Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına Ermənistanın son təxribatlarından danışıb

19 Oktyabr 2020, 13:50 (GMT +4)

Bakı, 19 oktyabr, SalamNews. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib.

SalamNews xəbər verir ki, Prezidentin köməkçisi müsahibədə Ermənistanın son təxribatları barədə danışıb.

Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki insanları qətlə yetirdiyini, infrastruktura böyük zərər vurduğunu bildirib. Qeyd edib ki, Ermənistan indi də müxtəlif raket sistemlərindən istifadə etməklə zərbələr endirir: "Bu, bizi çox narahat edir. Oktyabrın 17-də gecə saatlarında Ermənistan “SCUD” raketləri ilə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni atəşə tutub. Nəticədə 10-dan çox mülki şəxs ölüb. Ermənistan təcavüzkar dövlətdir, bu ölkənin silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşları qətlə yetirilir. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, mədəni irsimizi məhv edib. Ermənistanın raket sistemlərindən istifadə edərək mülki vətəndaşlarımızı hədəfə almasını İkinci Dünya müharibəsi zamanı baş verənlərə bənzətmək olar. Bəzi hallarda onlar gün ərzində çoxlu sayda raket hücumları həyata keçirirlər. Odur ki, bu silahlar məsuliyyətsiz şəkildə Ermənistana təqdim edilməməlidir. Ermənistan mülki şəxslərlə hərbçilər arasında fərq qoymur, bu raketləri necə gəldi, məsuliyyətsiz şəkildə istifadə edir. Bütün kanallardan istifadə edərək Ermənistanın bu raketlərlə təmin edilməsinin qarşısını almaq lazımdır. Ermənistan kasıb ölkədir. O, bu cür müasir silahları pulla almaq iqtidarında deyil".

Humanitar atəşkəslə bağlı suala cavabında Hikmət Hacıyev bildirib ki, Moskvada bununla bağlı əldə edilmiş razılaşmanı Ermənistan pozub, Gəncə şəhərinə ballistik raket hücumları həyata keçirib, yaşayış məskənlərimizi bombalayıb.

"Ermənistan çoxlu sayda hərbi qüvvələri cəm edib, işğaldan azad etdiyimiz kəndləri geri almağa cəhd edib. Azərbaycanın mövqelərini bombalamaq üçün hərbi təyyarələrdən, raketlərdən istifadə edib. Ermənistan atəşkəsdə maraqlı deyil. Onlar bu atəşkəsdən Azərbaycan torpaqlarının işğalına əsaslanan siyasətlərini davam etdirmək üçün istifadə edirlər. Nəticədə mülki şəxslər arasında çoxlu itkilər var. Əgər Ermənistan atəşkəsdə və sülhdə maraqlıdırsa, o, Azərbaycanın mövqelərini, Qarabağdakı tarixi yerləri, məscidlərimizi, dini abidələrimizi atəşə tutmağı dayandırmalıdır. Ermənistan bütün mədəni, dini abidələrimizi dağıdıb, təhqir edib, bununla da İslam ümmətini təhqir edir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ədalətli mövqeyini, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini daim dəstəkləyib. Türkiyə, Pakistan, Mərakeş, Səudiyyə Ərəbistanı kimi dövlətlər Azərbaycanı dəstəkləyirlər, beynəlxalq hüquqa görə Ermənistanın təcavüzkar tərəf olduğunu qəbul edirlər. Əgər Ermənistan bu münaqişənin həllində maraqlıdırsa, niyə yaşayış məskənlərimizi davamlı şəkildə atəşə tutur, köçkünlərin evlərinə qayıtmasına mane olur? Əgər bu münaqişənin sülh yolu ilə həllində maraqlıdırsa, danışıqlar masasına qayıtmalıdır. Əksinə, Ermənistan danışıqları uzadıb, substantiv danışıqlara getməyib. Ona görə də heç bir nəticə əldə edilməyib. Münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tam şəkildə həll olunmalıdır. Bu qətnamələrin əsas tələblərindən biri də Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarmasıdır. Atəşkəs çağırışı edən tərəflərdən gözləyirdik ki, onlar Ermənistandan təcavüzkar siyasətini dayandırmağı, silahlı qüvvələrini işğal olunmuş bütün ərazilərimizdən çıxarmağı da tələb edəcəklər. Bu, regionda sülhün bərqərar olması üçün əsas şərtdir", - deyə Prezidentin köməkçisi əlavə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2020, 12:30 (GMT +4)
Dövlət başçısı: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

