Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN: Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır

17 Oktyabr 2020, 08:57 (GMT +4)

Bakı, 17 oktyabr, SalamNews. "2020-ci il oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub; 12 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40 dan çox insan ciddi yaralanıb".

SalamNews xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

"Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.

Ermənistanın Azərbaycan mülki əhalisini hədəf alan bu mənfur hücumlarını şiddətlə qınayırıq və işğalçı ölkədən müharibə cinayətlərinə son verməyi tələb edirik.

Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin ediləcəkdir", - deyə bəyanatda bildirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Noyabr 2020, 17:40 (GMT +4)
TƏBİB qəzada ölən tələbələrlə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:35 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2020, 17:32 (GMT +4)
"Nar"ın 4G istifadəçilərinin sayı 35% artıb

30 Noyabr 2020, 17:19 (GMT +4)
İsrail Livanın hava məkanını pozaraq Beyrut səmasında uçuşlar həyata keçirib

30 Noyabr 2020, 17:15 (GMT +4)
DİN Biləsuvarda avtomobilin kanala aşması faktı ilə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:02 (GMT +4)
Anadolu Agentliyi Füzuli rayonunun ermənilər tərəfindən məhv edilmiş tarixi abidələrindən reportaj hazırlayıb

30 Noyabr 2020, 16:42 (GMT +4)
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub

30 Noyabr 2020, 16:24 (GMT +4)
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb

30 Noyabr 2020, 16:10 (GMT +4)
Zaqatalada qanvermə aksiyası keçirilib (VİDEO)

30 Noyabr 2020, 15:47 (GMT +4)
Erməni təxribatı nəticəsində 93 mülki vətəndaş həlak olub, 410-u xəsarət alıb

30 Noyabr 2020, 15:38 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 48 mini keçib

30 Noyabr 2020, 15:37 (GMT +4)
ANAMA: 27 sentyabrdan indiyədək 727 ədəd PHS, 4 330 ədəd piyada əleyhinə, 1 110 ədəd tank əleyhinə mina aşkarlanıb

30 Noyabr 2020, 15:28 (GMT +4)
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub

30 Noyabr 2020, 15:10 (GMT +4)
Bərdədə evini tərk edən COVİD-19 xəstələri barədə tədbirlər görülüb

30 Noyabr 2020, 14:51 (GMT +4)
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək

30 Noyabr 2020, 14:37 (GMT +4)
ANAMA işğaldan azad olunmuş ərazilər təmizlənməyənə qədər vətəndaşları həmin ərazilərə getməməyə çağırıb

30 Noyabr 2020, 14:20 (GMT +4)
Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 65 milyon manat kredit verib

30 Noyabr 2020, 14:13 (GMT +4)
“Dərs vaxtı”nın 2000-ci buraxılışı efirə gedib

30 Noyabr 2020, 14:12 (GMT +4)
İran nüvə aliminin terrora məruz qalmasının yeni detallarını açıqlayıb

30 Noyabr 2020, 14:05 (GMT +4)
İndiyədək Azərbaycanda 238 xəstəyə immun plazma köçürülüb

30 Noyabr 2020, 13:40 (GMT +4)
Tələbə universitetə bərpa olunması üçün rektora müraciət edib

30 Noyabr 2020, 13:39 (GMT +4)
İsrail baş naziri Misirə səfər edir

30 Noyabr 2020, 13:24 (GMT +4)
Ağcabədidə evi tərk edən 11 COVID-19 xəstəsi müəyyən edilib

30 Noyabr 2020, 13:11 (GMT +4)
Bu il AKİA xətti ilə verilən aqrar kredit və güzəştlərdən 5623 fermer və sahibkar yararlanıb

30 Noyabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

30 Noyabr 2020, 12:50 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 3 milyona yaxınlaşıb

30 Noyabr 2020, 12:45 (GMT +4)
BANM-in 9 yaşı tamam olur

30 Noyabr 2020, 12:30 (GMT +4)
Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib

30 Noyabr 2020, 12:16 (GMT +4)
Tramp Baydenin tezliklə sağalmağını diləyib

30 Noyabr 2020, 12:15 (GMT +4)
Bakıda kokain və ekstazi satıcısı saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66