Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

NK: İşğal altındakı ərazilərlə bağlı təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb

23 Oktyabr 2020, 16:11 (GMT +4)

Bakı, 23 oktyar, SalamNews. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq işlər davam etdirilir.

Nazirlər Kabinetindən SalamNews-a verilən məlumata görə, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, xarici şirkətlərin və digər qurumların internet səhifələrində yerləşdirilmiş xəritələrdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizlə əlaqədar təhrif halları aşkarlanıb, bu təşkilatlarla aparılmış iş nəticəsində təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb.

Görülmüş tədbirlər çərçivəsində müəyyən xəritələrdən işğal edilmiş ərazilərimizdə yaradılmış qanunsuz rejimə istinadlar çıxarılıb, Şuşa və Xankəndi başda olmaqla bir çox yaşayış məntəqələrimizin adlarının düzgün formada verilməsi təmin edilib.

Azərbaycan toponimlərinə düzgün istinad edilməsinin təşviqi və gələcəkdə baş verə biləcək təhrif hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.

Tədbirlər Planı çərçivəsində Nazirlər Kabinetinin rəhbərliyi ilə ölkəmizə aid coğrafi adların düzgün yazıldığı və beynəlxalq standartlara uyğun elektron xəritələrin (rəqəmsal, interaktiv və yüksək dəqiqlikli) hazırlanması, beynəlxalq platformalara inteqrasiya edilməsi məqsədilə alternativ platformanın (internet resurs) yaradılması, açıq kateqoriyalı milli məkan məlumatlarının formalaşdırılması siyasətinin hazırlanması, xəritə yaradan beynəlxalq təşkilatlarla davamlı əlaqələrin qurulması, müvafiq danışıqların aparılması, təqdim edilən coğrafi məlumatların beynəlxalq standartlara uyğunlaşdırılmaqla daima yenilənməsi, milli transliterasiya (bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi) standartı əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması, internet platformalarında yayılmış xəritələrdə təhrif hallarının aradan qaldırılması işinə gənclər təşkilatlarının və diaspora qurumlarının cəlb edilməsi və bir çox digər istiqamətlərdə intensiv iş aparılmaqdadır.

Görülmüş tədbirlər çərçivəsində internet platformalarında yayılmış xəritələrdə işğal altındakı ərazilərdə toponimlərimizin təhrif olunmasının qarşısının alınması, sosial şəbəkələrdə və internet platformalarında Azərbaycan həqiqətlərinin daha aktiv təbliğində gənclər və könüllülər təşkilatlarının, ali təhsil müəssisələrində və dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin rolunun gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə işçi qruplar formalaşdırılmış, təhrif halları ilə bağlı beynəlxalq platformalara şikayətlərin ünvanlanması, sosial şəbəkələrdə etiraz aksiyalarının təşkil edilməsi ilə bağlı mütəmadi tədbirlər görülməkdədir.

Aparılmış işlər nəticəsində xaricdəki diplomatik nümayəndəliklərimiz və diaspora təşkilatlarımız vasitəsilə xaricdə keçirilən tədbirlərdə Azərbaycan ərazilərini təhrif olunmuş formada təqdim edən xəritələrin və digər vəsaitlərin həmin tədbirlərdən yığışdırılması, məsələ ilə bağlı təşkilatçıların maarifləndirilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır.

Bundan əlavə GİS (Coğrafi informasiya sistemi) proqram təminatı əsasında inzibati rayonların sərhədləri, şəhərlərin, rayon mərkəzlərinin və digər yaşayış məntəqələrinin adları və sərhədləri, küçələrinin adları ilə bağlı məlumatları özündə əks etdirən müvafiq elektron baza yaradılmışdır. GİS formatında hazırlanmış məlumat bazasının özəl sektor nümayəndələrinin də cəlb edilməsilə açıq tipli məlumat formatına çevrilməsi istiqamətində tədbirlər davam etməkdədir.

Həmçinin, respublikanın bütün şəhər və rayonları üzrə 4 590 şəhər, rayon, qəsəbə, kənd və inzibati ərazi vahidlərinin adları ilkin variantda rus və ingilis dillərində hazırlanıb.

