Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Məhərrəm Əliyev: Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir

28 Oktyabr 2020, 11:00 (GMT +4)

Bakı, 28 oktyabr, SalamNews. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev məqalə yazıb.

SalamNews məqaləni təqdim edir:

Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmaqdadır! Nəsillərdən bizə miras qalan ən ülvi hislərimizlə qələbə dəyərlərini gələcək nəsillərə daşıyırıq.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dinc sakinlərimizin qətlinə yönəlmiş məqsədlə bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutması, düşmən ordusunun açıq-aşkar yeni ərazi iddialarının və havadarlarına böyük etiqad və inamla regionda münaqişənin daha da gərginləşdirilməsi niyyətlərinin riyakar nümunəsidir. Azərbaycanın region və dünyada xüsusi əhəmiyyət və sürətlə artan nüfuzu, beynəlxalq təşkilatlarda həmsədrlik, söz haqqının olması, həyata keçirilən strateji layihələrlə ölkəmizin dünya iqtisadiyyatına verdiyi töhfələr düşməndə qıcıq və qısqanclıq yaratması, özünün müqayisəolunmaz dərəcədə bütün sahələrdə geriləməsinin nəticəsidir və təzahürüdür.

Milli Ordumuz sahib olduğu qətiyyət sayəsində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması ordumuzun çeviklik və peşəkarlıq səviyyəsinin çox yüksək olmasını nəinki düşmənə bütün dünyaya nümayiş etdirdi. Qısa zamanda əldə olunan nailiyyətlər peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması şəxsi heyətin uğurla irəliləyərək Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikalarının aşkar edilərək məhv edilməsi və onların hərəkət trayektoriyasına nəzarət aparılmasına imkan verir. Azərbaycanın dünya miqyasında 50 ən güclü orduya sahib dövlətlərin siyahısında olması bizi çox qürurlandırır və yalnız qələbə ümidlərini yaşadır!

Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür.

Vətən çağırışına olan mənəvi səfərbərliyimizin qarşısında düşmən tab gətirməyəcək!

İllərlə düşmən tapdağı altında olan torpaqlarımızın çağırışına canı, qanı, ruhu və bütün varlığı ilə irəliləyən hər bir azərbaycanlı igid oğullarımıza, bu müqəddəs çağırışa “canım fəda” deyib şəhidlik zirvəsinə ucalan övladlarımıza və onlarla birgə yetişən və yetişməkdə olan nəsillərimizə qələbə sevincimizi yaşatmaq qədər ülvi hissləri yaşadığımız üçün çox qürurluyuq. Torpaqlarımızı işğaldan azad etməklə nəinki ərazi bütövlüyümüzü təmin edirik, eyni zamanda illərlə kimsəsiz qalan, təhqir olunan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi, dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytarmış və yenidən qazanmış oluruq. Azərbaycan hər zaman dünyada sülhün, tolerantlıq və dialoqun, mədəniyyətlər və sivilizasiyalara xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən öncül ölkələr siyahısındadır. Ancaq buna baxmayaraq işğal altnda olan torpaqlarımızda tarixi abidələrimiz, maddi-mənəvi irsimizin qəsdən və riyakarcasına dağıdılması və təhqir olunması beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan vandalizm aktının şahidi oluruq. İşğaldan azad olunan rayon və kəndlərimizdə abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox ağrılıdır! Müharibə şəraitində belə sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq mülki insanlara, tarixi-dini abidələrə, sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşan Cənab Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq.

Hər bir şəhid olan hərbçi və mülki şəxslərimizin qisasını alacağıq!

Ermənistan hərbçilərinin hədəfinə çevrilmiş Azərbaycanın mülki əhalisinin raket və top atəşinə tutulması nəticəsində 69 nəfər həlak olmuş və 314 nəfər yaralanmışdır. Bu bir daha riyakar düşmənin hərb meydanında ağır məğlubiyyətinin nəticəsidir. Cəsədlərinin toplanmasına belə maraqlı olmayan düşmən ölkəsinin real siyasi, ictimai, sosial-iqtisadi vəziyyətinin necə olduğunu açıq-aşkar nümayiş etdirir. Düşmənin dünya ölkələrinə əsassız yalvarışları, müraciətləri nəticəsiz qaldığı halda Azərbaycan ordusu öz Ali Baş Komandanının güclü siyasəti və qətiyyətinə inanaraq, iradə və əzmi ilə zəfər çalır!

