Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:42 (GMT +4)

Bakı, 24 oktyabr, SalamNews. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 oktyabr 2020-ci il tarixli 410 nömrəli Qərarı ilə 2020-ci il 24 oktyabr saat 00:00-dan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına giriş-çıxış dayandırılıb.

SalamNews-un məlumatına görə, Dövlət Miqrasiya Xidməti tərəfindən (DMX) bununla əlaqədar olaraq ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almalarını xahiş edilir:

Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbuluna dair

Yevlax, Ağdaş, Bərdə, Ucar, Zərdab, Tərtər, Ağcabədi, Ağdam rayonlarında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri - Yevlax regional miqrasiya idarəsində, Bərdə və Ağcabədi “ASAN xidmət” mərkəzlərində;

Xaçmaz rayonunda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri - Xaçmaz regional miqrasiya idarəsində;

Mingəçevir şəhərində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə miqrasiya məsələləri ilə bağlı müraciətləri – Mingəçevir “ASAN xidmət” mərkəzində qəbul ediləcək.

Həmçinin, giriş-çıxışı məhdudlaşdırılmış yerlərdə yaşayan əcnəbilər miqrasiya məsələləri ilə bağlı elektron xidmətlərdən istifadə edə bilərlər (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az)

Təqdim olunan sənədlərə dair

Mingəçevir şəhəri istisna olmaqla qeyd olunan qərarla giriş-çıxış məhdudlaşdırılmış rayonlarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Sentyabr 2021, 16:50 (GMT +4)
Azərbaycan və Qırğızıstan XİN başçıları arasında görüş olub

25 Sentyabr 2021, 16:47 (GMT +4)
ABŞ Əfqanıstanda hava zərbələri üçün Talibandan icazə almayacağını bildirib

25 Sentyabr 2021, 16:44 (GMT +4)
Hacıqabulda narkotik alverçisi saxlanılıb

25 Sentyabr 2021, 16:39 (GMT +4)
Azərbaycanda son sutkada 2 404 nəfər COVID-19-dan sağalıb, 1 099 nəfər yoluxub

25 Sentyabr 2021, 16:31 (GMT +4)
Almaniya ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etmək planlarını böyük səhv adlandırıb

25 Sentyabr 2021, 16:28 (GMT +4)
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

25 Sentyabr 2021, 16:18 (GMT +4)
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

25 Sentyabr 2021, 16:06 (GMT +4)
Binəqədidə 27- sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçiriib (FOTO)

25 Sentyabr 2021, 15:56 (GMT +4)
Yunanıstan yaşıl iqtisadiyyata keçid üçün vəsait ayıracaq

25 Sentyabr 2021, 15:53 (GMT +4)
Rusiya hərbi təyyarələri İdlib və Hələbdə qruplaşmalara hava zərbələri endirib

25 Sentyabr 2021, 15:46 (GMT +4)
Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi davam edir (VİDEO)

25 Sentyabr 2021, 15:34 (GMT +4)
İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Gəncəyə səfər ediblər 

25 Sentyabr 2021, 15:25 (GMT +4)
Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi keçirilib

25 Sentyabr 2021, 15:13 (GMT +4)
BMT Baş Assambleyasında Taliban hökumətinin deyil sabiq hökumətin nümayəndəsi danışacaq

25 Sentyabr 2021, 15:12 (GMT +4)
Sudanda etirazçılar hava limanını ələ keçirib

25 Sentyabr 2021, 14:57 (GMT +4)
İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul edib

25 Sentyabr 2021, 14:48 (GMT +4)
"Yeni Klinika": Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

25 Sentyabr 2021, 14:36 (GMT +4)
Rusiyada son sutkada COVID-19-dan 822 nəfər ölüb

25 Sentyabr 2021, 14:27 (GMT +4)
Somali paytaxtında minalanmış maşın partladılıb, ölənlər var

25 Sentyabr 2021, 14:20 (GMT +4)
Azərbaycanda hazırda 56 min insan ödənişli ictimai işlərdə çalışır

25 Sentyabr 2021, 14:06 (GMT +4)
Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

25 Sentyabr 2021, 13:56 (GMT +4)
Bakıda təmir etdiyi evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

25 Sentyabr 2021, 13:46 (GMT +4)
Konqresdə Əfqanıstanla bağlı Baydenin impiçment məsələsi gündəmə gətirilib

25 Sentyabr 2021, 13:39 (GMT +4)
Azərbaycanlı kikboksçu Aqşin Yusifzadə vəfat edib

25 Sentyabr 2021, 13:28 (GMT +4)
Şəki sakini qohumunun evindən 10 min manatlıq oğurluq edib

25 Sentyabr 2021, 13:18 (GMT +4)
Azərbaycanlı zəvvarlar Kərbəla yolunda Qarabağ şəhidlərinin fotoları ilə Ərbəin yürüşünü davam etdirirlər (VİDEO)

25 Sentyabr 2021, 13:13 (GMT +4)
"Kəpəz"in hücumçusu: Qələbədən başqa heç nə haqda düşünmürük

25 Sentyabr 2021, 13:10 (GMT +4)
Gürcüstanda son sutkada 38 nəfər COVID-19-un yaratdığı fəsadlardan ölüb

25 Sentyabr 2021, 13:00 (GMT +4)
Sabah yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək

25 Sentyabr 2021, 12:50 (GMT +4)
DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66