Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Baş Prokurorluq: Ermənistan işğal edilmiş ərazilərdə 100 mindən artıq qiymətli və nadir eksponatları məhv edib və talayıb

29 Oktyabr 2020, 11:30 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasəti nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri , Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

Baş Prokurorluqdan SalamNews-a verilən məlumata görə, hərbi zərurət olmadan hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə olunmuş gücləndirilmiş mühafizə altındakı Xocalı, Ağdam rayonunda Üzərliktəpə, Füzuli rayonunda Qaraköpək kurqanları və digər tarixi mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkar edilmiş ümumdünya əhəmiyyətinə malik 100 mindən artıq qiymətli və nadir eksponatlar məhv edilmiş və talanmış, habelə işğalı əbədiləşdirmək və ermənilərin guya işğal olunmuş ərazilərdə tarixən yaşamasını beynəlxalq ictimaiyyətə inandırmaq üçün aparılmış qanunsuz arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş Azərbaycan xalqına məxsus tarixi mədəniyyət nümunələri talan edilərək Ermənistan Respublikasına qanunsuz olaraq aparılıb.

Ermənistan Respublikasına qanunsuz çıxarılmaqla özgəninkiləşdirilərək talan edilmiş, xüsusi tarixi, elmi, ədəbi və mədəni dəyəri olan əşyalar və sənədlər talanması nəticəsində məhv olmuş, korlanmış və dağıdılmış, ağır nəticələrə səbəb olmuş Azərbaycan Respublikasına, onun vətəndaşlarına, ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus xüsusilə külli miqdar təşkil edən milyardlarla manat dəyərində daşınar və daşınmaz əmlaklar yandırılmaqla, partladılmaqla və başqa ümumi təhlükəli üsullarla qəsdən məhv edilmiş, bundan başqa işğal olunmuş ərazilərdə Azərbaycan dövlətinə məxsus yeraltı və yerüstü sərvətlər talanmaqla ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurulub.

Qeyd olunan faktlarla bağlı toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 116.0.2 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8-1 (hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə), 183.2.1 (xüsusi dəyəri olan əşyaları talama), 186.3 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 206.4 (qaçaqmalçılıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə istintaq-əməliyyat qrupu yaradılıb.

Prokurouq əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə hadisə yerinə baxış və dəymiş zərərin müəyyən edilməsindən ötrü zəruri olan digər istintaq hərəkətləri keçirilir.

Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, təqsirkar şəxslərin beynəlxalq və milli qanunvericiliyinin tələblərinə əsasən məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlərin görülməsi təmin ediləcək .


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Baş Prokurorluq Seyran Ohanyanın cinayət işi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Ermənistanın müharibə qanunlarının pozulması faktlarına dair məlumat yayıb

Baş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib

Baş Prokurorluq Ermənistanın mülki əhaliyə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

Baş Prokurorluq: Qarabağda döyüşmüş PKK-PYD-YPG terrorçuları ilə bağlı cinayət işi başlanılıb

Abxaziyadan gələn bir qrup muzdlu barəsində Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb

Baş Prokurorluq: Erməni təcavüzü nəticəsində yaralananların sayı 407-yə çatıb

Baş Prokurorluq: Erməni təcavüzü nəticəsində 3 mindən çox yaşayış evi yararsız vəziyyətə düşüb

Baş Prokurorluq: Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 92-yə çatıb

Baş Prokurorluq: Ermənistanın mülki əhaliyə qarşı hücumları nəticəsində 2 734 ev yararsız vəziyyətə düşüb

Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

Baş Prokurorluq: Ermənilər 90 mülki şəxsi qətlə yetirib, 392 nəfəri isə yaralayıb

Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs yaralanıb

Baş Prokurorluq: Ermənistanın mülki əhalini atəşə tutması nəticəsində ölənlərin sayı 69-a çatıb

Baş Prokurorluq: Ermənilərin atəşi nəticəsində 2 243 yaşayış evi yararsız vəziyyətə qalıb

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

Baş Prokurorluq muzdlu kimi döyüşən xarici vətəndaşlara müraciət edib (VİDEO)

01 Dekabr 2020, 12:15 (GMT +4)
Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik edib

01 Dekabr 2020, 12:00 (GMT +4)
Prezident İlham Əliyevin xalqa müraciətinin tam mətni

01 Dekabr 2020, 11:52 (GMT +4)
Gürcüstanda son sutkada 3.759 yeni koronavirusa yoluxma aşkar edilib

01 Dekabr 2020, 11:45 (GMT +4)
Təhsil Nazirliyi: 13 mindən çox tələbənin təhsil haqqı ödənilib

01 Dekabr 2020, 11:30 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

01 Dekabr 2020, 11:17 (GMT +4)
İran BMT TŞ-nın və BAEA-nin nüvə aliminin terroruna mövqe bildirməsini tələb edib

01 Dekabr 2020, 11:15 (GMT +4)
Xırdalan dairəsi yaxınlığında dəmir yolu körpüsünün tikintisi başa çatıb (FOTO)

01 Dekabr 2020, 11:10 (GMT +4)
Viskonsin qubernatoru Beydenin ştatdakı qələbəsini təsdiqləyib

01 Dekabr 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

01 Dekabr 2020, 10:45 (GMT +4)
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

01 Dekabr 2020, 10:40 (GMT +4)
Yəmən müharibəsi nəticəsində 233 min insan ölüb - BMT

01 Dekabr 2020, 10:30 (GMT +4)
Təhsil Nazirliyi Laçın rayonunun təhsil statistikasını açıqlayıb

01 Dekabr 2020, 10:23 (GMT +4)
BMT Baş katibi Baydenlə ilk telefon danışığı keçirib

01 Dekabr 2020, 10:10 (GMT +4)
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb (VİDEO)

01 Dekabr 2020, 10:00 (GMT +4)
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub

01 Dekabr 2020, 09:58 (GMT +4)
Türkiyədə bu aydan ölkə əhalisinə pulsuz COVID-19 peyvəndi veriləcək 

01 Dekabr 2020, 09:58 (GMT +4)
Səudiyyə İsrail təyyarələrinin hava məkanından keçməsinə icazə verib - Reuters

01 Dekabr 2020, 09:45 (GMT +4)
Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib

01 Dekabr 2020, 09:30 (GMT +4)
Bakıda yük avtomobilləri toqquşub, ölən var

01 Dekabr 2020, 09:25 (GMT +4)
İsraillə əlaqələrini rəsmiləşdirən Bəhreyn iranlı nüvə aliminə qarşı terroru pisləyib

01 Dekabr 2020, 09:23 (GMT +4)
Xorvatiyanın baş naziri koronavirusa yoluxub

01 Dekabr 2020, 09:15 (GMT +4)
Azərbaycanda distant təhsil müddəti uzadılıb

01 Dekabr 2020, 09:00 (GMT +4)
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)

30 Noyabr 2020, 18:06 (GMT +4)
AMB depozit hərracında 200 mln. manat cəlb edib

30 Noyabr 2020, 17:57 (GMT +4)
Argentina şirkətləri İİTKM ilə əməkdaşlıq edəcək

30 Noyabr 2020, 17:40 (GMT +4)
TƏBİB qəzada ölən tələbələrlə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:35 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2020, 17:19 (GMT +4)
İsrail Livanın hava məkanını pozaraq Beyrut səmasında uçuşlar həyata keçirib

30 Noyabr 2020, 17:15 (GMT +4)
DİN Biləsuvarda avtomobilin kanala aşması faktı ilə bağlı məlumat yayıb

30 Noyabr 2020, 17:13 (GMT +4)
FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66