Cənab Prezident İlham Əliyev çıxışlarında da hər zaman xüsusi əhəmiyyətlə hərbi texnika və avadanlıqların istehsalı istiqamətində uğurlu inkişafı qeyd edərək daima yeni və strateji planların icrasını vurğulamışdır. Bütün həyata keçirilən fəaliyyət və uğurlu nəticələr bu gün ölkəmizin hərbi potensialının, döyüş qabiliyyətinin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir və ordumuzun potensialını, güc və peşəkarlığını sübut etdirir. Ölkəmizin hərb potensialı və resursunu düzgün qiymətləndirə bilməyən, statistik göstəriciləri analiz etmək qabiliyyətinə malik olmayan Ermənistan hökuməti və dövləti ölümə göndərdiyi minlərlə əsgərlərin ana-atalarına cavab verməli olacaq! Azərbaycan öz ərazi bütövlüyü və torpaqları uğrunda döyüşür və zəfər çalır ancaq Ermənistan acgöz və riyakarcasına yeni ərazi iddiaları ilə, terror planları və regionda sülh və ədalət prinsipləri pozmaq məqsədləri ilə vətəndaşlarını məcburi surətdə ölümə göndərir. Bu əlbəttə ki, təbii bir haldır ki, Azərbaycan əsgərinin mübarizə və hərbi vətənpərvərlik ruhu ermənilərlə müqayisə olunmayacaq dərəcədədir, çünki xaqlımız bu günləri, zəfər anlarının həsrətini illərlə gözlədiyi halda ermənilər özgə torpaqlarda öz xoşbəxtliklərini qurmağa cəhd edirdilər. Hər vasitə ilə status-kvonu öz maraqlarına uyğun şəkildə saxlayaraq tarixi, əbədi-əzəli torpaqlarımızdan öz mənfur terror siyasəti, Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin digər dövlətlərə narkotik maddələrin daşınmasının həyata keçirilməsi, Dağlıq Qarabağ ərazisindən narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, terrorçuların yetişdirilməsi üçün nəzarətsiz zona kimi istifadə edirdilər.

Azərbaycan xalqı hər an Ali Baş Komandanın qələbə müjdəsini səbirsizliklə gözləyir!

Artıq 30 gündür güclü Azərbaycan Ordusunun, rəşadətli əsgərlərimizin şücaəti nəticəsində cəbhədən sevindirici xəbərlər alırıq və bu xəbərlər Cənab Prezidentin şəxsən özünün xalqa müraciəti ilə çatdırılır. Ali Baş Komandanın hər zaman səsləndirdiyi kimi “Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu hazırda öz torpaqları uğrunda döyüşür”.

Vətən Müharibəsi Azərbaycan Ordusunun uğurları və şücayəti ilə davam edir. Hər gün cəbhədən aldığımız sevindirici xəbərlərlə, beynəlxalq KİV rəhbərlərinə verdiyi səlist və qətiyyətli müsahibələri ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradır.

Xalqımız tezliklə işğaldan azad olunmuş torpaqlara qovuşacaq, həsrət sona çatacaq!

Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu. Şanlı ordumuz Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, bir çox kəndləri, qəsəbələri və eyni zamanda strateji yüksəklikləri işğaldan azad etməsini çox qürurverici həyəcan və sevinclə qarşıladıq. Azərbaycan xalqının həmrəylik nümayiş etdirərək, Cənab Ali Baş Komandanın ətrafında sıx birləşməsi və yalnız qələbə ümidi ilə Azərbaycan ordusuna dəstək olması həqiqətən çox həssas və qürurvericidir. Yaşlı bir azərbaycanlı nənənin nəvəsinə “Bala bircə dənə də olsa erməni tankı vurmasan geri gəlmə” deməsi, şəhid ana-atalarımızın “Vətən sağ olsun” deməsi, erməni terroru nəticəsində gecə vaxtı evləri dağıdılan mülki şəxslərin şanlı Ordumuzu “İrəli-Qələbəyə doğru” səsləmələri, körpə balalarımızın gözündəki qisas və qələbə əzmi milli kimliyimizi özümüzə xatırlatdı, güclü millət olduğumuzu, dəyərlərimizə sahiblənməyi bacaran, torpaqları və ərazi bütövlüyü uğrunda qorxmadan həlak olmağı və öldürməyi bacaran məğrur və qalib millət olduğumuzu növbəti dəfə özümüzə və bütün dünyaya sübut etdi. Hər bir evdə, hər ocaqda hər qarış torpağımızda qalib Azərbaycan bayrağımız var! Bu əzmin, ruh yüksəkliyinin, iradə və qətiyyətin qarşısında heç bir düşmən dayana bilməyəcəkdir!

