Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

23 Oktyabr 2020, 12:50 (GMT +4)

Bakı, 23 oktyar, SalamNews. Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidməti davam etdirir. Növbəti aqrar səyyar xidmət Bərdə rayonunun Güloğlular və Şörəlli kəndlərində təşkil olunub.

Bu barədə SalamNews-a nazirlikdən bildirilib.

Məlumata görə, xidmət çərçivəsində fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərini bəyan ediblər. Səyyar xidmət zamanı növbə sistemi təşkil olunub, fermerlərə maska paylanıb, onların müraciətləri təmin edilib.

Fermerlərin xidmətdən istifadə etməsi üçün yalnız şəxsiyyət vəsiqəsi təqdim etmək tələb olunur. Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunur, xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri əvvəlcədən fermerlərə məlumat verir. Bundan başqa, nazirliyin Elektron Kənd Təsərrüfatının tətbiqi şöbəsi səyyar xidmət prosesində iştirak edən əməkdaşlara və Aqrar İnkişaf Könüllülərinə mütəmadi təlimlər keçirir. Təlimlər zamanı EKTİS-də məlumatların daxil edilmə ardıcıllığı, monitorinq prosesinin mərhələləri, fermerin sistemə daxil edəcəyi sənədlərin xüsusiyyətləri barədə geniş məlumat verilir. Səyyar xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.
Bunadək payızlıq əkinlərin bəyanı ilə əlaqədar Xaçmaz, Masallı, Kürdəmir rayonlarında müvafiq xidmətlər təşkil olunub.

2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyalar onların bəyanlarına uyğun olaraq verilir. Fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetlərinə daxil olaraq ərazilərini seçməli, növbəti 4 il ərzində əkəcəyi bitkilər barədə məlumatı və bu payız əkəcəyi bitkini bəyan etməlidir. Payızlıq əkin bəyanına əsasən, sistemdə elektron ərizə formalaşır. Elektron ərizədə fermerin aqrar fəaliyyətinə dair məlumatlar, torpaq sahəsi və payızlıq əkin məlumatları, ödəniləcək subsidiyanın miqdarı yer alır. Fermer ərizəni təsdiq edənədək məlumatlarda dəyişiklik edə bilər. Elektron ərizə təsdiqləndikdən sonra məlumatların monitorinqi həyata keçirilir. Monitorinqlər başa çatdıqdan sonra subsidiya məbləği müraciət edən şəxsin “Fermer kartı”na köçürülür.

Xatırladaq ki, aşağıdakı hallarda fermerlər payızlıq əkinlərə görə subsidiya ala bilməyəcəklər:

- fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;

- Aqrar Subsidiya Şurasının qərarına əsasən müəyyən edilmiş rayonlar üzrə əkin əmsalı 0-a bərabər tutulduqda;

- kateqoriyası kənd təsərrüfatı olmayan torpaqlarda və örüş yerlərində əkin aparıldıqda;

- bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 20-50 faiz çox olduqda cari il ərzində;

- bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 50 faiz çox olduqda isə cari il və sonrakı il ərzində;

- tələb olunan sənədlər və məlumatlar düzgün və ya vaxtında təqdim edilmədikdə;

Bundan başqa, əvvəlki dövrdə subsidiyanı başqa məqsədlər üçün xərcləməyə çalışan, 75% nağdsız subsidiyanı nağdlaşdırmağa cəhd edən fermerlər də subsidiya almaq hüququndan məhrum ediləcəklər.

Payızlıq əkinlərin bəyanı prosesi davam edir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN: “Kənddən Şəhərə” həftəsonu yarmarkaları yenidən təşkil olunacaq

KTN: Azərbaycanda 3 ərazi Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi kimi qeydiyyata salınacaq

KTN: Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

KTN: Ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

27 Fevral 2021, 16:15 (GMT +4)
Bakı metrosu üçün alınan yeni vaqonların sayı açıqlanıb

27 Fevral 2021, 16:05 (GMT +4)
Şoyqu Ermənistan Müdafiə Nazirliyinin rəhbəri ilə telefon danışığı keçirib

27 Fevral 2021, 16:04 (GMT +4)
Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

27 Fevral 2021, 15:50 (GMT +4)
İctimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslərlə görüş keçirilib

27 Fevral 2021, 15:39 (GMT +4)
Mənbə: Ermənistan prezidenti Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüş keçirir

27 Fevral 2021, 15:32 (GMT +4)
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir (FOTO)

27 Fevral 2021, 15:29 (GMT +4)
İlkay Gündoğan: "Mançester Yunayted" mənimlə maraqlanırdı

27 Fevral 2021, 15:19 (GMT +4)
Tbilisidə müxalifətçilər parlamentin qarşısında çadırlar qurub

27 Fevral 2021, 15:17 (GMT +4)
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb

27 Fevral 2021, 15:08 (GMT +4)
“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

27 Fevral 2021, 14:55 (GMT +4)
Azərbaycanda mart ayına olan hava proqnozu açıqlanıb 

27 Fevral 2021, 14:43 (GMT +4)
Bakıda iki avtobusun hərəkət sxemi dəyişdiriləcək

27 Fevral 2021, 14:30 (GMT +4)
Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb

27 Fevral 2021, 14:20 (GMT +4)
Ər-Riyad ABŞ kəşfiyyatının Kaşıkçının qətlinə dair hesabatını rədd edib

27 Fevral 2021, 14:08 (GMT +4)
Sahil Babayev: Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

27 Fevral 2021, 13:54 (GMT +4)
Hindistanda valideynlər övladlarının müalicəsi üçün digər uşaqlarını satıblar 

27 Fevral 2021, 13:53 (GMT +4)
Suriyada minanın partlaması nəticəsində 5 xidmətçi qadın həlak olub

27 Fevral 2021, 13:47 (GMT +4)
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb

27 Fevral 2021, 13:32 (GMT +4)
Hökumət sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün işçi qruplar yaradıb

27 Fevral 2021, 13:20 (GMT +4)
Saatlıda karantini pozan kafe aşkarlanıb

27 Fevral 2021, 13:08 (GMT +4)
ABŞ-ın Rusiyadakı səfiri Boris Nemtsovun ölüm yerini ziyarət edib

27 Fevral 2021, 13:00 (GMT +4)
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlanıb

27 Fevral 2021, 12:50 (GMT +4)
İraqın xarici işlər naziri İrana rəsmi səfərə gedib

27 Fevral 2021, 12:45 (GMT +4)
Azərbaycan manatının effektiv məzənnələri artıb

27 Fevral 2021, 12:44 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 85,7 mini keçib

27 Fevral 2021, 12:30 (GMT +4)
Bakı və Gəncədə avtomobil yanıb

27 Fevral 2021, 12:15 (GMT +4)
Bakı Metropoliteni: Sərnişinləri hər an qarşılamağa hazırıq

27 Fevral 2021, 12:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

27 Fevral 2021, 11:51 (GMT +4)
ABŞ İraqın əl-Bələd bazasındakı qüvvələrini hazır vəziyyətə gətirib

27 Fevral 2021, 11:45 (GMT +4)
Gürcüstanda son sutkada daha 14 nəfər COVID-19-dan ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66