Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Caspian Energy Club Samirə Musayevanın iştirakı ilə "Online B2G Forum" təşkil edib

22 Oktyabr 2020, 11:10 (GMT +4)

Bakı, 22 oktyabr, SalamNews. “Caspian Energy Club”un Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Verqi Xidmətinin rəis müavini Samirə Musayeva ilə birgə təşkil etdiyi ənənəvi Online B2G Forumu çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub. 

SalamNews xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

"Online B2G Forum" iştirakçılarını salamlayan “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, “yalnız güclü ıqtısadıyyatı olan güclü orduya malık ola bılər”. “Biz biznesin problemlərini öyrənmək üçün tədbirlərin təşkilini onlayn rejimdə davam etdiririk. Bu, dövlət-biznes dialoqunu əvvəlki səviyyədə saxlamağa və məhz koronavirus pandemiyasının çətin dövründə biznes nümayəndələrinə dövlətin dəstəyini hiss etməyə imkan verir”.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğal olunması, işğalçı ölkənin Azərbaycana qarşı hərbi təxribatları, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün aparılan əks-hücum əməliyyatı barədə məlumat verib.

Düşmənin cəbhəyanı bölgələrdə yerləşən mülki obyektləri hədəfə aldığı və nəticədə çoxsaylı sahibkarlıq obyektlərinin düşmən zərbələrinə məruz qaldığı qeyd edilib. Sahibkarlıq subyektlərinə dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi, onların sosial, iqtisadi və maliyyə vəziyyətlərinin yaxşılaşdırılması üçün dövlət tərəfindən ciddi addımlar atıldığı və bu məqsədlə Dövlət Vergi Xidməti tərəfindən cəbhəyanı ərazilərdə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarların tam şəkildə ləğv edildiyi diqqətə çatdırılıb.

S.Musayeva tədbirin əsas məqsədinin koronavirus pandemiyasının iqtisadiyyata və biznes strukturlarına təsirləri, əsas iqtisadi prioritetlər, iş adamlarının mövcud şəraitdə qarşılaşdıqları məsələlərin müzakirəsi olduğunu bildirib. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyat və biznes üçün yaratdığı təsirlər barədə danışıb, dövlət tərəfindən epidemioloji vəziyyətin nəzarətə alınması məqsədilə iqtisadi aktivliyin məhdudlaşdırılmasına diqqət çəkib. Qeyd olunub ki, hazırda iqtisadi aktivliyin bərpa edilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinin tədricən normal məcraya qaytarılması üçün dövlət tərəfindən müvafiq tədbirlər görülür.

Rəis müavini pandemiyanın təsirlərinin aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlər, habelə yaranmış yeni şəraitdə dövlətin əsas iqtisadi prioritetləri haqqında məlumat verib.

Bildirilib ki, bunlar qeyri-neft sektorunun, ixracyönümlü istehsal fəaliyyətinin genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi, şəffaf və rəqabətyönümlü sahibkarlıq mühitinin yaranması və onun dayanıqlı inkişafı, mikro və kiçik sahibkarların dəyər zəncirində rolunun artırılmasıdır.