Qarabağ uğrunda mübarizə bizim haqq və ədalət savaşımızdır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib

Məhərrəm Əliyev Prezidentin köməkçisi-şöbə müdiri təyin edilib

28 Noyabr 2020, 16:56 (GMT +4)
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

28 Noyabr 2020, 16:48 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanılıb

28 Noyabr 2020, 16:39 (GMT +4)
Səudiyyənin kralı Netanyahunun ölkəyə gizli səfərindən xəbərsiz olub - Reuters

28 Noyabr 2020, 16:33 (GMT +4)
Ağsuda COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

28 Noyabr 2020, 16:18 (GMT +4)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri xarici işlər naziri ilə görüşüb

28 Noyabr 2020, 16:03 (GMT +4)
“Qarabağ”ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb

28 Noyabr 2020, 15:53 (GMT +4)
İqtisadi Şuranın iclasında işğaldan azad olunmuş ərazilərin bərpası müzakirə edilib

28 Noyabr 2020, 15:44 (GMT +4)
Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

28 Noyabr 2020, 15:43 (GMT +4)
Avropa Birliyi İranda nüvə aliminə qarşı terror aktını pisləyib

28 Noyabr 2020, 15:30 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 daşıyıcılarına cinayət işi başlanılıb

28 Noyabr 2020, 15:11 (GMT +4)
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir

28 Noyabr 2020, 14:53 (GMT +4)
Tovuzda yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanılıb

28 Noyabr 2020, 14:40 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib

28 Noyabr 2020, 14:25 (GMT +4)
Gürcüstanda 24 saat ərzində 4.472 nəfərdə koronavirusa yoluxma aşkar edilib

28 Noyabr 2020, 14:12 (GMT +4)
Ermənilərin Tərtəri vurduğu “Smerç” meriyanın muzeyində saxlanılır

28 Noyabr 2020, 13:55 (GMT +4)
Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

28 Noyabr 2020, 13:46 (GMT +4)
Ayətullah Xamenei nüvə aliminin intiqamı ilə bağlı göstəriş verib

28 Noyabr 2020, 13:40 (GMT +4)
DİN: Gəncəyə polis rəisi təyin edilməsi xəbəri həqiqəti əks etdirmir

28 Noyabr 2020, 13:21 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

28 Noyabr 2020, 13:09 (GMT +4)
Ermənistan prezidenti Moskvaya səfər edib

28 Noyabr 2020, 13:00 (GMT +4)
Hikmət Hacıyev: Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü

28 Noyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Noyabr 2020, 12:42 (GMT +4)
Ərdoğan: Müsəlmanlar İslama düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətindədirlər

28 Noyabr 2020, 12:30 (GMT +4)
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb

28 Noyabr 2020, 12:17 (GMT +4)
Bir sıra dünya siyasətçiləri iranlı nüvə aliminin terrora məruz qalmasına münasibət bildiriblər

28 Noyabr 2020, 12:15 (GMT +4)
Oğuzda qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib (VİDEO)

28 Noyabr 2020, 12:11 (GMT +4)
Pompeo, Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edilməsinin səbəblərindən danışıb

28 Noyabr 2020, 12:00 (GMT +4)
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirilib

28 Noyabr 2020, 11:45 (GMT +4)
Bu il Azərbaycanda 678616 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib

28 Noyabr 2020, 11:30 (GMT +4)
Məlahət Mürşüdlü vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66