Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub

29 Oktyabr 2020, 15:45 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarını yenidən qurub.

Bu barədə SalamNews-a qurumdan bildirilib.

Məlumata görə, başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 km-dir. Yolun Ağsu-Qaradağ hissəsi 20,3 km, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18,7 km təşkil edir.

Avtomobil yolları uzun müddət əsaslı təmir olunmadığından yararsız vəziyyətdə idi. Bu üzdən nəqliyyat vasitələrinin intensiv hərəkəti, inzibati əhəmiyyəti və perspektiv inkişafı nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yollar əsaslı şəkildə yenidən qurulub.

Yenidənqurma işləri çərçivəsində yararsız örtük mexanizmlə sökülüb, torpaq yatağının yararsız hissələri ekskovatorla qazılıb çıxarılıb və ərazidən daşınıb, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun normativ eninin alınması üçün genişləndirmə işlər görülüb.

Torpaq işlərinə paralel olaraq yol boyu uzunluğu 14,2 m, eni isə 5,8 m olan mövcud körpünün hərəkət hissəsi təmir edilib, məhəccərlər yenisi ilə əvəz edilib, həmçinin 1 nöqtədə 10 metr uzunluğunda dördbucaqlı su keçidi, mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün 193 nöqtədə yeni suötürücü borular inşa edilib.

Bunun ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, avtomobil yollarına 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bunun üçün iri və xırda dənəli asfalt-beton qarışıqlarından istifadə olunub.

Bundan başqa layihəsi çərçivəsində avtobus dayanacaqları, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün zəruri yerdə ikitərəfli əyrixətli tirlər, məlumatverici lövhələr, 130 yol nişanı və 540 siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilibAğsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, eyni zamanda kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AAYDA: Şamaxıdakı Şəhriyar-Kələxana avtomobil yolu yenidən qurulub

AAYDA: Xırdalan dairəsində yeni tikilən körpüdə işlər bitmək üzrədir

AAYDA: Gürcüstanla dövlət sərhədinə qədər yolun genişləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

AAYDA: Nərimanov rayonunun yol problemi həll edilir

AAYDA: Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir

AAYDA 5 minə yaxın aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

AAYDA daha 1 500 aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

AAYDA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait köçürüb

AAYDA sürücülərə sürət həddinə əməl etmələri ilə bağlı çağırış edib

Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

AAYDA bu ilin I rübünə yekun vurub

AAYDA-nın idarə heyətinin sədri vətəndaşları qəbul edib

AAYDA: Bəzi yollarda təmir işləri aparılacaq

AAYDA avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb

AAYDA: Zəlzələ nəticəsində avtomobil yollarına ziyan dəyib

AAYDA bu il 270 yeni maşın və mexanizm almaq niyyətindədir

AAYDA: Babək prospektində çökmə olmayıb, yol deformasiyaya uğrayıb

AAYDA-də Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib

28 Noyabr 2020, 16:56 (GMT +4)
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

28 Noyabr 2020, 16:48 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanılıb

28 Noyabr 2020, 16:39 (GMT +4)
Səudiyyənin kralı Netanyahunun ölkəyə gizli səfərindən xəbərsiz olub - Reuters

28 Noyabr 2020, 16:33 (GMT +4)
Ağsuda COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

28 Noyabr 2020, 16:18 (GMT +4)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri xarici işlər naziri ilə görüşüb

28 Noyabr 2020, 16:03 (GMT +4)
“Qarabağ”ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb

28 Noyabr 2020, 15:53 (GMT +4)
İqtisadi Şuranın iclasında işğaldan azad olunmuş ərazilərin bərpası müzakirə edilib

28 Noyabr 2020, 15:44 (GMT +4)
Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

28 Noyabr 2020, 15:43 (GMT +4)
Avropa Birliyi İranda nüvə aliminə qarşı terror aktını pisləyib

28 Noyabr 2020, 15:30 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 daşıyıcılarına cinayət işi başlanılıb

28 Noyabr 2020, 15:11 (GMT +4)
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir

28 Noyabr 2020, 14:53 (GMT +4)
Tovuzda yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanılıb

28 Noyabr 2020, 14:40 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib

28 Noyabr 2020, 14:25 (GMT +4)
Gürcüstanda 24 saat ərzində 4.472 nəfərdə koronavirusa yoluxma aşkar edilib

28 Noyabr 2020, 14:12 (GMT +4)
Ermənilərin Tərtəri vurduğu “Smerç” meriyanın muzeyində saxlanılır

28 Noyabr 2020, 13:55 (GMT +4)
Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

28 Noyabr 2020, 13:46 (GMT +4)
Ayətullah Xamenei nüvə aliminin intiqamı ilə bağlı göstəriş verib

28 Noyabr 2020, 13:40 (GMT +4)
DİN: Gəncəyə polis rəisi təyin edilməsi xəbəri həqiqəti əks etdirmir

28 Noyabr 2020, 13:21 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

28 Noyabr 2020, 13:09 (GMT +4)
Ermənistan prezidenti Moskvaya səfər edib

28 Noyabr 2020, 13:00 (GMT +4)
Hikmət Hacıyev: Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü

28 Noyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Noyabr 2020, 12:42 (GMT +4)
Ərdoğan: Müsəlmanlar İslama düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətindədirlər

28 Noyabr 2020, 12:30 (GMT +4)
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb

28 Noyabr 2020, 12:17 (GMT +4)
Bir sıra dünya siyasətçiləri iranlı nüvə aliminin terrora məruz qalmasına münasibət bildiriblər

28 Noyabr 2020, 12:15 (GMT +4)
Oğuzda qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib (VİDEO)

28 Noyabr 2020, 12:11 (GMT +4)
Pompeo, Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edilməsinin səbəblərindən danışıb

28 Noyabr 2020, 12:00 (GMT +4)
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirilib

28 Noyabr 2020, 11:45 (GMT +4)
Bu il Azərbaycanda 678616 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib

28 Noyabr 2020, 11:30 (GMT +4)
Məlahət Mürşüdlü vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66