Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Berlində Azərbaycan və Ermənistan səfirlərinin debatı olub

28 Oktyabr 2020, 09:30 (GMT +4)

Bakı, 28 oktyabr, SalamNews. 27 oktyabr 2020-ci il tarixində Berlində fəaliyyət göstərən “korespondenten.cafe” jurnalist klubunda Azərbaycan Respublikasının Almaniyadakı səfiri Ramin Həsənov və Ermənistan Respublikasının Almaniyadakı səfiri Aşot Sumbatyanın mətbuat qarşısında debatı təşkil olunub.

SalamNews-un məlumatına görə, tədbirin aparıcısı, “korespondenten.cafe” jurnalist klubunun rəhbəri Evald Köniq ilkin olaraq giriş nitqi ilə çıxış etmək üçün səfirlərə söz verib. Daha sonra səfirlər jurnalistlərin suallarını cavablandırıblar.

Səfir Ramin Həsənov artıq 1 aydan bəri Azərbaycan torpaqlarında müharibənin getdiyini bildirib. Qeyd edib ki, təqribən 30 il bundan əvvəl Ermənistan güc yolu ilə Azərbaycan torpaqlarının 20%-ini zəbt edib və orada etnik təmizləmə aparıb. Münaqişə ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunub, amma məcburi xarakter daşıyan bu qətnamələr icra olunmayıb. Həmçinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 30 il yaxın aparılan danışıqlar uğurlu nəticə verməyib. Bu illər ərzində Ermənistana yetəri qədər təzyiq göstərilmədiyi üçün bu ölkə nəinki zəbt etdiyi torpaqları işğal altında saxlamağa, eyni zamanda ölkəmizə qarşı verbal və əməli provokasiyalar etməyə cəsarət edib. Səfir bu xüsusda Ermənistanın Baş naziri Paşinyanın hakimiyyəti dövründə ölkəmizə qarşı ard-arda edilən təxribatlar barədə məlumat verib və onun “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vurğulayıb.

Səfir Həsənov bildirib ki, 27 sentyabr tarixində Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribata nəhayət Azərbaycan Ordusu əks-hücumla cavab verib və işğal olunmuş torpaqları azad etməyə başlayıb. Nəticədə təmas xətti və status-kvo tamamilə ləğv olunub. Bü müddətdə Ermənistan tərəfi Azərbaycanın mülki obyektlərini hədəfə alıb və edilən hücumlar nəticəsində çoxsaylı mülki şəxs həlak olub. 10 və 17 oktyabr tarixlərində Gəncə şəhərinə ballistik raketlərlə edilmiş hücumlar nəticəsində uşaqlar da daxil olmaqla ümumilikdə 25 mülki şəxs həyatını itirib.

Azərbaycan diplomatı münaqişəyə dair erməni təbliğatının yaydığı yalanlara toxunub. Dağlıq Qarabağın guya Azərbaycana Stalin tərəfindən verilməsi, bölgənin keçmiş SSRİ-nin qanunvericiliyi çərçivəsində Azərbaycandan ayrılması kimi tarixi yalanları faktlarla ifşa edib. Ermənistanın istinad etdiyi xalqların öz müqəddəratını təyin etmə prinsipinin əslində erməni tərəfindən sui-istifadə edildiyini, bu prinsipin Dağlıq Qarabağdakı ermənilərə şamil edilməsinin mümkün olmadığını, bölgənin erməni icmasının Azərbaycanda yaşayan digər milli azlıqların istifadə etdikləri hüquqlarla təmin edilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Səfir həmçinin hazırki hərbi əməliyyatlarla bağlı yayılan qeyri-obyektiv və uydurma məlumatlardan bəhs edib. Ermənistanın guya Azərbaycanla yanaşı Türkiyə ilə də müharibə aparması iddiasına toxunub. Bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir və Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir. Amma bu ölkə münaqişənin iştirakçısı deyil və Azərbaycan hərbi əməliyyatları öz gücünə həyata keçirir. Ramin Həsənov eyni zamanda Azərbaycanda guya Yaxın Şərqdən muzdluların döyüşməsi barədə iddianın absurd olduğunu, buna dair indiyədək bir dənə də olsa sübutun təqdim edilmədiyini vurğulayıb. Qeyd edib ki, bütün bu mifləri Ermənistan tərəfi hərbi əməliyyatlarda Azərbaycana məğlub olmasına bəraət qazandırmaq üçün yayır. Səfir həmçinin əsassız yerə Türkiyənin münaqişədə iştirakçı olduğunu iddia edənlərin Ermənistanın pulsuz silahla təchiz edilməsi və onun ərazisində xarici ölkənin hərbi bazasının olması faktlarının gözardına almalarını tənqid edib.

