Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Baş Narkotiklərlə Mübarizə İdarəsi Sumqayıtda xüsusi əməliyyat keçirib

29 Oktyabr 2020, 18:02 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı Corat qəsəbəsində yaşayan Kərəm Kərimov saxlanılıb. Onun üzərindən 11,665 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Keçirilən daha bir tədbir zamanı Sumqayıt şəhərində yaşayan, Yardımlı rayon sakini Müştəba Nuriyev tutulub. Onun üzərində axtarış aparılan zaman 1 kiloqram 75 qram heroin və 1 kiloqram 5 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Baş İdarənin əməkdaşları tərəfindən Sumqayıt şəhərində keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş, Corat qəsəbəsi sakini Səfərəli Nəsibov tutulub. Onun üzərində 2 qrama yaxın narkotik vasitə heroin aşkar edilib.

Həyata keçirilən daha bir əməliyyat zamanı isə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Emin Hüseynov saxlanılıb. Onun üzərindən 16 qrama yaxın heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif şəxslərin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul ediblər və satışını təşkil etməyə cəhd göstəriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DİN Biləsuvarda avtomobilin kanala aşması faktı ilə bağlı məlumat yayıb

“Qarabağ”ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb

DİN: Gəncəyə polis rəisi təyin edilməsi xəbəri həqiqəti əks etdirmir

XİN başçısı: “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”

Qadın sahibkarlığının inkişafına dair forum keçirilib

Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcək

DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq edib

Elşad Hacıyev DİN-də şöbə rəisi təyin edilib

Dini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblər

Azərbaycan Prezidenti Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb (FOTO)

İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində olublar (VİDEO)

DİN açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama yayıb

Ərdoğan: Avropa İttifaqı vədini yerinə yetirməli və Türkiyəni Aİ-yə qəbul etməlidir

DİN: Yaşadığı evin kandarına maskasız çıxan şəxs cərimələnəcək

Rusiya Şuşa və Xankəndinə humanitar yardım göndərib (VİDEO)

DİN vətəndaşları karantin rejiminə əməl etməyə çağırıb

DİN: Polis Akademiyasına yeni rəis təyin edilib

DİN: Lisenziyası olanlar həftəsonu taksi fəaliyyəti ilə məşğul ola biləcək

Xocavəndin Tsakuri kəndinin adı dəyişdirilib

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınların futbol liqasına start verilib

01 Dekabr 2020, 09:45 (GMT +4)
Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib

01 Dekabr 2020, 09:30 (GMT +4)
Bakıda yük avtomobilləri toqquşub, ölən var

01 Dekabr 2020, 09:25 (GMT +4)
İsraillə əlaqələrini rəsmiləşdirən Bəhreyn iranlı nüvə aliminə qarşı terroru pisləyib

01 Dekabr 2020, 09:23 (GMT +4)
Xorvatiyanın baş naziri koronavirusa yoluxub

01 Dekabr 2020, 09:15 (GMT +4)
Azərbaycanda distant təhsil müddəti uzadılıb

01 Dekabr 2020, 09:00 (GMT +4)
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)

30 Noyabr 2020, 18:06 (GMT +4)
AMB depozit hərracında 200 mln. manat cəlb edib

30 Noyabr 2020, 17:57 (GMT +4)
Argentina şirkətləri İİTKM ilə əməkdaşlıq edəcək

30 Noyabr 2020, 17:40 (GMT +4)
TƏBİB qəzada ölən tələbələrlə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:35 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2020, 17:19 (GMT +4)
İsrail Livanın hava məkanını pozaraq Beyrut səmasında uçuşlar həyata keçirib

30 Noyabr 2020, 17:15 (GMT +4)
DİN Biləsuvarda avtomobilin kanala aşması faktı ilə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:13 (GMT +4)
FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır

30 Noyabr 2020, 17:02 (GMT +4)
Anadolu Agentliyi Füzuli rayonunun ermənilər tərəfindən məhv edilmiş tarixi abidələrindən reportaj hazırlayıb

30 Noyabr 2020, 16:42 (GMT +4)
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub

30 Noyabr 2020, 16:24 (GMT +4)
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb

30 Noyabr 2020, 16:10 (GMT +4)
Zaqatalada qanvermə aksiyası keçirilib (VİDEO)

30 Noyabr 2020, 15:47 (GMT +4)
Erməni təxribatı nəticəsində 93 mülki vətəndaş həlak olub, 410-u xəsarət alıb

30 Noyabr 2020, 15:38 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 48 mini keçib

30 Noyabr 2020, 15:37 (GMT +4)
ANAMA: 27 sentyabrdan indiyədək 727 ədəd PHS, 4 330 ədəd piyada əleyhinə, 1 110 ədəd tank əleyhinə mina aşkarlanıb

30 Noyabr 2020, 15:28 (GMT +4)
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub

30 Noyabr 2020, 15:10 (GMT +4)
Bərdədə evini tərk edən COVİD-19 xəstələri barədə tədbirlər görülüb

30 Noyabr 2020, 14:51 (GMT +4)
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək

30 Noyabr 2020, 14:37 (GMT +4)
ANAMA işğaldan azad olunmuş ərazilər təmizlənməyənə qədər vətəndaşları həmin ərazilərə getməməyə çağırıb

30 Noyabr 2020, 14:20 (GMT +4)
Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 65 milyon manat kredit verib

30 Noyabr 2020, 14:13 (GMT +4)
“Dərs vaxtı”nın 2000-ci buraxılışı efirə gedib

30 Noyabr 2020, 14:12 (GMT +4)
İran nüvə aliminin terrora məruz qalmasının yeni detallarını açıqlayıb

30 Noyabr 2020, 14:05 (GMT +4)
İndiyədək Azərbaycanda 238 xəstəyə immun plazma köçürülüb

30 Noyabr 2020, 13:40 (GMT +4)
Tələbə universitetə bərpa olunması üçün rektora müraciət edib

30 Noyabr 2020, 13:39 (GMT +4)
İsrail baş naziri Misirə səfər edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66