Eyni zamanda ölkəmizin ərazi bütövlüyü ilə bağlı yanlış məlumatları əks etdirən əyani vəsaitlərin (həmçinin kitab, dəftər, qlobus, jurnal, qəzet, broşura kimi kağız məlumat daşıyıcıları və elektron informasiya daşıyıcıları) respublika ərazisinə idxalına nəzarətin gücləndirilməsi və aşkarlanan halların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad hallarının qarşısının alınması istiqamətində işlər davam etdiriləcəkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2020, 10:10 (GMT +4)
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb (VİDEO)

01 Dekabr 2020, 10:00 (GMT +4)
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub

01 Dekabr 2020, 09:58 (GMT +4)
Türkiyədə bu aydan ölkə əhalisinə pulsuz COVID-19 peyvəndi veriləcək 

01 Dekabr 2020, 09:58 (GMT +4)
Səudiyyə İsrail təyyarələrinin hava məkanından keçməsinə icazə verib - Reuters

01 Dekabr 2020, 09:45 (GMT +4)
Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib

01 Dekabr 2020, 09:30 (GMT +4)
Bakıda yük avtomobilləri toqquşub, ölən var

01 Dekabr 2020, 09:25 (GMT +4)
İsraillə əlaqələrini rəsmiləşdirən Bəhreyn iranlı nüvə aliminə qarşı terroru pisləyib

01 Dekabr 2020, 09:23 (GMT +4)
Xorvatiyanın baş naziri koronavirusa yoluxub

01 Dekabr 2020, 09:15 (GMT +4)
Azərbaycanda distant təhsil müddəti uzadılıb

01 Dekabr 2020, 09:00 (GMT +4)
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)

30 Noyabr 2020, 18:06 (GMT +4)
AMB depozit hərracında 200 mln. manat cəlb edib

30 Noyabr 2020, 17:57 (GMT +4)
Argentina şirkətləri İİTKM ilə əməkdaşlıq edəcək

30 Noyabr 2020, 17:40 (GMT +4)
TƏBİB qəzada ölən tələbələrlə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:35 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2020, 17:19 (GMT +4)
İsrail Livanın hava məkanını pozaraq Beyrut səmasında uçuşlar həyata keçirib

30 Noyabr 2020, 17:15 (GMT +4)
DİN Biləsuvarda avtomobilin kanala aşması faktı ilə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:13 (GMT +4)
FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır

30 Noyabr 2020, 17:02 (GMT +4)
Anadolu Agentliyi Füzuli rayonunun ermənilər tərəfindən məhv edilmiş tarixi abidələrindən reportaj hazırlayıb

30 Noyabr 2020, 16:42 (GMT +4)
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub

30 Noyabr 2020, 16:24 (GMT +4)
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb

30 Noyabr 2020, 16:10 (GMT +4)
Zaqatalada qanvermə aksiyası keçirilib (VİDEO)

30 Noyabr 2020, 15:47 (GMT +4)
Erməni təxribatı nəticəsində 93 mülki vətəndaş həlak olub, 410-u xəsarət alıb

30 Noyabr 2020, 15:38 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 48 mini keçib

30 Noyabr 2020, 15:37 (GMT +4)
ANAMA: 27 sentyabrdan indiyədək 727 ədəd PHS, 4 330 ədəd piyada əleyhinə, 1 110 ədəd tank əleyhinə mina aşkarlanıb

30 Noyabr 2020, 15:28 (GMT +4)
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub

30 Noyabr 2020, 15:10 (GMT +4)
Bərdədə evini tərk edən COVİD-19 xəstələri barədə tədbirlər görülüb

30 Noyabr 2020, 14:51 (GMT +4)
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək

30 Noyabr 2020, 14:37 (GMT +4)
ANAMA işğaldan azad olunmuş ərazilər təmizlənməyənə qədər vətəndaşları həmin ərazilərə getməməyə çağırıb

30 Noyabr 2020, 14:20 (GMT +4)
Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 65 milyon manat kredit verib

30 Noyabr 2020, 14:13 (GMT +4)
“Dərs vaxtı”nın 2000-ci buraxılışı efirə gedib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66