İqtisadi inkişafın və sadalanan prioritetlərin reallaşdırılmasının mühüm tənzimləyici elementlərindən biri isə səmərəli vergi mühitidir. Qeyd edilib ki, ötən dövr ərzində dövlətin ümumi sosial-iqtisadi siyasətindən irəli gələrək, vergi sistemində bir sıra islahatların həyata keçirilməsinə başlanılıb və əhəmiyyətli addımlar atılıb. Həyata keçirilən islahatların əsas məqsədi iqtisadi inkişafın hərəkətverici qüvvəsi olan kiçik və orta sahibkarlığın normal fəaliyyət göstərə bilməsi üçün əlverişli vergi mühitinin yaradılması, qeyri-neft sektorunun inkişafının genişləndirilməsi və “kölgə iqtisadiyyatı”nın azaldılmasına nail olmaqdır. Vergi ödəyiciləri üçün səmərəli şəraitin yaradılması yalnız vergi yükünün azaldılması, yaxud təşviqlərin təmin edilməsi deyil, eləcə də ədalətsiz rəqabətə gətirib çıxaran qanunsuz fəaliyyətlərlə, real iqtisadi mahiyyətdən kənar əqdlər bağlamaqla hansısa üstün mövqe tutan sahibkarlara qarşı ciddi mübarizənin aparılmasıdır. Vergi sahəsində aparılan islahatlar nəticəsində sahibkarlara əlverişli şəraitin və investisiya mühitinin yaradılması, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, yoxlamaların sayının azaldılması, habelə vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsinin genişləndirilməsi və məsafədən elektron nəzarət sisteminin təkmilləşdirilməsi sahəsində mühüm işlər görülüb və vergi yoxlamalarının keyfiyyəti artırılıb.

S.Musayeva vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması məqsədilə vergi ödəyiciləri ilə açıq dialoqların keçirilməsi, sahibkarlıq subyekləri ilə mütəmadi görüşlərin təşkil edilməsi, sahibkarları narahat edən problemlər bağlı onların dinlənilməsi və operativ surətdə həllinin təmin edilməsi, qanunvericilikdəki qarşıya çıxan boşluqların aradan qaldırılması üçün onun təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atıldığını diqqətə çatdırıb. Bildirilib ki, qanunvericiliyin tələblərinə əməl edən, qanunla müəyyən olunmuş vergiləri ödəyən sahibkarların təşviq edilməsi, onların vergi yükünün aşağı salınması, qarşılıqlı münasibətlərin daha çox partnyorluq müstəvisində qurulması və qanunvericiliyin tələblərini pozan vergi ödəyicilərinə qarşı daha sərt məsuliyyət tədbirləri həyata keçirilir. Bu yanaşma qarşılıqlı inam, etimad və şəffaflıq üçün son dərəcə zəruri olan elementlərdir.

Dövlət Vergi Xidmətinin nümayəndələri Online B2G Forum iştirakçılarının suallarını cavablandırıb və təkliflərini dinləyiblər.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyinə minnətdarlığını bildirib. O, Dövlət Vergi Xidməti ilə birlikdə daimi ikitərəfli işçi qrupun yaradılması ilə bağlı təklif irəli sürüb və bildirib ki, ikitərəfli işçi qrup mütəmadi olaraq aktual sual, təklif və problemləri dövlət xidməti ilə müzakirə etməyə və operativ cavab verməyə imkan verəcək.

T.Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Tədbirin sonunda “Caspian Energy Club”un sədri Telman Əliyev klub üzvlərindən və sahibkarlardan Silahlı Qüvvələrə Yardım Fonduna vəsait keçirərək dəstək olmaqlarını, həmçinin şəhid ailələrinə, orduda döyüşən əsgər və zabit ailələrinə maliyyə dəstəyi göstərməklərini xahiş edib. O həmçinin üzv şirkətlərə müraciət edərək bir daha vurğulayıb ki, bütün xarici partnyor və tərəfdaş şirkətlərin rəhbərləri, hər bir əməkdaşı və nümayəndəsi Azərbaycanın ərazi bütövlüyü naminə apardığı mübarizəsi, Qarabağ münaqişəsi, işğal altında olan və işğaldan azad edilən torpaqlar haqqında obyektiv və düzgün məlumatlandırılmalıdır: “Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq”.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Caspian Energy Club” Qarabağ nümayəndəliyinin yaradılmasına başlayıb

“Caspian Energy Club” Qarabağın iqtisadi inkişafında iştirak edəcək

“Caspian Energy Club” separatçı rejimi dəstəkləyən şirkətlərlə əməkdaşlığı dayandırır

“Caspian Energy Club” separatçı rejimi dəstəkləyən şirkətlərlə əməkdaşlığı dayandırır