Azərbaycan səfiri həmçinin hərbi əməliyyatlarda Azərbaycanın guya Dağlıq Qarabağdakı mülki obyektləri nişana alması və ya qadağan olunmuş silahlardan istifadə etməsi barədə xəbərlərə də toxunub. Qeyd edib ki, bu məlumatlar reallığa uyğun deyil. Azərbaycan hərbi əməliyyatlar başlayandan bölgənin erməni mülki əhalisinə müraciət edərək hərbi obyektlərdən uzaq durmağa çağırış edib. Ermənistan tərəfi isə Azərbaycanın hətta cəbhəyanı bölgədə yerləşməyən yaşayış məntəqələrinə məqsədli şəkildə hücumlar edir, mümkün qədər çox mülki şəxsi qətlə yetirməyə çalışır. Ermənistan tərəfindən törədilmiş insanlığa qarşı müharibə cinayətləri nəticəsində bugünə qədər 65 mülki şəxs həyatını itirib.

Ramin Həsənov həmçinin münaqişənin həlli imkanlarından danışıb. Qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq olaraq öz ərazi bütövlüyünü bərpa edir. Ermənistan işğala könüllü şəkildə son qoymaqla qan tökülməsinin qarşısını ala bilər. Səfir bildirib ki, işğalçı qüvvələrin çıxarılmasından sonra azərbaycanlı məcburi köçkünlər geri qayıtmalı, işğalçı qüvvələr tərəfindən viran edilmiş məntəqələr bərpa edilməlidir. Azərbaycan Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının dinc və təhlükəsizlik şəraitində birgəyaşayışını təmin etməyə hazırdır.

Azərbaycan diplomatı o cümlədən Ermənistanın indiyədək münaqişənin həllindən yayınması və status kvonu bərkitməklə məşğul olması barədə danışıb. Vurğulayıb ki, qonşu ölkənin ərazisində etnik təmizləmə aparan, Xocalıda mülki əhaliyə qarşı soyqırımı həyata keçirən, yüz minlərlə azərbaycanlını 30 ildən bəri vətəndən məhrum edən bir ölkənin insan hüquqlarından danışmağa mənəvi haqqı çatmır. Səfir Azərbaycanın Bakı və digər şəhərlərində minlərlə erməni əsilli vətəndaşların yaşamasına istinadən, Ermənistanın öz işğalçı siyasətinə guya Dağlıq Qarabağ ermənilərini etnik təmizləmə riskindən müdafiə etmək donu geyindirməsinin sağlam məntiqə sığmadığını vurğulayıb. Bildirib ki, Ermənistanın dərc etdiyi xəritələrdə Dağlıq Qarabağ ətrafındakı 7 rayonunun qondarma rejimin ərazisi kimi göstərilməsi, bu torpaqlarda müdafiə istehkamları inşa etməsi, eləcə də Ermənistan rəhbərliyinin bu torpaqların Azərbaycana qaytarılmayacağına dair bəyanatları onu göstərir ki, guya Dağlıq Qarabağdakı ermənilərin müdafiəsi əslində işğalçı siyasəti pərdələmək üçün bəhanədir.

Səfir həmçinin beynəlxalq birliyin atəşkəsə çağırmaqla yanaşı işğala son qoyulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməsinin vacib olduğunu bildirib. O, Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini qeyd edib, eyni zamanda bu ölkəni Ermənistana beynəlxalq hüquqa əməl etməsi üçün təsir etməyə çağırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Berlində Nizami Gəncəvi haqqında məqalələrdən ibarət kitab çap olunub

Berlində COVID-19-un yayılmasına qarşı sərt tədbirlər qüvvəyə minir

Berlində etiraz aksiyaları zamanı 45 polis əməkdaşı xəsarət alıb

AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək

Berlindən Bakıya gətirilən 188 nəfər karantinə yerləşdirilib (FOTO)

Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib

Berlində II Dünya müharibəsindən qalan bomba zərərsizləşdirilib

Pompeo və Çavuşoğlu Berlində danışıqlar aparıb

Berlində Liviya mövzusunda konfrans keçirilib

Azərbaycan məhsulları Berlində keçirilən sərgidə təqdim olunur

Putin Liviya münaqişəsilə bağlı Berlində keçiriləcək toplantıya qatılacaq

Pompeo Liviya üzrə Berlin konfransında iştirak edəcək

Liviyada atəşkəsin qorunması Berlin konfransınən uğurunun əsas şərtidir - Çavuşoğlu

