MN: Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır28 Oktyabr 2020, 15:08 (GMT +4) Bakı, 28 oktyabr, SalamNews. Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.
Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır", - məlumatda vurğulanıb.
|