Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

MN: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib

20 Oktyabr 2020, 09:04 (GMT +4)

Bakı, 20 oktyabr, SalamNews. Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

SalamNews Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Eyni zamanda məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib. 5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir. 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib.

Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir. Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin 2/3-ni itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.

Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib. 246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Yanvar 2021, 14:40 (GMT +4)
Yanvarın 20-də Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Yanvar 2021, 14:25 (GMT +4)
“Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

18 Yanvar 2021, 14:14 (GMT +4)
Braziliya iki COVID-19 peyvəndinin istifadəsinə icazə verib

18 Yanvar 2021, 14:00 (GMT +4)
Qarabağa avtobus marşrutlarının təşkilinə dair pasportlar hazırlanıb

18 Yanvar 2021, 13:58 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 66 mini keçib

18 Yanvar 2021, 13:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Yanvar 2021, 13:40 (GMT +4)
İran Azərbaycanla sərhəddə yerləşən Hirkan meşələrində yanğına görə helikopterlər cəlb edib (VİDEO)

18 Yanvar 2021, 13:30 (GMT +4)
Nazir müavini: 2 650 şəhidin 6 500 ailə üzvünə sosial ödənişlər təyin edilib

18 Yanvar 2021, 13:27 (GMT +4)
Amsterdamdakı etiraz aksiyasında 100-dən çox insan saxlanılıb

18 Yanvar 2021, 13:15 (GMT +4)
Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanılıb

18 Yanvar 2021, 13:01 (GMT +4)
MN Füzuli rayonunun Merdinli kəndindən videogörüntülər yayıb

18 Yanvar 2021, 12:58 (GMT +4)
ABŞ-da 15 min Milli Qvardiya döyüşçüsü Baydenin andiçmə mərasimi üçün Vaşinqtona gətirilib

18 Yanvar 2021, 12:52 (GMT +4)
Bakıda piyadanı avtomobil vurub

18 Yanvar 2021, 12:43 (GMT +4)
İsrail yenidən Qəzzaya hava zərbələri endirib (FOTO)

18 Yanvar 2021, 12:40 (GMT +4)
Şəhid ailələrinin mənzillə təminatı üçün yeni proqram hazırlanıb

18 Yanvar 2021, 12:30 (GMT +4)
Şuşa şəhərinə qədər 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO)

18 Yanvar 2021, 12:20 (GMT +4)
Gürcüstanda son sutkada 110 yeni koronavirusa yoluxma aşkar edilib 

18 Yanvar 2021, 12:12 (GMT +4)
MN Ağdam rayonunun Xıdırlı kəndindən videogörüntülər hazırlayıb

18 Yanvar 2021, 12:01 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

18 Yanvar 2021, 11:53 (GMT +4)
Rusiya birgə qurulmuş postların gücləndirilməsi üçün Suriyaya 300 hərbçi göndərib

18 Yanvar 2021, 11:43 (GMT +4)
Vətən müharibəsi qəhrəmanlarına təqaüdlərin ödənilməsinə başlanılıb

18 Yanvar 2021, 11:33 (GMT +4)
Fransada son sutkada 16 mindən çox koronavirusa yoluxma aşkar edilib

18 Yanvar 2021, 11:23 (GMT +4)
İran ABŞ-ın regiona strateji B-52 bombardmançı təyyarələr göndərməsinə münasibət bildirib

18 Yanvar 2021, 11:22 (GMT +4)
Caspian Energy Club Qara Dəniz nümayəndəliyin yaradacaq

18 Yanvar 2021, 11:12 (GMT +4)
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub

18 Yanvar 2021, 11:02 (GMT +4)
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur (FOTO)

18 Yanvar 2021, 10:52 (GMT +4)
Pompeo: ABŞ Navalnının dərhal azadlığa buraxılmasını tələb edir

18 Yanvar 2021, 10:44 (GMT +4)
Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi geri qaytarılıb, 5 nəfər həbs edilib

18 Yanvar 2021, 10:34 (GMT +4)
İndoneziyada sel səbəbiylə 112 mindən çox insan təxliyə edilib

18 Yanvar 2021, 10:26 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66