01 Dekabr 2020, 12:24 (GMT +4)
ÜST dünyada COVID-19-a yoluxma hallarının sayında azalma qeydə alıb

01 Dekabr 2020, 12:15 (GMT +4)
Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik edib

01 Dekabr 2020, 12:00 (GMT +4)
Prezident İlham Əliyevin xalqa müraciətinin tam mətni

01 Dekabr 2020, 11:52 (GMT +4)
Gürcüstanda son sutkada 3.759 yeni koronavirusa yoluxma aşkar edilib

01 Dekabr 2020, 11:45 (GMT +4)
Təhsil Nazirliyi: 13 mindən çox tələbənin təhsil haqqı ödənilib

01 Dekabr 2020, 11:30 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

01 Dekabr 2020, 11:17 (GMT +4)
İran BMT TŞ-nın və BAEA-nin nüvə aliminin terroruna mövqe bildirməsini tələb edib

01 Dekabr 2020, 11:15 (GMT +4)
Xırdalan dairəsi yaxınlığında dəmir yolu körpüsünün tikintisi başa çatıb (FOTO)

01 Dekabr 2020, 11:10 (GMT +4)
Viskonsin qubernatoru Beydenin ştatdakı qələbəsini təsdiqləyib

01 Dekabr 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

01 Dekabr 2020, 10:45 (GMT +4)
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

01 Dekabr 2020, 10:40 (GMT +4)
Yəmən müharibəsi nəticəsində 233 min insan ölüb - BMT

01 Dekabr 2020, 10:30 (GMT +4)
Təhsil Nazirliyi Laçın rayonunun təhsil statistikasını açıqlayıb

01 Dekabr 2020, 10:23 (GMT +4)
BMT Baş katibi Baydenlə ilk telefon danışığı keçirib

01 Dekabr 2020, 10:10 (GMT +4)
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb (VİDEO)

01 Dekabr 2020, 10:00 (GMT +4)
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub

01 Dekabr 2020, 09:58 (GMT +4)
Türkiyədə bu aydan ölkə əhalisinə pulsuz COVID-19 peyvəndi veriləcək 

01 Dekabr 2020, 09:58 (GMT +4)
Səudiyyə İsrail təyyarələrinin hava məkanından keçməsinə icazə verib - Reuters

01 Dekabr 2020, 09:45 (GMT +4)
Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib

01 Dekabr 2020, 09:30 (GMT +4)
Bakıda yük avtomobilləri toqquşub, ölən var

01 Dekabr 2020, 09:25 (GMT +4)
İsraillə əlaqələrini rəsmiləşdirən Bəhreyn iranlı nüvə aliminə qarşı terroru pisləyib

01 Dekabr 2020, 09:23 (GMT +4)
Xorvatiyanın baş naziri koronavirusa yoluxub

01 Dekabr 2020, 09:15 (GMT +4)
Azərbaycanda distant təhsil müddəti uzadılıb

01 Dekabr 2020, 09:00 (GMT +4)
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)

30 Noyabr 2020, 18:06 (GMT +4)
AMB depozit hərracında 200 mln. manat cəlb edib

30 Noyabr 2020, 17:57 (GMT +4)
Argentina şirkətləri İİTKM ilə əməkdaşlıq edəcək

30 Noyabr 2020, 17:40 (GMT +4)
TƏBİB qəzada ölən tələbələrlə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:35 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2020, 17:19 (GMT +4)
İsrail Livanın hava məkanını pozaraq Beyrut səmasında uçuşlar həyata keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66