Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Səhiyyə Nazirliyinin nümayəndəsi COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışıb

29 Oktyabr 2020, 16:03 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNewsSəhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) baş direktorunun müavini Vaqif Abdullayev onlayn müsahibə verərək, Azərbaycanda COVID-19 ilə mübarizənin epidemioloji aspektləri barədə məlumat verib.

Bu barədə SalamNews-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Vaqif Abdullayev qeyd edib ki, son yüzilliyin ən geniş yayılmış pandemiyalarından biri özünün hələ tam öyrənilməyən virusoloji, epidemioloji, immunoloji, kliniki, patogenetik və digər aspektləri sayəsində dünya ölkələrini bir sıra sosial-iqtisadi problemlərlə üzləşdirib. Onun sözlərinə görə, ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri əsasən “Sanitariya-Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası qanununun tələbləri nəzərə alınmaqla, ölkə rəhbərliyinin çox ciddi və əhəmiyyətli tapşırıqlarının icrası və Azərbaycan hökuməti tərəfindən məqsədyönlü təşkili, Mərkəzi icra hakimiyyəti orqanlarının və onların yerli qurumlarının, yerli icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyəti şəraitində həyata keçirilir: “Hazırda ölkəmizdə COVID-19 infeksiyası ilə əlaqədar epidemik prosesin idarə olunması müasir üsulların tətbiqi və kompleks əksepidemik tədbirlərin təşkili vasitəsilə həyata keçirilir. Belə ki, xəstəlik hadisələrinin ilkin qeydiyyata alınması, onlar barədə bütün idarəetmə səviyyələrində məlumatların ötürülməsi, məlumatların toplanması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə tam uyğun olan elektron sistem vasitəsilə həyata keçirilməsi təmin olunub”.

RGEM-in baş direktorunun müavini COVID-19 virusunun ölkəmizdə geniş yayılmasının qarşısının alınmasına yönəldilmiş əksepidemik tədbirlərin operativ və məqsədyönlü şəkildə həyata keçirilməsində Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidmətinin əhəmiyyətli rolunu vurğulayıb: “Hər bir “pozitiv” nəticəli şəxs barədə məlumat alındığı andan etibarən ölkənin istənilən şəhər və bölgəsində fəaliyyət göstərən Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən dərhal epidemioloji təhqiqatın aparılmasına və əksepidemik tədbirlərin təşkilinə başlanılır. Bu tədbirlərin əsas məqsədi - epidemik prosesin inkişafını dayandırmaq üçün xəstəliyin yoluxma mənbəyinin müəyyənləşdirilməsi və lokallaşdırılması, digər şəxslərin yoluxmasının qarşısını almaq üçün xəstənin təcili təcrid olunması, xəstə ilə təmasda olmuş şəxslərin karantin nəzarətinə götürülməsi və karantin nəzarətində qalmaları üzərində nəzarətin təmin olunmasından ibarətdir.

Pandemiyanın başlanmasından keçən 8 aydan artıq bir müddətdə göstərilən istiqamətlərdə Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidmətinin xəstəlik aşkar olunan yaşayış və iş yerlərində, kollektivlərdə səmərəli fəaliyyəti də xəstəliyin geniş yayılmasının qarşısının alınması istiqamətində aparılan tədbirlərinə öz töhfələrini verib. Xəstəlik ocaqlarında və insanı əhatə edən mühitdə virusların məhv edilməsi məqsədilə effektiv dezinfeksiya tədbirlərinin vaxtında həyata keçirilməsi də çox vacib əhəmiyyət kəsb edir. Bu sahəyə də Səhiyyə Nazirliyinin xüsusi diqqəti sayəsində lazımi avadanlıq və vasitələr, habelə kifayət qədər işçi potensialı ilə təmin edilən dezinfeksiya xidməti tərəfindən mütəmadi həyata keçirilir”.

Müsahibə zamanı koronavirus infeksiyasının yayıldıqca epidemik prosesin idarə olunması üçün həyata keçirilən tədbirlərin intensivliyi və miqyasının artırılması mövzusuna da toxunuldu: “Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji Xidmətinin vahid strukturuna daxil olan qurumlarının COVID-19 infeksiyası ilə mübarizədə digər müvafiq qurumlarla əlaqəli fəaliyyətinin təmin olunması ən vacib fəaliyyət istiqamətlərindən biridir. Belə ki, müalicə-profilaktika və təhsil müəssisələrində, xidmət, ictimai-iaşə, mehmanxana və turizm xidməti obyektlərində infeksiyanın yayılmasının qarşısının alınması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Turizm Nazirliyi, yerli icra hakimiyyətləri, Daxili İşlər, Fövqəladə Hallar, Müdafiə, Ədliyyə nazirliklərinin tibb xidmətləri ilə birlikdə həyata keçirilən tədbirlər mühüm rol oynayır”.

