Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirir

17 Oktyabr 2020, 14:13 (GMT +4)

Bakı, 17 oktyabr, SalamNews. Oktyabr ayının 17-də, gecə saat 01 radələrində Ermənistan növbəti dəfə müharibə cinayəti törədərək cəbhə bölgəsindən uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutub. Qadağan olunmuş silahlardan istifadə etməklə həyata keçirilmiş bu hücum çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnib.

Ombudsman Aparatından SalamNews-a bildirilib ki, işğalçı Ermənistan 10 oktyabr 2020-ci il tarixdən saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini təkrarən kobud şəkildə pozmaqla BMT Nizamnaməsinə, beynəlxalq hüququn ümumi norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar və insan hüquqları normalarına bir daha açıq hörmətsizlik nümayiş etdirir.

Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi növbəti terror aktı nəticəsində baş vermiş insan təlafatı ilə əlaqədar insan hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edən faktların və dəymiş zərərin beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə Gəncə şəhərində faktaraşdırıcı missiya həyata keçirir. missiya çərçivəsində Ombudsman Səbinə Əliyeva həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb, dağıdılmış yaşayış evlərinə və digər infrastruktur obyektlərinə baş çəkərək araşdırma aparıb. Ombudsman, həmçinin hər iki valideyni dağıntılar altında qalan və hazırda taleləri barədə məlumat olmayan yaralanmış uşağa da baş çəkib. Mövcud problemlərin yerində həll olunması ilə bağlı aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülüb.

Ermənistanın bu dəfə də mülki obyektləri, uşaq, qadın, əlilliyi olan şəxslər və ahıl insanların da yaşadığı evləri qəsdən hədəfə alması nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər həlak olub, 52 nəfər ağır dərəcəli xəsarətlər alıb, 2 uşağın taleyi barədə məlumat yoxdur. Dağıntılar altında qalanların xilasetmə tədbirləri davam etdirilir.

Təcavüzkar Ermənistanın növbəti ağlasığmaz qəddarlığı Azərbaycanın dinc əhalisinə hədəflənmiş terror aktı, insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti kimi beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən kəskin şəkildə pislənməli, həmin cinayəti törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Ermənistanın terror əməllərini dəstəkləyənlər bu hadisələrdən lazımi nəticə çıxarmalı, susqunluq nümayiş etdirməməlidirlər.

Qeyd olunmalıdır ki, Ermənistanın dinc əhaliyə qarşı törətdiyi bu vandalizmin beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə Ombudsman Səbinə Əliyeva tərəfindən beynəlxalq ictimaiyyətə növbəti bəyanat ünvanlanıb, faktaraşdırıcı missiyanın materialları əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Oktyabr 2020, 14:45 (GMT +4)
Ombudsman Bərdədə faktaraşdırıcı missiya həyata keçirir

29 Oktyabr 2020, 14:37 (GMT +4)
Hikmət Hacıyev: "Ermənistanın hərbi-siyasi rəhbərliyi quzğunlaşıb"

29 Oktyabr 2020, 14:23 (GMT +4)
Diplomatlar Tərtərdə olarkən rayon ərazisi atəşə tutulub

29 Oktyabr 2020, 14:20 (GMT +4)
Ermənistan ordusunun təxribatı nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb

29 Oktyabr 2020, 14:12 (GMT +4)
MN: Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib

29 Oktyabr 2020, 14:00 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb

29 Oktyabr 2020, 13:57 (GMT +4)
Rusiyada son sutkada 17.717 koronavirusa yoluxma qeydə alınıb

29 Oktyabr 2020, 13:45 (GMT +4)
Baş Prokurorluq: Ermənilər 90 mülki şəxsi qətlə yetirib, 392 nəfəri isə yaralayıb

29 Oktyabr 2020, 13:41 (GMT +4)
Tramp ABŞ-da mətbuat azadlığının olmadığını açıqlayıb

29 Oktyabr 2020, 13:30 (GMT +4)
Ombudsman UNICEF-in icraçı direktoruna müraciət edib

29 Oktyabr 2020, 13:20 (GMT +4)
Müdafiə Nazirliyi: Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir

29 Oktyabr 2020, 13:15 (GMT +4)
Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib

29 Oktyabr 2020, 13:03 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

29 Oktyabr 2020, 13:00 (GMT +4)
Müdafiə Nazirliyi: Bugünkü döyüşlərdə aviasiya vasitələri tətbiq olunmayıb

29 Oktyabr 2020, 12:51 (GMT +4)
Fransada ümummilli karantin tətbiq ediləcək

29 Oktyabr 2020, 12:37 (GMT +4)
MN: Düşmən Bərdə və Goranboyu atəşə tutub

29 Oktyabr 2020, 12:28 (GMT +4)
Hikmət Hacıyev: Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar

29 Oktyabr 2020, 12:25 (GMT +4)
Azərbaycan XİN başçısının həmsədrlərlə görüşünün vaxtı dəyişdirilib

29 Oktyabr 2020, 12:24 (GMT +4)
Ankara Beyrutdakı erməni ekstremistlərinin təxribatını pisləyib

29 Oktyabr 2020, 12:10 (GMT +4)
Bərdənin raket atəşinə tutması ilə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2020, 12:03 (GMT +4)
Vəhdət həftəsilə bağlı islam alimlərinin beynəlxalq konfransı işinə başlayıb

29 Oktyabr 2020, 12:00 (GMT +4)
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Bərdəyə səfəri başlayıb

29 Oktyabr 2020, 11:58 (GMT +4)
Türkiyə XİN: Türkiyə - Azərbaycan qardaşlığı əbədidir

29 Oktyabr 2020, 11:50 (GMT +4)
Bayden Trampı İlham Əliyev və Nikol Paşinyanla birbaşa danışıqlara çağırıb

29 Oktyabr 2020, 11:38 (GMT +4)
MN: Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaqda görür

29 Oktyabr 2020, 11:30 (GMT +4)
Baş Prokurorluq: Ermənistan işğal edilmiş ərazilərdə 100 mindən artıq qiymətli və nadir eksponatları məhv edib və talayıb

29 Oktyabr 2020, 11:23 (GMT +4)
AB Dağlıq Qarabağda davam edən döyüşlərlə bağlı bəyanat verib

29 Oktyabr 2020, 11:15 (GMT +4)
Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb (FOTO)

29 Oktyabr 2020, 11:12 (GMT +4)
Əlcəzair prezidenti Almaniyada xəstəxanaya yerləşdirilib

29 Oktyabr 2020, 10:58 (GMT +4)
Düşmənin atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikalarının görüntüləri

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66