4)
Tələbə universitetə bərpa olunması üçün rektora müraciət edib

30 Noyabr 2020, 13:39 (GMT +4)
İsrail baş naziri Misirə səfər edir

30 Noyabr 2020, 13:24 (GMT +4)
Ağcabədidə evi tərk edən 11 COVID-19 xəstəsi müəyyən edilib

30 Noyabr 2020, 13:11 (GMT +4)
Bu il AKİA xətti ilə verilən aqrar kredit və güzəştlərdən 5623 fermer və sahibkar yararlanıb

30 Noyabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

30 Noyabr 2020, 12:50 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 3 milyona yaxınlaşıb

30 Noyabr 2020, 12:45 (GMT +4)
BANM-in 9 yaşı tamam olur

30 Noyabr 2020, 12:30 (GMT +4)
Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib

30 Noyabr 2020, 12:16 (GMT +4)
Tramp Baydenin tezliklə sağalmağını diləyib

30 Noyabr 2020, 12:15 (GMT +4)
Bakıda kokain və ekstazi satıcısı saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66