Caspian Energy Club sahibkarlara müraciət edib

Caspian Energy Club növbəti B2G Forum təşkil edib

Caspian Energy Club Himalay Məmişovun iştirakı ilə Onlayn B2G Forum təşkil edib

“Caspian Energy Club” B2G Forum təşkil edib

Caspian Energy Club ilk Online Business Tour təşkil edib

Ruslan Əliyev “Caspian Energy Club” üzvləri ilə görüşüb

01 Dekabr 2020, 17:55 (GMT +4)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb

01 Dekabr 2020, 17:43 (GMT +4)
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib

01 Dekabr 2020, 17:36 (GMT +4)
ARDNF valyuta hərraclarındakı satışını 17% artırıb

01 Dekabr 2020, 17:25 (GMT +4)
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq

01 Dekabr 2020, 17:22 (GMT +4)
İraqı qorumaq üçün Amerika qoşunlarına ehtiyacımız yoxdur - Deputat

01 Dekabr 2020, 17:12 (GMT +4)
Azərbaycanın 5 şahmatçısı FIDE reytinqində irəliləyib

01 Dekabr 2020, 16:56 (GMT +4)
Gəncə məktəblisi beynəlxalq yarışmada bürünc medal qazandı!

01 Dekabr 2020, 16:45 (GMT +4)
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb

01 Dekabr 2020, 16:32 (GMT +4)
Prezident: "Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”

01 Dekabr 2020, 16:28 (GMT +4)
Şabranda yaşadıqları evi tərk edən COVID-19 xəstələri müəyyən edilib

01 Dekabr 2020, 16:18 (GMT +4)
AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirib (FOTO)

01 Dekabr 2020, 16:04 (GMT +4)
Kabildə partlayışlar planlayan terror qrupu ələ keçib

01 Dekabr 2020, 15:50 (GMT +4)
TƏBİB Laçın rayonunun səhiyyə statistikasını açıqlayıb

01 Dekabr 2020, 15:33 (GMT +4)
Dekabrın 2-dən hansı şəxslərin səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəyi məlum olub

01 Dekabr 2020, 15:25 (GMT +4)
Azərbaycanda pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır

01 Dekabr 2020, 15:10 (GMT +4)
Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzalayıb

01 Dekabr 2020, 15:00 (GMT +4)
İranda nüvə sazişinin öhdəliklərilə bağlı hökumətlə parlament arasında fikir ayrılığı yaranıb

01 Dekabr 2020, 14:57 (GMT +4)
Mehriban Əliyeva Laçının azad olunması münasibətilə xalqı təbrik edib

01 Dekabr 2020, 14:43 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

01 Dekabr 2020, 14:20 (GMT +4)
Mingəçevirdə karantin postunda COVID-19 xəstələri saxlanılıblar

01 Dekabr 2020, 14:08 (GMT +4)
Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

01 Dekabr 2020, 13:50 (GMT +4)
YUNESKO torpaqşünas alimin tədqiqatları ilə bağlı AMEA prezidentinə müraciət edib

01 Dekabr 2020, 13:38 (GMT +4)
İran Suriya-İraq sərhədində Sepah komandirlərindən birinin ölməsi xəbərini təkzib edib

01 Dekabr 2020, 13:33 (GMT +4)
Azərbaycanda "Zərərçəkmiş ailələrə humanitar yardım" aksiyası başa çatıb

01 Dekabr 2020, 13:24 (GMT +4)
Azərbaycan Prezidenti düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarını açıqlayıb

01 Dekabr 2020, 13:11 (GMT +4)
Astarada torpağa basdırılmış narkotik aşkarlanıb

01 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

01 Dekabr 2020, 12:50 (GMT +4)
Prezident İlham Əliyev üçtərəfli bəyanatın detallarını ilk dəfə şərh edib

01 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalanıb

01 Dekabr 2020, 12:30 (GMT +4)
Dövlət başçısı: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66