Vaqif Abdullayev müsahibəsinin sonunda hər bir fəaliyyətin qanuni əsaslarını müəyyənləşdirən normativ hüquqi aktların mövcudluğunun olduqca vacib olduğunu qeyd edib. O, Səhiyyə Nazirliyinin karantin rejimi dövründə inzibati xətalar üzrə səlahiyyətlərinin artırılması, sanitariya-epidemioloji və karantin qaydalarına nəzarət üzrə çoxsaylı sənədlərin təsdiq olunmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 May 2021, 21:56 (GMT +4)
İsrail Qəzzada Əlcəzirə və Associated Press -in ofisinin olduğu binanı yerlə yeksan edib (VİDEO)

15 May 2021, 17:02 (GMT +4)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib

15 May 2021, 16:55 (GMT +4)
Gürcüstanda son sutkada daha 1576 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

15 May 2021, 16:47 (GMT +4)
Ukraynada yeni qoşun növü yaradılacaq

15 May 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib

15 May 2021, 16:30 (GMT +4)
Almaniyada son sutkada 7 mindən çox koronavirusa yoluxma aşkar edilib

15 May 2021, 16:23 (GMT +4)
“Nizami Gəncəvi yaradıcılığı uşaqların gözü ilə” adlı intellektual proqram təşkil olunacaq

15 May 2021, 16:12 (GMT +4)
ABŞ ilk dəfə Yaponiyada PUA-lar yerləşdirəcək

15 May 2021, 16:05 (GMT +4)
ETSN: Gələcəkdə su çatışmazlığının qarşısını almaq üçün tədbirlər planlaşdırılır

15 May 2021, 16:04 (GMT +4)
"WhatsApp" istifadəçilər üçün bəzi funksiyaları məhdudlaşdırmağa başlayır

15 May 2021, 15:53 (GMT +4)
Fələstin hərəkatları Təl-Əvivi altı ay intensiv hədəfə almaq iqtidarında olduqlarını bildiriblər

15 May 2021, 15:44 (GMT +4)
Çex Respublikasının Baş Prokuroru istefasına səbəb olaraq Ədliyyə naziri ilə fikir ayrılıqlarını göstərib

15 May 2021, 15:40 (GMT +4)
“Türk Hava Yolları” Gəncəyə uçuşları bərpa edib

15 May 2021, 15:28 (GMT +4)
Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib

15 May 2021, 15:14 (GMT +4)
Uxanda tornado nəticəsində 6 nəfər ölüb

15 May 2021, 15:10 (GMT +4)
Qazax sakinində narkotik aşkarlanıb

15 May 2021, 14:56 (GMT +4)
Prezident İlham Əliyev Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olub

15 May 2021, 14:47 (GMT +4)
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib 

15 May 2021, 14:37 (GMT +4)
Rusiyada son sutkada 8.790 yeni koronavirusa yoluxma aşkar edilib

15 May 2021, 14:29 (GMT +4)
"THY" Tel Əviv uçuşlarını ləğv edib

15 May 2021, 14:24 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 140-a çatıb, onların 39-u uşaqdır (VİDEO)

15 May 2021, 14:13 (GMT +4)
Pakistanda yol qəzasında 11 nəfər ölüb

15 May 2021, 14:08 (GMT +4)
İlham Əliyev Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olub

15 May 2021, 13:56 (GMT +4)
Abşeronda restoranda yanğın baş verib

15 May 2021, 13:44 (GMT +4)
MN: HHQ aviasiya vasitələri plana uyğun təlim-məşq uçuşları keçirir

15 May 2021, 13:40 (GMT +4)
KİV: Lukaşenko bir il ərzində üçüncü dəfə Rusiyaya səfər edəcək

15 May 2021, 13:34 (GMT +4)
İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Rəisi də prezidentliyə namizəd olub

15 May 2021, 13:23 (GMT +4)
Dövlət Sərhəd Xidmətində gənc əsgərlərin andiçmə mərasimi keçirilib (FOTO)

15 May 2021, 13:12 (GMT +4)
Caspian Energy Club “Caspian Energy Poland”-da pay iştirakını satışa çıxarıb

15 May 2021, 13:06 (GMT +4)
BMT Baş Katibi İsrail və Fələstinə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66