General Haftar Liviya münaqişəsilə bağlı Berlin toplantısına qatılacağını bildirib

Berlində Türkiyə səfirliyinin maşınına hücum edilib

Berlində Azərbaycanın mədəniyyət axşamı keçirilib 

London Berlinin Səudiyyə Ərəbistanı ilə bağlı qərarından narazıdır

Azərbaycan məhsulları Berlində "Fruit Logistica" sərgisində nümayiş olunur

Merkel: Berlin Quaydonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıyır

Berlində I Almaniya-Azərbaycan biznes-dialoqu keçirilib

24 Noyabr 2020, 17:59 (GMT +4)
Koronavirus xəstəsi postda saxlanılıb

24 Noyabr 2020, 17:56 (GMT +4)
Göygöldə mağazadan 3 min manatlıq oğurluq edilib

24 Noyabr 2020, 17:53 (GMT +4)
Ayətullah Ərafi Azərbaycanı qələbə münasibəti ilə təbrik edib

24 Noyabr 2020, 17:50 (GMT +4)
Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul edib

24 Noyabr 2020, 17:40 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

24 Noyabr 2020, 17:40 (GMT +4)
BDU-nun dosenti vəfat edib

24 Noyabr 2020, 17:37 (GMT +4)
Xəzərdə zəlzələ olub

24 Noyabr 2020, 17:32 (GMT +4)
BŞTİ: Eksternat imtahanlarının vaxtı bəlli olub

24 Noyabr 2020, 17:23 (GMT +4)
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

24 Noyabr 2020, 17:15 (GMT +4)
Gəncə sakininə bıçaqla xəsarət yetirilib

24 Noyabr 2020, 17:11 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb

24 Noyabr 2020, 17:09 (GMT +4)
Yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb

24 Noyabr 2020, 16:53 (GMT +4)
İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin görüntüləri yayılıb (VİDEO)

24 Noyabr 2020, 16:52 (GMT +4)
Suriyanın şimalında kürdlər və müxalifətin birləşmələri arasında qarşıdurma baş verib, 18 ölü var

24 Noyabr 2020, 16:25 (GMT +4)
"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcək

24 Noyabr 2020, 16:11 (GMT +4)
Şuşaya avtomobil yolunun çəkilişinə başlanılıb

24 Noyabr 2020, 15:54 (GMT +4)
Prezident İlham Əliyev: Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? (VİDEO)

24 Noyabr 2020, 15:36 (GMT +4)
Avropa dövlətləri bölgədə daima müdaxilə etdikləri halda bizi müdaxilədə ittihamlandırırlar – Ayətullah Xamenei

24 Noyabr 2020, 15:33 (GMT +4)
Polietilen torbaların satışını qadağan edən layihə II oxunuşda təsdiqlənib

24 Noyabr 2020, 15:20 (GMT +4)
Çavuşoğlu: “Azərbaycana həm döyüş meydanında, həm də diplomatiya masasında tam dəstək verdik”

24 Noyabr 2020, 15:17 (GMT +4)
Azərbaycan hərbçiləri ermənilərə Gülablıdan çıxmağa yardım edib

24 Noyabr 2020, 14:58 (GMT +4)
ÜST ilk yoluxma ilə bağlı yeni nəzəriyyə irəli sürüb

24 Noyabr 2020, 14:47 (GMT +4)
Prezident: "Əsgər və zabitlərimiz aslan kimi vuruşdular"

24 Noyabr 2020, 14:33 (GMT +4)
Bakı Limanında yükaşırma 19 % artıb

24 Noyabr 2020, 14:33 (GMT +4)
Ayətullah Xameneinin hərbi müşaviri prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib

24 Noyabr 2020, 14:17 (GMT +4)
Səhiyyə Nazirliyi: Qrip əleyhinə peyvəndlərin 80 faizi istifadə edilib

24 Noyabr 2020, 14:06 (GMT +4)
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (VİDEO)

24 Noyabr 2020, 13:52 (GMT +4)
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartları verilib

24 Noyabr 2020, 13:34 (GMT +4)
Ukraynada son sutkada 12 mindən çox insan koronavirusa yoluxub

24 Noyabr 2020, 13:27 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66